yan türklər Şumer şəhər dövlətlərinin süqutundan
sonra Ərəbistan səhralarından gələn samilərlə qarış-
mış, Finikiyadan Karfagenə, Mesopotamiyadan İberi-
yaya qədər yayılmışlar.
Türklər e. ö. IV-III minilliklərdə Kam nəslindən
Kuş tayfa ittifaqının tərkibində idilər. Musa Xorenli
yazır ki, Turkion-Türkün övladları
Pasxam nəslindən-
dir (Хоренский 1808. 147). Pasxam – Kam nəslinin
başçısı deməkdir.
Semitoloq – Traçevski yazır ki, Kam mənşəli
Kuş nəsilləri Dəclə və Fərat çayları arasından Fələs-
tinə köçəndən və samilərlə qatışandan sonra Pun adı
aldılar (Трачевский 1889. 45). Deməli, Pun bütün
türklərə yox, e. ö. 23-cü əsrdə Şumerin Ur şəhərinin
süqutundan sonra Fələstinə köçən turanlı (Трачевский
1889. 47. 52) türklərə deyilmişdir.
Sonra punların bir qolu Nil vadisinə, bir qolu
Tunis yaxınlığına köçdü. Tunisə köçən punlar Aralıq
dənizi sahilində Kartagen (Karfagen şəhərin yunan
adıdır) şəhərini saldılar. Buntürkərlə italiklər arasında
e. ö. 261-146-cı illər arasında baş verən müharibə Pun
müharibəsi adlanır (Трачевский 1889. 286).
Nil vadisinə köçən Kuş övladlarının
kahini Mena
Misirdə ilk firon oldu və Mena (yunanca Memfis)
şəhərini saldı (Трачевский 1889. 24). Kahin Menanın
Misirdə qurduğu dövlət punlaşmamış, yəni samiləş-
məmiş türklərin dövləti idi. Onlar e. ö. 23-cü əsrdən –
hiksosların Nil vadisinə basqınından sonra sami mən-
şəli etnosların assimilyasiyasına uğradılar.
Traçevski yazır ki, Kuş və ya Turan etnoslarının
dili
fin dilinə bənzəyirdi. Onların maddi-mədəniyyət
nümunələri
bürünc dövrünə aiddir (Трачевский 1889.
44).
Pun sözü türk dillərində bir çox mənalara malik
olmuşdur. M.Qaraqoyunlunun “Fərhəngi-türki” lüğə-
tində bun sözü “kədər”, “qüssə” mənalarında verilmiş-
Musa Xorenliyə
görə, Türk Baş
Kam nəslindən-
dir.
Bun sözü türk
dillərində: 1. əsl
türk, 2. yerli
türk, 3. nizənin
ucluğu, 4) kəllə,
baş və s.
mənalar
bildirir.