AVTO KREDİTLƏR
BİZNES KREDİTLƏR
İSTEHLAK KREDİTLƏRİ
İPOTEKA
KREDİTİ
BAKI - 2013
“QAYNAR XƏTT”
AZƏRBAYCAN RESPUBLİKASININ
MƏRKƏZİ BANKI
Maliyyə savadlılığı -
pulunuza dəyər qatın!
KREDIТ
KREDIТ
Məsuliyyətli borclanma
Kredit borcunuzu vaxtlı
vaxtında ödəyin
Kredit üzrə ödənişi vaxtında edə bilmədikdə, bank
sizdən gecikdirməyə görə cərimə (dəbbə pulu)
tutacaqdır. Ödəniş intizamınızın pozulması sizin
kredit tarixçənizə xələl gətirə bilər.
Bu səbəbdən ödənişləri heç zaman gecik-
dirməyin. Bu, sizin etibarlı müştəri olmağınıza
imkan yaradar və gələcəkdə bank sizə təkrar
kredit verdikdə müəyyən güzəştlər edə bilər.
Həmçinin unutmayın ki, kimsə sizin adınıza kredit
götürürsə, bu halda ən böyük məsuliyyət sizin
üzərinizə düşür. Belə kreditin ödənişinin
gecikdirilməsi halında borcu siz ödəməli olacaqsınız.
Şəxsi məlumatların oğurlanmasının
qarşısını necə almaq olar?
Əgər ehtiyacınız yoxdursa, kredit kartlarını və
şəxsiyyət vəsiqənizi üzərinizdə daşımayın. Bütün
maliyyə sənədlərinizi evinizdə etibarlı bir yerdə
saxlayın. Heç zaman kredit kartları üzərində pin
kodu yazmayın.
Sizin haqqınızda məlumatlar daşıyan gərəksiz
maliyyə sənədlərini ləğv edin: kassa çekləri,
bankomat qəbzləri, hesabdan çıxarışlar, kredit
almaq üçün verilən ərizə, köhnə kredit kartları və s.
Elektron poçt vasitəsi ilə məktub göndərərək
məlumatları əldə etməyə cəhd edənlərin “tilovuna
düşməyin”. Onlar həqiqətən mövcud olan
təşkilatların adından sizi saxta internet saytlarına
daxil olmağa dəvət edə bilərlər.
Heç bir bank hesabınız barədə məlumatları
elektron poçt və ya internet vasitəsilə göndərməyi
və yaxud dəqiqləşdirməyi tələb etməz. Əgər belə
bir məktub almısınızsa, bu o deməkdir ki, kimsə
dələduzluq məqsədilə şəxsi məlumatlarınızı
almağa çalışır.
493 11 22 (3-87)
Bank üzrə:
493 13 23
Milli valyuta üzrə:
Əgər kredit üzrə girov qoyulubsa, deməli bank
daha az risk daşıyır. Ona görə də bank girovlu
kredit üzrə girovsuz kreditlə müqayisədə daha
aşağı faiz dərəcəsinə razı ola bilər.
məqsədi şəxsi istehlakdır. Bu
krediti məşğulluğunuzla və ya sahibkarlıqla bağlı
olmayan məqsədlər üçün xərcləyə bilərsiniz.
Kreditin məbləği kifayət qədər böyük olduqda və
girov təminatı olmadıqda, kreditin verilməsi üçün
bank zamin tələb edə bilər. Bu, valideynlərinizdən
biri və ya zəruri olduqda sizin yerinizə krediti
ödəməyə hazır olan tanışınız ola bilər. Bu, böyük
bir məsuliyyətdir. Bu barədə kimdənsə xahiş
etməmişdən əvvəl, yaxud kimsə sizdən onun
zamini olmağı xahiş etdikdə yaxşıca fikirləşin.
Müflisləşmə – kreditor-
larınıza (borc verən-
lərə) olan borclarınızı
ödə yə bilmədiyiniz
vəziyyətə düşməyiniz
deməkdir. Bu, fövqəla-
də bir haldır. Müflis-
ləşdiyiniz təqdirdə, bu
hadisə sizin kredit
t a r i x ç ə n i z d ə u z u n
müddət qalacaqdır.
İstehlak kreditinin
Kredit almaq haqqında
qərarı kortəbii olaraq
qəbul etməyin: hətta
faiz dərəcəsi sıfır olan
kredit belə yüksək
komissiyalara (xidmət
haqlarına) görə bahalı
ola bilər. Ona görə də
mütləq kreditin faktiki
illik faiz dərəcəsini
(FİFD) öyrənin.
Müflisləşməyə imkan yaratmayın
Hansı yaşda insanlar
kredit ala bilər?
Kreditlərin hansı növləri vardır?
18 yaşı tamam olmuş hər bir şəxsə kredit verilə
bilər. Bununla belə, əgər yaşınız 18-dən
aşağıdırsa, lakin əmək müqaviləsi üzrə işləyir,
valideynlərinizin razılığı ilə sahibkarlıq fəaliyyəti
ilə məşğul olursunuzsa və ya qanun yol verdiyi
halda nikaha girmişsinizsə, siz həmin yaşda da
kredit ala bilərsiniz.
Bankdan iki növ kredit ala bilərsiniz – məqsədli
kredit və istehlak krediti.
- müəyyən bir məqsəd üçün,
məsələn, maşın almaq, təhsil almaq və ya biznes
qurmaq üçün verilir. Bu zaman siz böyük
ehtimalla pulu “canlı” olaraq görməyəcəksiniz.
Məsələn, təhsil krediti alarkən bank, pulu birbaşa
universitetin hesabına köçürəcəkdir. Məqsədli
kreditlərin əsas növlərindən biri mənzil almaq
üçün verilən ipoteka kreditidir.
Əgər məqsədli kredit hər hansı bir aktivin
(məsələn, mənzilin) alınması üçün sərf edilirsə,
onda həmin aktiv, bir qayda olaraq, kredit üçün
girov qoyulur. Bu, o deməkdir ki, kredit
qaytarılmadığı təqdirdə bank öz pulunu geri
almaq üçün girovun satılmasını tələb etmək
hüququna malikdir.
Məqsədli kredit
Kredit nə üçün lazımdır?
Bəzən insanlar pulları olmayanda və ya az
olanda belə nə isə almaq istəyirlər. Pul yığmaq
üçün vaxt və iradə tələb olunur. Lakin, əgər çox
gözləmək istəmirsinizsə və ya müəyyən
səbəbdən təcili pula ehtiyacınız yaranarsa, onda
bankdan kredit götürə bilərsiniz. Bu zaman bank
sizə müəyyən pul məbləğini faizlə borc verir.
Bundan əlavə, bank bəzi komissiyalar (xidmət
haqları) da ala bilər, məsələn: ərizəyə
baxılmasına, kreditin verilməsinə görə və s.
Beləliklə, siz, istədiyiniz əşyanı təxirə salmadan ala
bilərsiniz. Ancaq unutmayın ki, nəyi isə kreditlə
almaq heç də hədiyyə almaq demək deyil. Borc
aldığınız pulu faizi ilə birlikdə qaytarmalı
olacağınızı unutmayın. Bu səbəbdən kredit almaq
haqqında qərar qəbul etməzdən əvvəl ciddi
düşünmək lazımdır.