Musa
Xorenliyə görə,
Turk tanrı və qəhrəmandır.
O, üzü sərt cizgili, vəhşi baxışlı nəhəng kimi görənləri
dəhşətə gətirir. Dağlardan böyük qayaları qoparıb də-
nizə atır. Qayaların yaratdığı dalğalar gəmiləri suda
batırır (Хоренский 1808. 147; Абегян 1975. 23-28;
Мифы II. 1998. 521). Türk və ya
Tork o qədər güc-
lüdür ki, dırnaqları ilə qranit qayalara qartal şəkli çəkir
(Абегян 1975. 521). Burada incə bir məqama diqqət
yetirmək yerinə düşər: türklərdə olduğu kimi, h’ay-
larda qartal qəhrəmanlıq rəmzidir. O, göylərdən igid-
lərə cəsurluq gətirir. Yunan miflərində isə qartal mənfi
obrazdır. Qafqaz dağında qayaya zəncirlənmiş Prome-
teyin ciyərini dimdiyi ilə qoparıb, parça-parça udur.
M.X.Abeğyan yazır: – Tork qədim Anadolunun
Tarku tanrısıdır. Onu sonradan H’Ayın nəvəsinin oğlu
eləyiblər.
1980-1998-ci illərdə Moskvanın “Ensiklopedi-
ya” nəşriyyatında çap olunan “Dünya xalqlarının mif-
ləri” kitabında deyilir: – Tork xettlərin Tarku tanrısı-
dır. Sonradan bitkilərin hamisi olan Tarkunu ermənilər
Tork eləyiblər(Мифы II. 1998. 521).
Əslində Tarku və Türk ayrı-ayrı tanrılardır. İlk
öncə ona görə ki, Suriya və erməni kilsə salnamə-
lərində Türk bitkilərin yox, gücün, qüdrətin simvolu
kimi təqdim olunur. Türkü Tarku ilə eyniləşdirməklə
erməni tarixçiləri onu ariləşdirmək istəyirlər.
Nikita Emin Acoxikin (XI əsr) “Ümumi tarix”
kitabının 1864-cü il nəşinə izahında yazır: – Turkun
adı eradan 150 il qabaq baş verən hadisələrlə bağlı
çəkilsə də, o, Anadoluda daha əvvəlki zamanlardan
yaşamışdır (Асохик 1864. 292).
Parfiyalılar eradan qabaq II yüzillikdə romalıları
Aralıq dənizi sahillərinə doğru sıxışdıranda Türk nəsli
Van gölünün qərbində yaşayırdı (Абегян 1975. 21.
23). Musa Xorenli yazlr ki, parfiyalı Vaqarşak qərb
Türk dırnaqları
ilə qranit
qaynaqlara
qartal şəkli
çəkir.
Eradan qabaq
VIII əsrdə
Anadoluda Türk
şəhəri vardı.