İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

1917  1 may 

Moskvada  Ümumrusiya  müsəlmanlarının  qurultayının  keçirilməsi.  Qurultayın  gündəliyinə  milli-ərazi 

muxtariyyəti,  maarifi  və  mədəniyyət,  Müəssisələr  Məclisi  torpaq,  əsgəri  qurumlar  yaratmaq  və.s  məsələlər 

daxil edilmişdi. Qurultayda Ə.Səlikovun məruzəsində Rusiyanın unitar dövlət kimi qorunub saxlanılması, milli 

azlıqlara, o cümlədən türk xalqlarına yalnız mədəni muxtariyyət ifadə olunurdu. M.Ə.Rəsulzadə isə  milli-ərazi 

muxtariyyəti  təklifinin  irəli  sürürdü.  Səsvermədə  M.Ə.Rəsulzadənin  irəli  sürdüyü  ərazi  muxtariyəti  təklifi 

böyük səs çoxlugu ilə qəbul edildi. Qurultayda Ə.M.Topçubaşov çıxışında Bakıda, İrəvanda, Qarsda və Cənubi 

Qafqazın  digər  yerlərində  ermənilərin  ruslarla  gizli  ittifaqa  girərək  müsəlmanların  yenidən  kütləvi  qırgınına 

hazırlaşdıqlarını  qeyd  etdi.  Bu  fikir  qurultay  nümayəndələrinin  böyük  narahatçılıgına  səbəb  oldu.  Bu  barədə 

Müvəqqəti  hökümətə  məlumat  vermək  üçün  mayın  9-da  Ə.M.Topçubaşovun  rəhbərliyi  ilə  Peterburqa 

nümayəndə  heyəti  göndərildi.  Rusiya  müsəlmanlarının  növbəti  qurultayı  həmin  ilin  avqust  ayında  Kazanda 

çağırmaq  qərara  alındı.  Lakin  imperiyadakı  siyasi  qeyri-sabitlik  nəzərdə  tutulan növbəti  qurultayı  keçirməyə 

imkan vermədi 

1917  iyun 

“Türk  Ədəmi  Mərkəziyyət  Federalistlər  partiyası”nın  (TƏMP)  yaradılması.  Partiyanın  yaradıcıları 

N.Yusifbəyli, Ş.Rüstəmbəyov  və H.Ağayev olmuşdur. Partiya “Müsavat” partiyası kimi  Rusiyanın federativ, 

demokratik  respublika  şəklində  qurulmasına  və  onun  tərkibində  Azərbaycana  ərazi  müxtariyyəti  verilməsinə 

tərəfdar  olduğunu  bəyan  etdi.  Federalistlər  partiyasının  fikrincə,  Rusiyada  yaşayan  türk  xalqları  vahid 

federasiyada birləşməli və öz hüquqlarını müdafiə etməlidirlər 



1917  iyun 

“Müsavat” partiyası ilə TƏMP-nın birləşərək “Türk Federalist Müsavat partiyası” adlanması. Rusiyada burjua 

respublikası çərçivəsində müsəlmanlara mədəni-milli muxtariyyət  verilməsini tələb edən tatar burjuaziyasından 

fərqli olaraq, federalistlər Rusiyada federativ burjua respublikası daxilində ərazi muxtariyyətinin tərəfdarı idilər. 

Bu ideyanı Azərbaycan Milli sənaye burjuaziyası nümayəndələri müdafiə edirdilər 

1917  26 oktyabr 

Müsavat” partiyasının I qurultayının keçirilməsi. Qurultayda M.Ə.Rəsulzadə “müstəqil Azərbaycan dövlətinin 

yaradılacağını və bu yeni dövlətin müstəqil dövlətlərdən biri olacağını” söylədi 

1917  31 oktyabr 

Bakı  Sovetinin şəhərdə hakimiyyəti öz əlinə alması haqqında qətnamə qəbul etməsi 



1917  2 noyabr 

Bolşeviklərin Bakı Sovetinin konfransını çağırması. Konfransda bolşeviklər Bakıda Sovet  hakimiyyətini elan 

etdilər, Stepan Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi 

1917   

N.Nərimanovun “Hümmət” partiyasının sədri seçilməsi 



1917 XI. 15-1918.II 

Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığının fəaliyyəti dövrü. Komissarlıqda Cənubi Qafqazın  hər üç milləti 

(gürcü, azərbaycan və ermənilər) təmsil olunmuşdu. Komissarlığın sədri gürcü menşevik Y.P. Gegeçkori  idi. 

Zaqafqaziya  komissarlığının  Xüsusi  Cənubi  Qafqaz  (Zaqafqaziya)  Komitəsi  kimi  Rusiyada  yaranmış  sovet 

hakimiyyətini  tanımayaraq ona qarşı  mübarizə apardı  və özünü “müstəqil Zaqafqaziya  hökuməti” elan etdi. 

Zaqafqaziya  Komissarlığının  dörd  ayadək  fəalyyəti  dövründə  bölgədə  sabitlik  yarada  bilmədi  və  dağıldı. 

Komissarlığın  fəaliyyəti  dövründə  onun  hakimiyyəti  bütün  Cənubi  Qafqazı  əhatə  etsədə  yalnız  Bakı  şəhəri  

qrumun  səlahiyyətlərindən  kənarda  qaldı.  Zaqafqaziya  Seymində  üç  əsas  fraksiya  -  menşevik,  müsavat  və 

daşnak  fraksiyaları  var  idi.  Burada  çoxluq  müsəlman    partiyaları  blokuna  məxsus  idi.    Seymdə  Azərbaycan 

fraksiyasının  rəhbəri  M.Ə.Rəsulzadə  idi.  Zaqafqaziya  Seymi    də  öz  fəaliyyətinə    Osmanlı  dövləti  ilə  sülh 

danışıqlarının müzakirəsi ilə başladı 

1917  5 dekabr 

Ərzincan sazişi. Zaqafqaziya Komisarlığı ilə Osmanlı dövləti arasında imzalanan bu sazişə əsasən rus qoşunları 

Qafqaz cəbhəsindən geri çəkildi 

1917  dekabr 

V.Lenin tərəfindən  S.Şaumyanın Cənubi Qafqazın fövqaladə komissarı  təyin  edilməsi 



1918  yanvar 

Şəmkir hadisələrinin baş verməsi 



1918  yanvar 

Müsəlman korpusunun komandanı general Talşınskinin bolşeviklər tərəfindən həbs edilməsi 



1918 III.10-V.27 

Zaqafqaziya Seyminin fəaliyyəti dövrü 



1918  3 mart 

Sovet    Rusiyası  ilə  Almaniya  arasında  Brest-Litovsk  sülh  müqaviləsi  imzalanması.  Müqavilənin  şərtlərinə 

əsasən  Rusiya  Birinci  Dünya  müharibəsindən  çıxdı,  1877-87-ci  illər  Rusiya-Osmanlı    müharibəsinə  qədərki 

sərhəd  xətti  bərpa  edildi,  Qars, Ərdahan    və  Batum  vilayətləri  Osmanlı    imperiyasına    verildi,  rus  qoşunları 

osmanlı ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini  tərk-silah etməyi öhdəliyinə götürdü. 

Brest-Litovsk sülh müqaviləsi ermənilərin “Türkiyə Ermənistanı” planlarını alt-üst etdi 



1918  14 mart 

Zaqafqaziya Seymi ilə Osmanlı dövləti arasında Trabzon konfransının keçirilməsi. Konfransda Cənubi  Qafqaz 

nümayəndə heyəti Brest-Litovsk  müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi.  Osmanlı tərəfi  isə 

Cənubi  Qafqazın  öz  müstəqilliyini  elan  etməyincə,  həmin  etirazı  əsassız  hesab  etdi.  Seym  13  aprel  tarixli 

iclasında  Osmanlı  dövləti  ilə  müharibə  haqqında  qərar  qəbul  etdi.  Bununlada  Trabzon  konfransı    öz  işini 

dayandırdı.  Bu  müharibə  cəmi  səkkiz  gün  davam  etdi.  Osmanlı  qoşunları  aprelin  15-də  Batumu    tutdu. 

Zaqafqaziya Seyminin Osmanlı dövləti ilə sülh danışıqları nəticəsində Zaqafqaziya Seymi Brest-Litovsk sülh 

müqaviləsinin şərtlərini  qəbul etdi və Cənubi Qafqaz müstəqil federativ respublika elan edildi 



1918  24 mart 

Bolşevik və daşnaklar tərəfindən “Evelina” gəmisinin tərk-silah edilməsi 



1918  30 mart 

Mart soyqırımına rəhbərlik etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsi yaratması 



1918  30.III-2.IV 

Bakıda azərbaycanlılara qarşı soyqırım həyata keçirilməsi. 

M

art soyqırımı nəticəsində Bakıda 12 mindən çox 



azərbaycanlı  öldürüldü,  “Kaspi”  mətbəəsi,  “Açıq  söz”  qəzetinin  redaksiyası,  “İsmailliyə”  binası    yandırıldı, 

“Təzə  pir” məscidinin minarələri isə dağıdıldı 



1918 mart-sentyabr 

Bakı  sovetinin  təşkilatçılığı  ilə  ermənilərin  bütün  Azərbaycanda  soyqırım  həyata  keçirməsi. 

M

art  soyqırımı 



zamanı 50 minə qədər azərbaycanlı öldürüldü. Soyqırım Bakı Sovetinin antiazərbaycan siyasətini xalq nümaiş 

etdirdi,  Bakıda  bolşeviklər  müvəqqəti  üstünlük  əldə  etdilər,  Azərbaycanda  sovetləşmə  ideyasına  güclü  zərbə 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə