İBTİDAİ İcma quruluşU


-1988  İran-İraq müharibəsi.  1981



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə58/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   53   54   55   56   57   58   59   60   61

1980-1988 

İran-İraq müharibəsi. 



1981  sentyabr 

İran İslam Məclisinin torpaq islahatı haqqında  qanun qəbul etməsi. 



1980 sonu-1990 əvvəli 

Cənubi  Azərbaycanın  milli  təfəkküründə  yeni  canlanma  baş  verməsi.  Bu  canlanmanın  səbəbi  Sovet-İran 

sərhəddində sərhəd qurğularının dağıdılması və Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması idi. 

 

 

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN BƏRPA OLUNMASI VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ 

 

 

1988-1990 

Ə.Vəzirovun  Azərbaycan SSR KP MK-in birinci katibi işləməsi. 



1988  yanvar 

Qərbi  Azərbaycanlıların  sonuncu  deportasiyasının  (1988-1991) başlaması.  Qafan  və  Mehri  rayonlarından  ilk 

qaçqınların Azərbaycana pənah gətirməsi. 

1988 

Respublika  rəhbərliyinin  Qazax  və  Gədəbəy  rayonlarında  minlərlə  hektar  torpaq  sahəsinin  Ermənistana 

verilməsinə razılıq verməsi. 

1988  9 fevral 

Bakıda ilk etiraz  mitinqi  keçirilməsi və  Azərbaycanda milli-azadlıq  – xalq hərəkatının başlaması. Bu dövrdə 

Azərbaycanda  xalq  hərəkatının  başlanmasının  səbəbi  Ermənistanda  yaşayan  soydaşlarımızın  kütləvi  şəkildə 

deportasiyası  və  Dağlıq  Qarabağda  ermənilərin  separatçılıq  meyillərinə  mərkəzin  (Moskvanın)  xeyr-dua 

verməsi idi. 

1988  19 fevral 

İrəvanda azərbaycanlılar əleyhinə mitinqlər keçirirməsi. 



1988  20 fevral 

DQMV xalq deputatları sovetinin “Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar” qəbul etməsi və 

Dağlıq Qarabağ münaqişəsinin rəsmi olaraq başlaması. 

1988  24 fevral 

Əsgəran rayonunda ermənilərin iki azərbaycanlını qətlə yetirməsi. 



1988  28 fevral 

“Paşa”  ləqəbli  erməni  E.Qriqoryanın  Sumqayıtda  ilk  cinayət  törətməsi.  Ermənilərin  Sumqayıt  fitnəkarlığını 

törətməsi.  Sumqayıt  fitnəkarlığını  törətməkdə  ermənilərin  məqsədi  azərbaycanlıları  Ermənistandan  birdəfəlik 

çıxartmaq və azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaq idi. 



1988  15 iyun 

Ermənistan  SSRİ  Ali  Sovetinin  “DQMV  xalq  deputatları  sovetinin  Ermənistana  birləşdirmək  haqqında” 

qərarına razılıq verməsi. 

1988  sentyabr 

Ermənilərin Xankəndi, Xocalı və Qubadlı rayonunun sərhəd kəndlərinə basqınlar etməyə başlaması. 



1988  15-16 noyabr 

Şuşanın Topxana meşəsində ermənilərin sənaye obyekti tikməsinə etiraz olaraq Bakıda mitinqlər keçirilməsi. 



1988  17 noyabr 

Xalq hərəkatının ən yüksək mərhələsinin başlaması. Milli Dirçəliş günü. “Azadlıq” meydanındakı bu mitinqdə 

ilk  dəfə  “Suverenlik”  və  “Azadlıq”  çağırışları  səsləndi,  AXC-nin  üçrəngli  bayrağı  qaldırıldı,  həmçinin 

hökumətdən Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması üçün tədbir görülməsi  tələb olundu. 



1988  17 noyabr - 4 dekabr  Meydan hərəkatı dövrü. 

1988  11 dekabr 

Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə gedən İl-76 təyyarəsinin ermənilər tərəfindən vurulması. 



1989 

Azərbaycanda ilk dəfə çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirilməsi. 



1989 12 yanvar 

SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  “Azərbaycan  SSR-in  DQMV-də  xüsusi  idarəçilik  formasının  tətbiqi 

haqqında” qərar qəbul etməsi. 

1989.I.12- 1989.IX.28 

DQMV-də Xüsusi İdarə Komitəsinin (XİK) mövcud olması. 



1989  16 iyun 

Bakıda  AXC-nin  təsis  konfransının  keçirilməsi.  Konfransın  qərarına  əsasən  AXC-nin  proqramı  və 

nizamnaməsi qəbul edildi, Əbulfəz Əliyev isə AXC-nin sədri seçildi. 

1989  iyul 

Xankəndinin (Stepanakertin) 14 min nəfərlik bütün azərbaycanlı əhalisinin şəhərdən çıxarılması. 



1989  23 sentyabr 

“Azərbaycan SSRİ-nin suverenliyi haqqında” Konstitusiya Qanununun qəbul edilməsi. 



1989  1 dekabr 

Ermənistan SSRİ AS-in “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul etməsi. 



1989  30 dekabr 

Gəncə şəhərinin tarixi adının bərpa edilməsi. 



1989  31 dekabr 

Naxçıvan  MSSR-də, Biləsuvar və Cəlilabad rayonlarında Sovet–İran sərhəd  qurğularının  dağıdılması. 



1990  12 yanvar 

AXC  tərəfindən    Milli    Müdafiə  Şurası  (MMŞ)  yaradılması.  MMŞ  yaradılmasında  məqsədi  AXC 

özünümüdafiə qüvvələrini birləşdirmək və  erməni hücumlarının qarşısını almaq idi. 

1990  15 yanvar 

SSR Ali Soveti Rəyasət  Heyətinin “DQMV və bəzi başqa rayonlarda  fövqəladə vəziyyət  elan olunması 



 

haqqında”  fərman  verməsi. 



1990  19 yanvar 

Naxçıvan  MSSR-in  Ali    Sovetinin  Muxtar  respublikanın  SSRİ  tərkibindən    çıxması  haqqında    qərar    qəbul  

etməsi. 

1990  19 yanvar 

SSRİ  Ali Soveti  Rəyasət  Heyətinin “Bakı şəhərində  fövqəladə  vəziyyət tətbiq edilməsi haqqında” fərman  

verməsi. 

1990  19-20 yanvar 

Sovet ordusunun  Bakıya hücum  edərək qanlı  qırğın  törətməsi. Respublikada 40 günlük  ümummilli  tətilin 

(matəmin) başlanması. 

1990  25 yan - 14 sent 

Ayaz Mütəllibovun Azərbaycan SSR KP MK-in birinci katibi işləməsi. 



1990   19 may 

Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi 



1990  20 iyul 

H.Əliyevin Moskvadan Bakıya qayıtması. 



1990  30 sentyabr 

H.Əliyevin Azərbaycan SSR və Naxçıvan SSR Ali Sovetinə  deputat seçilməsi. 



1990  17 noyabr 

Naxçıvan  MR    adından    “Sovet    sosialist”  sözünün  çıxarılması.  Azərbaycan  Xalq  Cumhuriyyətinin  üçrəngli 

bayrağının Naxçıvan MR-in rəsmi bayrağı kimi qəbul edilməsi. NMR Ali Sovetinin Ali Məclis adlandırılması 

və Ali Məclisin 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verməsi. 



1991  5 fevral 

Azərbaycan  SSR-in  Azərbaycan  Respublikası    adladırılması  və  AXC-nin  üçrəngli  bayrağına  dövlət  bayrağı 

statusu verilməsi. 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə