İBTİDAİ İcma quruluşU


  Qanıx (Alazan) döyüşü. General Qulyakovun carlıları məğlub edərək Balakəni ələ keçirməsi  1803



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə30/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

1803 

Qanıx (Alazan) döyüşü. General Qulyakovun carlıları məğlub edərək Balakəni ələ keçirməsi 



1803 

Rus  qoşunlarının  Car-Balakən  camaatlığı  ilə  İlisu  sultanlığını  işğal  etməsi.  Rusiyanın  faktiki  olaraq 

Azərbaycanla müharibəyə başlaması 

1803  12  aprel 

“Andlı öhdəlik” adlı sənədin  imzalanması. “Andlı öhdəliy”in şərtlərinə əsasən Car-Balakənin daxili 

muxtariyyəti saxlanıldı, carlılar Rusiya  xəzinəsinə ipəklə xərac  ödəməli, sədaqət əlaməti olaraq Rusiyaya 

əmanətlər verməli və öz ərazisində  rus qoşunlarını yerləşdirməli idi 



1803  29 noyabr 

Rus qoşunlarının Şəmkiri tutması 



1803 dekabr 

 

Rus qoşunu ilə Gəncə xanlığının qüvvələri arasında Quru qobu döyüşünün baş verməsi 



1803  29  dekabr 

Sisianovun rəhbərliyi ilə çağırılmış hərbi  şuranın  Gəncəyə hücum etmək haqqında qərar çıxarması 



1804  3 yanvar 

Sisianovun başçılığı ilə rus qoşunlarının Gəncəni işğal etməsi. Cavad xanın mayor Lisanoviç tərəfindən qətlə 

yetrilməsi. Rusiya tərəfindən Gəncənin  işğal edilməsi nəticəsində digər  xanlıqların da taleyi faktiki olaraq həll 

edildi, Azərbaycanın  cənub bölgələrinə yol açıldı, Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu 

və rus qoşunlarının Xəzər sahillərinə çıxarq Həştərxanla əlaqələrin təmin  edilməsinə şərait yarandı 

1804  yanvar 

Carlıların “Andlı öhdəliy”in şərtlərini pozması. General Qulyakovun yenidən  Cara  soxulması və Carın  ikinci 

dəfə ruslar tərəfindən  işğal  olunması 

1804 

Zaqatala döyüşü. Döyüş nəticəsində rus ordusu carlılar tərəfindən məğlub edildi və general Qulyakov döyüşdə 

öldürüldü 

 

 



I RUSİYA-İRAN MÜHARİBƏSİ (1804-1813). AZƏRBAYCANIN BÖLÜŞDÜRÜLMƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ 

 

1804  14 iyun 

Sisianovun  tabe olmaq haqqında İrəvan xanı  Məhəmməd xana məktubla müraciət etməsi 

1804  16 iyun 

I Rusiya–İran müharibəsinin   başlaması 



1804-1813 

 I Rusiya–İran müharibəsi dövrü. Müharibə hər iki tərəfdən də Azərbaycana qarşı işğalçı və ədalətsiz müharibə 

idi 

1804  27 iyul 

Üçmüədzin (Eçməzdin) döyüşü. Rus qoşunlarının məğlub olması 



1804  4 sentiyabr 

Qəmərli  döyüşü. Rus qoşunlarının məğlub olaraq geri  çəkilməsi 



1805  14 may 

Qarabağ  xanlığı  ilə    Rusiya  arasında  Kürəkçay  müqaviləsi  imzalanması.  Kürəkçay  müqaviləsinin  şərtlərinə 

əsasən Qarabağ xanlığı Rusiya təbəəliyinə qəbul olundu, xanlıq müstəqil xarici siyasət hüququndan  məhrum 

edildi,  xanlığın  daxili  idarəsi    isə  xanın  ixtiyarında    saxlanıldı,  xan  çar  xəzinəsinə  hər  il  8  min 

çevron 

xərac 


verməli və Şuşada rus qarnizonu yerləşdirilməli  idi 

1805  21 may 

Şəki xanlığı ilə  Rusiya arasında Kürəkçay müqaviləsinin imzalanması 



1805  yay 

Zavalişinin komandanlığı ilə rusların Ənzəli və Rəştə desant çıxarması. Lakin rusların bu cəhdi uğursuzluqla 

nəticələndi 

1805 

 

 

Bakını və Gilanı tutmaq məqsədi ilə Sisianovun  rus donanmasını Xəzər dənizinə göndərməsi 



1805  27 dekabr 

Şamaxı xanlığı ilə  Rusiya arasında Kürəkçay müqaviləsinin imzalanması və xanlığın Rusiyaya birləşdirilməsi 



1805 

 

 

Rusiyanın Zəylik  kəndinin  zəy mədənlərini  müqatiəyə  verməsi 



1806  8 fevral 

Bakı xanı Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy  tərəfindən Sisianovun qətlə yetrilməsi 



1806  22 iyun 

Dərbənd xanlığının ruslar tərəfindən ikinci dəfə işğal  edilməsi 



1806  3 oktyabr 

Bakı xanlığının ruslar tərəfindən işğal  edilərək ləğv edilməsi 



1806  iyun 

Lisaneviçin İbrahimxəlil xanı ailəsi ilə birlikdə qətlə yetirməsi. Buna cavab olaraq Şəki hakimi Səlim  xanın 

Rusiya himayəsindən imtina etdərək rus qarnizonunu Şəkidən qovması 

1806   

Səlim  xanın başçılığı ilə Şəkidə Rusiyanın müstəmləkəçilik siyasəti əleyhinə üsyan baş verməsi 



1806  oktyabr 

Quba  xanlığının ruslar tərəfindən işğal  edilməsi 



1806  22 oktyabr 

Şəki  yaxınlığında  döyüş.  Döyüşü    nəticəsində  ruslar  qalib  gələrək  Şəkini  ələ  keçirdilər,    Səlim  xan  məğlub 

olaraq  İrana    qaçdı.  Xanlığı  idarə  etmək  üçün  rusiyapərəst  Cəfərqulu  xan  başda  olmaqla  müvəqqəti  idarə 

sistemi yaradıldı 



1806  

Car-Balakəndə rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi 



1806-1812 

Rusiya-Osmanlı müharibəsi baş verəsi 



1806 

I Rusiya-İran müharibəsi zamanı sülh danışıqlarına başlanılması. İran şahı Fətəli şahın öz  nümayəndəsini sülh  

təklifi ilə Qafqazdakı  rus qoşunlarının  baş komandanı general Qudoviçin yanına göndərməsi 

1807  18 iyun 

Gümrü döyüşü. Rusların osmanlı qoşununu məğlub etməsi 



1808-1825 

 

Rusiyanın Abşeronun  neft quyularını müqatiəyə  verməsi 



1808 sentyabr-oktyabr 

Rus qoşunlarının Üçmüədzini  və Naxçıvanı  ələ  keçirməsi 



1809 

Qarababa döyüşü. Abbas Mirzənin  rus qoşunlarını məğlub etməsi 



1808-1809 

 

Rusiyanın İrana qarşı hərbi kampaniyasının uğursuzluqla nəticələnməsi 



1809 

General Qudoviçin isfefaya göndərilməsi və A.P.Tormosovun  Qafqazdakı  rus qoşunlarının  baş komandanı 

təyin edilməsi 

1809  

Abbas Mirzənin Qarabağ, Göyçə və Yelizavetpolu ruslardan azad etməyə uğursuz cəhd göstərməsi 



1810 

Qubada xanlığının ləğv edilərək yerli  bəylərdən  ibarət  əyalət şurası təşkil olunması və Bakı  xanı  II Mirzə 

Məhəmməd xanın əyalət şurasının sədri təyin olunması 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə