Sari Danişvili variantlarında yazıya alınmışdır (Марр
1910. XV).
Çariça Tamarın saray şairlərindən birinin soyadı
Caxruxadze idi. Əslən Albaniyanın Toz mahalından
olan şair Tamarın müsəlmanlar üzərində qələbələrini
tərənnüm edirdi. Çaxruxadze Şota Uruztavelinin çağ-
daşı idi (Джанашвили 1900. 1683; İoселиани 1860.
61-62; Шота Руставели 1885. 22). P.İoseliani şair
Çaxruxadzeni gürcülərin Vergilisi adlandırılar (İoсе-
лиани 1860. 65).
Çaxrux şairin nəslinin adıdır. Çaxrux nəsli
deportasiyaya qədər Gürcüstanda Axısqa türkləri
arasında yaşayır və həmin nəslin nümayəndələri
özlərini Çaxruxgillər adlandırırdı (Asif Hacılı 1998.
119).
İberiyanın Saurmak adlı 2 çarı olmuşdur
(Гамкрелидзе 1961. 19). Onlardan birincisi e. ö. 139-
124-cü
illər arasında ölkəni idarə etmişdir.
L.M.Meliksetbekov güman edir ki, ilahə Ananın
bütünü İberiyaya həmin Saurmak gətirmişdir
(Меликсетбеков 1938. 25. 27).
Başqa bir Saurmak V əsrdə yaşamışdır. O zaman
spasalar – qoşun başçısı olan Saurmak gələcək çar
Vaxtanq Qorq Aslanın atabəyi idi (Джуаншериани
1986. 58; Меликсетбеков 1968. 25). N.Y.Marrın
fikrincə, sərkərdə Saurmak Qorq Aslanın əmisi və ya
dayısı olub, əvvəllər farslara xidmət edirmiş (Марр
1901. 13).
Gürcüstanda Saurmak adlı qədim bir məzarlıq
vardı (Дидебулидзе 1983. 15). Çox ehtimal ki, o,
Saurmak nəslinin qəbiristanı olmuşdur.
V-VII əsr erməni tarixçilərinin əsərlərində
Saurmak adına Sormak və Surmak variantlarında rast
gəlirik. IV əsrdə yaşamış Arzan knyazının adı (yəqin
ki, soyadı) Sormak idi (Хоренский 1809. 160, 163).
Başqa bir Surmak V yüzildə yaşamışdır. O, Bozlu
Axısqa türkləri
arasında
Çaxruxgillər
nəsli vardı.
İlahə Ananın
bütünü
İberiyaya çar
Saurmak
gətirmişdir.
Türk əsilli
Surmak 2 dəfə
ermənilərin
patriarxı
seçilmişdir.
(Bznuni) mahalının yepiskopu idi (Шопен 1852. 296).
Yeqişenin (V əsr) yazdığına görə, yepiskop Surmakın
qəbiləsi Mamuk nəslindən Vardanın tərəfində İranla
vuruşurdu (Егише 1971. 42).
Surmak 2 dəfə – 428-ci və 437-ci ildə erməni-
lərin patriarxı seçilmiş, 444-cü ildə ölmüşdür (Орман-
ян 1913. 29-30). Bizim üçün maraqlıdır ki, Sibirdə
Uluq Xem çayının bir qolu Surmak adlanır (Радлов
1989. 599).
İberiya çarı Qorq Aslanın nəsli çar Parnakdan
başlayır. Gürcü və erməni salnamələrində Parnakın
nəsli Parnauz Parnavazean adlandırılır. Parnauz əmr
edir ki, ölkədə hamı iber dilində danışsın (Вермишев
1904. 102). 499-cu ildə Qorq Aslanın ölümü ilə
İberiyada
Parnauz
nəslinin
süqutu
başladı
(Джуаншериани 1986. 46) və 570-ci ildə sona yetdi.
Parnak adına epitafiya mətnlərində daha çox
Parlak formasında təsadüf edirik. Krımdan eranın II
əsrinə aid yəhudi başdaşı tapılmışdır. Həmin qəbir
daşı Parlak adlı adamındır. Parlakın özü yəhudi, atası
bütpərəst idi (Хвальсон 1866. 183).
A.İ.Xvalsona görə, iber adı Parnak zəndcə,
yevrey adı Parlak türkcə parıldamaq feilindən
törəmişdir (Хвальсон 1866. 181).
İltisaqi dilli h’ayların (indiki flektiv dilli erməni-
lərin yox) Parnak adlı 2 hökmdarı olmuşdur. I Parnak
e. ö. 1531-ci ildə hakimiyyətə gəlmiş, II Parnak Troya
mühasirəsi zamanı (e. ö. 1260-1254) yaşamışdır. II
Parnak Assuriyanın vassalı kimi ölkəni idarə edirdi
(Шопен 1852. 99-100). Asoxikə görə, II Parnak e. ö.
805-ci ildə hakimiyyətə gəlmişdir (Асохик 1864. 244-
245).
Əslində Parnak və ya Barnak Ön Asiyanın
qədim bir etnosunun adıdır. E. ö. II minilliyə aid
Assur mənbələrində göstərilir ki, onların ölkəsi
Ermənilər
üzərində
hökmran olan
Parnakın adı
türkcə
parıldamaq
felindəndir.
Yevrey adı
Parlak türkcə
parıldamaq
feilindən
törəyib.
Həmədan yaxınlığında yerləşir (Мещанинов 1926.
218; Solmaz Qaşqay 206. 125).
Sonradan Parnak nəsli tarixi vətənlərindən şima-
la sıxışdırılmış, Şərqi Anadoluda və Qərbi Qafqazda
yurd salmışlar. XIX əsrdə Borçalı mahalında Barnak
adlı yaşayış yeri vardı. Oradan xett dövrünə aid kera-
mika tapılmışdır (Мещанинов 1927. 5). Bundan əla-
və, XVII əsrdə Minqreliyada Pernak adlı qala olmuş-
dur (Эвлия Челеби 1983. 222).
Düşünürük ki, Sibirdəki Barnaul və Gürcüstan-
dakı Marneuli Barna – Barnak etnik adının qismən
dəyişilmiş formalarıdır.
Gürcü dilində bu gün də işlənən qədim soyad-
larından biri Ançabadzedir. Ancabadze nəslinin maha-
lı indiki Ermənistan, Gürcüstan və Türkiyə arasında
idi (Джанашвили 1900. 156; Марр 1911. 110. 112).
İndi həmin ərazidə Anca adlı kilsə (Бакрадзе 1878.
353) və kəndlər var (Шопен 1852. 495).
Anca mahalı və kilsəsi orta yüzil gürcü salnamə-
lərində Anci adlanır. Anci kilsəsi P.İoselianinin yazdı-
ğına görə, I Tamarın vaxtında tikilmişdir (İoселиани
1866. 25). Anca kilsəsinin özünəməxsus ikonaçılıq
məktəbi var idi. Həmin məktəbin yetirmələri öz
nəsillərinin adı ilə Anceli soyadı daşıyırdılar
(Амиранашвили 1956. 9). Artıq IX əsrdə Anci kilsəsi
yepiskopluq mərkəzinə çevrilmişdi (İoселиани 1866.
25).
Anca mahalı çar Parnauza qədər İberiyaya tabe
deyildi. Əfqan mənşəli erməni Kerop Patkanov “Qə-
dim İber salnaməsi”nə istinadən yazır ki, çar Parnavaz
yunanların vilayətinə gəlib, Anci mahalını ələ keçirdi
(Патканов 1883. 235).
Söz yox ki, Anca yunan nəsli deyildi. Onların
ölkəsi İran ilə Bizans arasında yerləşdiyinə görə, gah
Bizansın, gah da əhəmənilərin və sasanilərin təsiri
altına düşürdü.
Anca nəslinin
görkəmli sənət
adamları Anceli
soyadı
daşıyırdılar.
Xett
kitabələrində
Anca ölkəsi
Ancaka adlanır.
Dostları ilə paylaş: |