İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə59/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   53   54   55   56   57   58   59   60   61

1991  17 mart 

SSRİ-nin saxlanması  ilə əlaqədar Azərbaycanda referendum keçirilməsiə Referendumda Naxçıvan  əhalisinin  

iştirak etməkdən imtina etməsi. 

1991  8 avqust 

Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin boşaldılması və Qərbi Azərbaycandan  

azərbaycanlıların sonuncu deportasiyasının başa çatması. 

1991  19-21 avqust 

Rusiyada Avqust çevrilişi. M.Qarbaçovun razılığı ilə Moskvada dövlət çevrilişinə cəhd edilməsi. 



1991  30 avqust 

“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə”nin qəbul edilməsi. 



1991-1994 

Birinci  Qarabağ  müharibəsi  dövrü.  Qarabağ  müharibəsinin  səbəbi  maraqlı  dövlətlərin  Azərbaycanda 

mənafelərinin toqquşması və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları idi. 

1991  2 sentyabr 

Ermənilər tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması. 



1991  3 sentyabr 

H.Əliyevin  NMR Ali Məclisinin sədri seçilməsi. 



1991  8 sentyabr 

Respublikada ilk  prezident  seçkiləri keçirilməsi və A.Mütəllibovun prezident seçilməsi. 



1991  9 oktyabr 

“Azərbaycan  Milli  özünümüdafiə  qüvvələri  haqqında”  qanun  qəbul  olunması.  Qanuna  əsasən  1991-ci  ilin 

noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. 

1991  3 oktyabr 

A.Mütəllibov ilə AXC rəhbərliyi arasında Milli Şura yaradılması haqqında  razılıq əldə edilməsi. 



1991  18 oktyabr 

“Azərbaycan  Respublikası  dövlət  müstəqilliyi  haqqında  Konstitusiya  Aktı”nın  qəbul  edilməsi.  Prezident 

idarəsi, rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi yaradılması. Dövlət katibi 

və dövlət müşavirləri vəzifələrinin təsis olunması. 



1991  20 noyabr 

Qarakənd faciəsinin baş verməsi. 



1991  26 noyabr 

Azərbaycan Ali Sovetinin demokratik blok nümayəndələrindən və iqtidaryönlü deputatlardan ibarət Milli Şura 

yaratması. 

1991  26 noyabr 

Azərbaycan Ali Soveti tərəfindən DQMV-in statusunun ləğv edilməsi. 



1991  8 dekabr 

Belorusiyanın  Brest  şəhəri  yaxınlığındakı  “Viskuli”  mehmanxanasında  Belarusiya,  Rusiya  Federasiyası  və 

Ukrayna  rəhbərlərinin  Müstəqil  Dövlətlər  Birliyi  (MDB)  yaradılması  haqqında  müqavilə  bağlaması. 

Müqaviləyə əsasən SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyulduğu elan edildi. 



1991 

Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması. 



1991  9 dekabr 

Azərbaycanın İslam Konfransı Təşkilatına üzv qəbul olunması. 



1991  25 dekabr 

M.Qorbaçovun SSRİ Prezidenti vəzifəsindən istefa verməsi və SSRİ-nin varlığına son qoyulması. 



1991  25 dekabr 

Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edilməsi. 



1991  29 dekabr 

Azərbaycan Respublikasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında” referendum keçirilməsi. 



1991 

Rusiya  ilə  Ermənistan  arasında  “Dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  təhlükəsizlik  haqqında  müqavilə” 

bağlanması. 

1992  19 yanvar 

Kərkicahan kəndinin ermənilər tərəfindən işğal olunması. 



1992  26 yanvar 

Azərbaycan ordusunun uğursuz Daşaltı” əməliyyətı” həyata keçirməsi. 



1992  16 fevral 

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkitatına üzv qəbul olunması. 



1992  fevral 

Malıbəyli, Quşçular kəndlərini ermənilərin ələ keçirərək Xocalı və Şuşanı mühasirəyə alması. 



1992  25-26 fevral 

Xocalı soyqırımının törədilməsi. 



1992  2 mart 

Azərbaycanın  BMT-yə üzv qəbul olunması. 



1992  6 mart 

Prezident A.Mütəllibovun birinci dəfə istefa verməsi. 



1992  16 mart 

R.Qazıyevin Müdafiə naziri vəzifəsini ələ keçirməsi. 



1992  24 mart 

ATƏT-in Minsk Qrupunun yaradılması. 



1992  8 may 

Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunması. 



1992  14 may 

A.Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi. 



1992  15 may 

SSRİ  hərbi  əmlakının  bölüşdürülməsi  haqqında  Daşkənd  müqaviləsinin  imzalanması.  Daşkənd  müqaviləsinə 

əsasən Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-i Azərbaycanın payına düşdü, Azərbaycana verilən silah 

və hərbi sursat əsasında ordunun təchizatı nisbətən yaxşılaşdı, Respublikada Aviasiya polku yaradıldı. 



1992  17-18 may 

Laçın rayonunun ermənilər tərəfindən işğal olunması və Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında 

birbaşa əlaqə yaranması. 

1992  18 may 

Müsavat partiyasının lideri İsa Qəmbərin Ali Sovetin sədri seçilməsi. 



1992  27 may 

Azərbaycan Respublikasının Dövlət himninin qəbul edilməsi. 



1992  28 may 

 

Naxçıvanla Türkiyə arasında Sədərək–Dilucu məntəqəsində “Ümid” körpüsünün açılması. 



1992  7 iyun 

Əbülfəz  Əliyevin  Azərbaycan  Respublikasının  Prezidenti  seçilməsi.  AXC-Müsavat  cütlüyünün  hakimiyyətə 

gəlməsi. 

1992  iyun 

Prezident fərmanı ilə vahid komandanlıq haqqında fərman verilməsi. 



1992  10 iyul 

Azərbaycanın Helsinki Müşavirəsinin Yekun Aktına qoşulması və ATƏT-ə üzv qəbul olunması. 



1992  yay 

Azərbaycan  ordusunun  Ağdərə  əməliyyatı  nəticəsində  Gornaboy  bölgəsinin  işğal  edilmiş  torpaqlarının  azad 

edilməsi. Xocavənd istiqamətində gedən döyüşlərində ermənilərin ciddi itkilərə məruz qalması. 

1992  15 avqust 

Azərbaycan Respublikasının milli valyutası olan manatın ilk dəfə dövriyyəyə buraxılması. 



1992  16 oktyabr 

“91-lərin” H.Əliyevə “Səs”qəzeti vasitəsilə müraciət etməsi. Qurtuluş  hərəkatının  başlanması. 



1992  24 oktyabr 

ABŞ-ın “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin qəbul edilməsi və Azərbaycana dövlət səviyyəsində  hər 

cür yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyması. 

1992  21 noyabr 

Naxçıvanda  H.Əliyevin  sədrliyi  ilə  Yeni  Azərbaycan  Partiyasının  yaradılması  və  onun  Proqram-

Nizamnaməsinin qəbul olunması. 

1992  sonu - 1993 əvvəli 

Ağdərə –Kəlbəcər yolunun ermənilər tərəfindən tutulması.  




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə