Gürcüstanda Tibet çayının bir qolu onların adı ilə
Çoqa adlanırdı (Пагирев 1913. 159). Tədqiqatçıların
ümumi fikrinə görə, Çuğa tayfası Azərbaycanda ilk
orta əsrlərdən yaşamışdır (Шопен 1866. 216; Kemal
Алиев 1987. 27).
Çuğa türk etnonimidir. Tonyukuk abidəsində
Kuz Çuqay yaşayış yerinin adı çəkilir (Малов 1951.
65). Bundan əlavə, Şah Təhmasibin
Cuğa Sultan
Təkəlu adlı əmiri olmuşdur (Fərzəliyev 1983. 51).
L.M.Meliksetbekova görə, İberiyanın qonşulu-
ğunda
Dirili adlı ölkə olmuşdur.
Gürcü salnamələrində
həmin ölkə Trialia, Trialeti adlandırılır (Меликсетбе-
ков 1941. 125; Патканов 1883. 238).
Diri Alban tayfalarından biridir. Onlar VII əsrin
əvvəllərinə qədər Uti tayfa ittifaqına daxil idilər (Ме-
ликсетбеков 1942. 35, 48; Ломтатидзе 1958. 205).
Sonra onlar İberiyaya köçüb
Dirili yaşayış məskənini
saldılar. Q.A.Lomtatidze yazır ki,
Dri tarixi vilayəti
İberiyada IV-VI əsrlərdə mövcud olmuşdur (Ломта-
тидзе 1958. 265, 293). K.P.Patkanov yazır ki, ermə-
nilər Gürcüstanın Trialeti vilayətini
Trel adlandırırlar
(Патканов 1883. 238). Nəzərə alsaq ki, erməni dilində
sözün bəzən əvvəlində, bəzən sonunda gələn saitlər
yazılmır, onda Trel adı Dirili kimi oxunmalıdır.
Vaxtilə İranın Kirmanşah mahalında
Dirili
(Sanan Azer 1942. 14), Zəngilanda
Diri (Ərazi 1979.
49) kəndləri vardı. Azərbaycanda və Anadoluda
Diri
Baba türbələri xalqın səcdəgah yerləri idi. Həmin tür-
bələrdə Diri nəslindən çıxan təriqət dərvişləri dəfn
olunurdu. Bütün bunlara istinadən düşünmək olar ki,
Dirili Qurbani Albaniyanın qədim Diri nəslindən çıx-
mışdır.
Gürcü tarixçiləri yazırlar ki, Orbeliani nəslindən
Sulxan arvadı öləndən sonra David Qaraca monastırı-
na gəlmiş, orada monax olandan sonra
Saba adı almış-
dır (Орбелиани 1959. 3-6).
Aşıq Qurbani
Albaniyanın
Diri nəslindən
çıxmışdır.