İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

1941  oktyabr 

223-cü milli diviziyanın təşkil edilməsi. Diviziya Mozdok yaxınlığında döyüşdə fərqlənmiş,  Şərqi Avropanın, 

xüsusilə Yuqaslaviyanın azad olunmasında iştirak etmiş, Belqrad diviziyası fəxri adını almışdı 

1941  dekabr 

Qafqaz müsəlmanlarından ibarət xüsusi hərbi hissə təşkil olunması haqqında Hitlerin sərəncam imzalaması 



1941  dekabr 

İsrafil  Məmmədovun  Novqorod  yaxınlığında  Pustinka  kəndi  uğrunda  gedən  döyüşlərdə  böyük  sücaət 

göstərməsi 

1941 

Fətəlibəyli–Düdənginskinin  Hitlerə azərbaycanlılardan  ibarət hərbi hissə yaratmaq haqqında müraciət etməsi 



1941   

M.Ə.Rəsulzadənin  Almaniyaya dəvət olunması 



1941 

Culfa-Mincivan, Salyan-Neftçala, Papanin-Hacıqabul dəmir yolu  xəttinin istifadəyə  verilməsi 



1941 

Azərbaycan Opera və Balet Teatrının Təbrizdə ilk qastrol tamaşalara başlaması 



1941 

H.Əliyevin Naxçıvan MSSR Xalq Daxili İşlər və XKS-in şöbə müdiri işləməyə başlaması 



1942  yazı 

Əhmədiyyə  Cəbrayılovun  Fransadakı  faşist  ölüm  düşərgəsindən  qaçaraq  Fransanın  azadlıq  hərəkatına 

qoşulması 

1942   may 

77-ci    milli  diviziyanın  yenidən  kompleksləşdirilməsi.  Diviziya  Kerç,  Rostov,  Stavropolun  azad  edilməsində 

iştirak etmiş, Şimferopol diviziyası və Svorov diviziyası fəxri adını almış, “İkinci dərəcəli Svorov ordeni” ilə 

təltif edilmiş, Krımın müdafiəsi zamanı şəxsi heyətin çoxunu itirmişdi 



1942  avqust-sentyabr 

271-ci  milli  diviziyanın    təşkil  edilməsi.  Diviziya  Qafqazdan  Berlinədək  müharibə  yolu  keçmiş,  “Qorlovka 

diviziyası” adını almış, İkinci dərəcəli Svorov odreni ilə təltif edilmişdi 

1942  9 sentyabr 

SSRİ Ali Baş Komandanlığı  tərəfindən Azərbaycan SSR-də hərbi vəziyyət  elan edilməsi və Bakıda müdafiə 

rayonu yaradılması 

1942  sentyabr 

Almanların Cənubi Qafqaza yürüşünün qarşısının alınması 



1942  oktyabr 

416-ci  milli  diviziyanın  təşkil  edilməsi.  Diviziya  Mozdok  yaxınlığında  döyüşlərində  fərqlənmiş,  Berlinin 

Brendenburq dararvazasına qələbə bayrağı sancmış, Fəxri “Taqanqor” diviziyası adını daşımış, “İkinci dərəcəli 

Svorov ordeni” ilə təltif edilmişdi 



1942 

402-ci milli diviziyanın 416-cı milli diviziya ilə birləşdirilməsi 



1942  dekabr 

Sovet rəhbərliyinin yerli əhalini zorla Mərkəzi Asiya və Qazağıstana köçürmək haqqında plan hazırlaması 



1942  dekabr 

Nəcəf  Əjdərovun Oroyl şəhəri üzərində qələbə bayrağı sancması 



1942  22 dekabr 

Həzi  Aslanovun  Stalinqrad  döyüşlərində  igidliyinə  görə  birinci  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 

görülməsi 

1942 

Hadı Qiyasbəyov və Mirzəxan Məmmədovun Polşada faşist hərbi düşərgəsində gizli təşkilat yaratması 



1942 

Polkovnik Ələkbər Əliyevin “Dyadya Kolya” partizan birləşməsinə qərargah rəisi təyin olunması 



1942 

Almaniyada Qafqaz müsəlmanlarından ibarət hərbi birləşmələr təşkil olunması 



1942-1943 

Almanların Bakı səmasına  soxulmaq cəhdlərinin qarşısının alınması 



1943 

Azad  türk  diviziyasının    yaradılması  və  azərbaycanlılardan  təşkil  olunmuş  legionun  onun  tərkibinə  daxil 

edilməsi 

1943  yazı 

Berlində Fətəlibəyli-Düdənginskinin başçılığı ilə Milli Azərbaycan  Komitəsinin  təşkil olunması 



1943 payızı 

Berlində  mühacir  Azərbaycan    Parlamentinin    və  hökumətinin  yaradılması.  Alman    hökumətinin  mühacir 

Azərbaycan  hökumətini tanıması 

1943-1944 sonları 

Berlində mühacir Azərbaycan  hökumətinin fəaliyyət göstərməsi 



1943  6 noyabr 

Berlində azərbaycanlıların milli qurultayının keçirilməsi 



1943  payızı 

Azərbaycanda   Respublika Yardım komitəsinin yaradılması. Komitənin yaradılmasında məqsəd 1943-1944-cü 

illərdə işğaldan azad edilmiş rayonlarda təsərrüfatın bərpasına kömək etək idi 

1943 

Ə.Əzimzadə, İ.Axundov və M.Rəhmanzadənin rəsim əsərlərinin Moskvada Tretyakov Qalereyasında nümayiş 

etdirilməsi 

1944  14 aprel 

SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsinin yaradılması. 

İlk sədri Şeyxülislam Ağa Əlizadə olan bu qurum çıxışlarında xalqı vətənə sədaqətlə xidmət etməyə çağırırdı 

1944  iyun 

Həzi Aslanovun tank briqadasının Pleşşentsi şəhərini azad etməsi və ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını 

almaq üçün hökümətə fərman təqdin edilməsi (lakin bu fərman 1991-ci ildə imzalanmışdı) 

1944 

Ələkbər Əliyevin  Suvorov adına partizan dəstəsinə komandir təyin edilməsi 



1944 

Mehdi Hüseynzadənin  həlak olması 



1944 

Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində işəməyə başlaması 



1945  24 yanvar 

Həzi Aslanovun döyüş əməliyyatları getməyən bir yerdə müəmmalı şəkildə həlak olması 



1945  fevral 

416-cı Azərbaycan diviziyasının Oder çayı sahilinə çıxaraq Berlin üzərinə yeriməsi 



1945  mart 

Azərbaycan  SSR Elmlər Akademiyasının təşkil olunması 



1945  2 may 

Azərbaycan döyüşçülərinin Berlinin Bundenburq darvazası üzərinə qələbə bayrağı sancması 



1945-1954 

Fətəlibəyli-Dübənginskinin  “Azadlıq” radiosunda Azərbaycan  şöbəsinin redaktoru  işləməsi 



1945  8 may 

Almaniyanın danışıqsız təslim aktını imzalayaraq II Dünya müharibəsindən çıxması 



1945  2 sentyabr 

II Dünya müharibəsinin başa çatması 

 

 

 



 

 

 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə