İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

 
 
sini  nəzərə  alaraq  onların  dövlət  başçılarını  hakimiy-
yətdə saxladı (Fazili 1970. 78). 
Bu  günədək  biz  Şuşa  şəhər  qalasının  tarixini 
öyrənmişik.  Şuşa  nəslinin  yaratdığı  dövlət  və  mədə-
niyyət  isə  tədqiqat  obyektinə  çevrilməmişdir.  Bunun 
üçün  ilk  öncə  Şuşa  nəslinin  etnik  mənsubiyyətini 
müəyyən  etməli,  onların  hansı  dildə  danışdıqlarını 
öyrənməliyik. 
Z.A.Raqozina  yazır  ki,  Suz  və  Şuşa  eyni  şəhər-
lərdir (Рагозина 1902. 495, 497). Şuşa Suzun əsil adı-
dır, Suziana yunancadır (Рагозина 1903. 298). 
B.A.Turayevə  görə,  Elamın  paytaxtı  və  yerli 
Şuşinak  kultunun mərkəzi  Şuşa  şəhəri  olmuşdur  (Ту-
раев  1913.  79).  Henrix  Oretsin  fikrincə,  şəhərin  adı 
Suz  yox,  Suzadır  (Грець  2.  1907.  3).  Kvinta  Kursiya 
belə  hesab  edir  ki,  indi  Xuzistan  adlanan  ölkənin  qə-
dimdə  adı  Suza  olmuşdur  (Квинта  Курция  1750. 
521). V.İ.Masson bildirir ki, Suziana ölkənin yerli dil-
də  adı  yox,  antik  mənbələrindəki  adıdır  (Массон 
1964. 308). 
E. ö. 640-cı ilə aid bir assur kitabəsində Suz Şu-
şa adlandırılır. Kitabədə  çarın dilindən deyilir:  –  Mə-
nim əsgərlərim düşmənin cəsədlərini Şuşanın çöllərinə 
səpələdilər  (Юсифов  1968.  326).  Y.Yusifov  Elamın 
sosial-iqtisadi həyatına həsr etdiyi kitabında Şuşa ölkə 
adının izahını vermir. Öz qeydində bildirir ki, Assuri-
ya hökmdarı Şuşa deyəndə Xuzistanı nəzərdə tutmuş-
dur. 
Sasanilərin  zamanında  da  Suz  şəhəri  Şuşa  adla-
nırdı. Əbu Osman Cahiz əl-Bəsri Xosrov Pərvizin za-
manında  yaşamış  Səhm  b.  Səfran  ət-Tirmizidən  belə 
bir sitat verir: – Biz onların nə üçün Mədain və Şuşada 
zeytun ağacları əkdiklərini bilirik (Cahiz 2001. 55). 
Yeddi  təpədən  tapılan  bir  Elam  xətti  yazısında 
Suz  Şuşa  adlandırılır.  Ancaq  bəzi  tədqiqatçılar  onu 
Xuzistanın e. ö. 
II-I 
minilliklərdə adı 
Şuşa olmuşdur. 
Şuşa və 
Xuşistan eyni 
mənşəli ölkə adı 
olub, Kuş 
etnonimindən 
törəmişdir. 


 
 
Şuşe, bəziləri Şuşi kimi oxuyurlar (Храновский 2010. 
135; Оганесян 1961. 13, 31). 
Şuşa yazılarının dili XIX əsrin ortalarından Av-
ropa  tədqiqatçılarının  diqqətini  cəlb  etmişdir.  Alman 
alimi F.H.Vaysbax Bisütun qaya yazılarının 3-cü mət-
ninə  istinadən  belə  bir  nəticəyə  gəldi  ki,  Şuşa  kita-
bələrinin  dili  türk  dillərinə  qohum  olmuşdur  (Veiss-
bach  1890.  3-241).  Z.A.Raqozina  belə  hesab  edir  ki, 
həmin kitabənin dili Şumer dilinə yaxın olub, qeyri-ari 
və  qeyri-sami  mənşəlidir,  geneoloji  cəhətdən    Turan 
dillərindən biridir (Рагозина 1903. 311, 318). 
Sonra N.Y.Marr Şuşa yazıları üzərində tədqiqat-
larını davam etdirdi. 1914-cü ildə Rusiyada və 1920-ci 
ildə  Almaniyada  nəşr  etdirdiyi  kitablarında  Şuşa-türk 
etnolinqvistik bağlarına toxunmasa da, bildirdi ki, 2-ci 
dərəcəli  Əhəməni  yazılarının  dili  Yafəs  dillərinə  qo-
humdur  (Марр  1920.  3-241;  Марр  1914.  3-44
). 
Biz 
bu  istiqamətdə  tədqiqatları  davam  etdirməli,  Şumer-
Şuşa-türk etnolinqvistik bağlarını sübuta yetirməliyik. 
Şuşa  kitabələrinin  dilində  elə  sözlər  var  ki, 
onların türk mənşəyini sübut etməyə ehtiyac yoxdur. 
Ər Şuşanın və oğlu Bars xanın ölümündən sonra 
şuşalılar İberiyada və Aranda hakimiyyətdən uzaqlaş-
salar  da,  uzun  zaman  bir  etnik  toplum  kimi  mövcud 
oldular. Onların xristian hissəsi Şuşa qalasının işğalın-
dan  sonra  İberiyadan  Türkiyəyə  köçdülər  və  Batum 
şəhərinin şimal-qərbində yurd saldılar. İndi onlar özlə-
rini  Şavşad  adlandırır  və  babalarının  bir  vaxt  İberi-
yadan  köçüb  gəldiklərini  bilirlər.  N.Y.Marr  1911-ci 
ildə  Şavşetidə  olmuş  və  görmüşdü  ki,  onların  çoxu 
gürcücə danışa bilmir (Марр 1911. 5. 27). Övliya Çə-
ləbi  (XVII  əsr)  onların  ölkəsini  Şavşeti  yox,  Şuşalə 
məlikliyi (Çəmənzəminli 1993. 25) adlandırır. 
Şuşalıların ən döyüşkən dəstələri İberiyada yarı-
köçəri  bir  el  olaraq  qaldılar.  “Dəftəri-müfəssəli-
Yeddi təpədən 
tapılan e. ö. 23-
cü  əsrə aid xətti 
yazıda Suz 
şəhəri Şuşa 
adlandırılır. 
İberiyadakı 
Şuşa knyazlığını 
gürcülər gah 
Şuşeti, gah 
Şavşeti 
adlandırırlar. 


 
 
Tiflis”də  göstərilir  ki,  Şuşalu  camaatının  Qarayazı 
çölündə qişlağı vardır. 
Şuşalıların  bir  etnik  vahid  kimi  son  döyüşlə-
rindən  biri  XIV  əsrin  ortalarında  baş  vermişdi.  Şuşa 
bəy  Borçalı  bəylə  birlikdə  Misir  məmlük  sultanının 
qardaşı,  Hələb  valisi  əmir  Yaşbəy  ilə  vuruşmuşdu 
(Faruk  Sümər  1992.  230).  O  Yaşbəy  ki,  din  xadim-
lərinin  fitvası  ilə  1417-ci  ildə  Nəsiminin  dərisini 
soydurmuşdur. 
 
Çorlu Yaqub-İakov Çurtaveli kimdir? 
 
Erməni və gürcü filoloqlarının çoxunun fikrincə, 
“Müqəddəs  Şuşanikin  iztirabları”nı  İakov  Çurtaveli 
yazmışdır (Меликсетбеков 1939. 3; Чуртавели 1978. 
3-76;  Кекелидзе  1973.  33;  Марр  1901.15).  Bundan 
əlavcə,  onların  fikrincə,  “ermənilərin”  VII  əsrdə  Çor 
dərəli  Saak-Saak  Çoraporetsi  adlı  filosofu  olmuşdur 
(Абегян 1975. 204). 
Hər iki ölkənin alimləri Yaqubun və Saakın han-
sı nəsildən çıxması barədə susurlar. Onların məntiqinə 
görə,  Saak  xristiandırsa,  erməni  alimidir.  Yaxud  Ya-
qub  Xram  çayı  boyunda  yazıb-yaradıbsa,  gürcü 
nasiridir. Əslində o tarixi şəxsiyyətlər sadəcə çordərəli 
və  çordağlı  deyildilər.  Onlar  türklərin  Çor  nəslindən 
çıxmışdılar. 
XIX əsrin sonlarında yaşamış İstanbul arxiyepis-
kopu Malaxiya Ormanyan yazır ki, erməni adı daşıyan 
knyazlıqların  hər  birinin  ayrıca  kilsələri  var.  Onlar 
müstəqil  fəaliyyət  göstərir  və  bir-birindən  asılı 
deyildir (Орманян 1913. 48, 50, 208). 
M.Ormanyanın  qapalı  fikirlərinin  altında  əsil 
gerçəklik aydın duyulur: – Erməni adı altında gizlənən 
xırda  xalqların  çoxu  erməni  deyildir.  Eynilə  gürcü 
alimlərinin  gürcü  kimi  qələmə  verdikləri  çorlar, 
şotalar,  çolaklar  gürcü  olmamışlar.  Onlar  öz  dilləri, 
Çorlu Yaqub-
İakov Çortaveli 
türkmən əsilli 
salnaməçidir. 
Erməni adı 
altında bir çox 
xalqlar gizlənir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə