İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

 
 
ayrıca  kilsə  və  monastırları  olan  etnik  qruplar  idilər. 
İstanbul arxiyepiskopu Fransada nəşr etdirdiyi kitabını 
I  Cahan  savaşı  ərəfəsində  yazmışdı.  O,  Avropanın 
diqqətini  ona  yönəldirdi  ki,  erməni  adı  altında  giz-
lənən  cürbəcür  xristian  icmaları  birləşdirib,  Türkiyəni 
içəridən dağıtmaq lazımdır. Belə də oldu. Ermənilərlə 
eyni  məzhəbdə  olan  xristian  etnik  qruplar  tədricən 
erməniləşdilər və Türkiyəni içəridən sarsıtdılar. 
Favstos Buzand (IV əsr) yazır ki, Çor vilayətinin 
başçısı  Quqark  hakimi  ilə  birlikdə  çar  Arşaka  qarşı 
çıxdı və onlar birlikdə Şapuxun (Sasani şahı Şapurun) 
yanına getdilər (Фавстос Бузанд 1953. 123). Deməli, 
çorların  quqarların  qonşuluğunda  yerləşən  vilayəti 
gürcülərin  iddia  etdikləri  kimi  Çurtav  yox,  Çor  ad-
lanmışdır.  Musa  Xorenli  də  çorların  yaşadıqları  qala 
və  dərəni  Çurtav  yox,  Çor  adlandırır  (Хоренский 
1893. 113, 247). Gürcülər qıpçaq mənşəli tav-dağ, zir-
və  sözünü  və  Elam-akkad  yazılarından  qalma  -eli 
şəkilçisini  (Анчабадзе  1959.  193;  Меликишвили 
1960,  378) salnaməçinin soyadına sonradan  artırıblar. 
Yunan  dilli  mənbələrdə  də  şəhərin  adı  Çortav  yox, 
Çordur.  Çor  etnonimi  yunanca  zuar  kimi  səslənir. 
(Тревер 1959. 276). 
L.M.Meliksetbekov  belə  hesab  edir  ki,  Çor  və 
Çurtav  eyni  şəhərdir.  O  zaman  Albaniyanın  Ereti 
mahalında salınan Çor şəhəri Xram çayı boyunda, in-
diki  Bolnisi  rayonunun  Arıxlı  kəndinin  yerində  idi 
(Меликсетбеков 1939. 3-4; Чуртавели 1978. 46). 
Ər Şuşanın və Bars xanın zamanında Çor şəhəri 
əsasən  Tiflisə  yox,  Bərdəyə  bağlı  idi.  Belə  olmasa, 
Bars  xan  Çora  gedə  bilməzdi  (Чуртавели  1978.  64, 
76).  Eftalitlərin  İrana  basqını  zamanı  Qorq  Aslanın 
övladları bir müddət Çora sahib ola bildilər. Çünki bu 
zaman  Aran  hakimi  tabeliyində  olan  qoşunu  götürüb, 
sasanilərə köməyə getmişdi. 
Sonrakı gürcü 
mənbələrində 
Çor şəhərinin 
adı Çortav, 
Uruz şəhərinin 
adı Rustavi kimi 
yazıldı. 
Amışqa 
kəndinin 
sakinləri 
deyirdilr ki, biz 
erməni deyilik. 
Beyrəklə Selcan 
xatunun xristian 
övladlarıyıq. 


 
 
Tarixi  coğrafiyamıza  aid  tədqiqatlarda  çox  za-
man  Çor  şəhər,  kənd  və  qalaları  bir-biri  ilə  dəyişik 
salınır.  Belə  çıxır  ki,  Çor  şəhəri  bir  neçə  yox,  bir 
olmuşdur.  Əslində  çorların  Xəzər  dənizinin  şərqində 
bir, Cənubi Qafqazda üç yaşayış məskəni olmuşdur. 
Ata Çikiyev yazır ki, çorlar V əsrin əvvəllərində 
Xəzər  dənizinin  şərqində  güclü  dövlət  yaratmışdılar. 
Onların  basqınlarının  qarşısını  almaq  üçün  sasanilər 
Qorqan keçidini istehkam tikərək bağladılar (Джики-
ев 1961. 12). 
Çorların  dövləti  dağılandan  sonra  onların  bir 
qolu  xəzərlərin  yanına  getdi.  Bir  hissəsi  indiki  Türk-
mənistanın Atrek çayı boyunda, Qorqan və Dehistanda 
yurd saldı (Касумова 2005. 46). 
Sasanilərin  zamanında  Azərbaycanın  və  İranın 
xeyli  hissəsi  türk  idi.  Onlar  I  Xosrovun  zamanında 
abxazlarla  alanların  arasına  köçürüldülər  (Касумова 
2005. 46). 
Çorlar  da  həmin  tayfalardan  biridir.  Onlar  Dər-
bənd  keçidini  qorumaq  üçün  Beşbarmaq  dağı  ilə 
Dəmir  qapı  arasına  köçürülmüş,  buradan  Albaniyanın 
və  İberiyanın  başqa  vilayətlərinə  yayılmışlar.  Bəzi 
gürcü tarixçilərinə görə, çorlar İberiyada özlərinə kiçik 
bir mahal yaratmışdılar (Амиранашвили 1956. 11). 
Q.Ə.Qeybullayevə  görə,  Çor  knyazlığı  Beşbar-
maq  dağı  ilə  Dərbənd  arasında  yerləşmişdir  (Гей-
буллаев 1975. 36). Nikita Emin Musa Xorenlinin ki-
tabının  1893-cü  il  nəşrinə  izahında  yazır  ki,  erməni 
tarixçilərinin əsərlərindəki Çoq və ya Çor qapısı Dər-
bənddir (Хоренский 1893. 261). 
Əldə  olan  mənbələrin  tədqiqi  göstərir  ki, 
Q.Ə.Qeybullayevin  Çor  qapısının  yeri  ilə  bağlı  fikri 
daha dəqiqdir. Musa Xorenli onu da qeyd edir ki, çor 
eyni  zamanda  tayfa  adıdır  (История  Армении  1893. 
113, 247, 297). 
Çorlar V əsrdə 
Balkan 
dağlarında 
güclü dövlət 
yaratmış, 
sasaniləri 
qorxuya 
salmışdılar. 
Çorları ərəblər 
Sul, yunanlar 
Zuar, ermənilər 
Çoq 
adlandırırdılar. 


 
 
Təbəri (839-923) yazır: – Xosrov Anuşirvan Sul 
keçidi  yaxınlığında  yaşayan  Sul  tayfası  ilə  müqavilə 
bağladı və xəzərlərin üstünə getdi (Артомонов 1962. 
125).  Həmin  sullar  çorlardır.  N.Q.Piqulevskaya  yazır 
ki, çorlar ərəb mənbələrində Sul adlanır (Пигулевская 
1941. 44). 
Belə hesab edirik ki, XIX əsrin sonlarında şimal-
şərqi  Qafqazda  müşahidə  edilmiş  Çor  turuxmen nəsli 
(Володина 2371.  73) qədim çorların  son qalıqlarıdır. 
Bundan  əlavə,  indiki  Ermənistanın  Kapan  mahalında 
XIX  əsrdə  Çor  kəndi  qeydə  alınmışdı  (Шопен  1852. 
67). O zamankı hadisələrin təhlili göstərir ki, Şuşanik 
Dərbənd  və  ya  Kapan  mahalındakı  Çorda  yox,  Xram 
çayı boyundakı Çorda dəfn edilmişdir. 
Çorlar  tarixi  mənbələrdə  erməni  və  ya  gürcü 
yox, türk tayfası kimi xatırlanırlar. XIX əsrdə 22 Tuva 
qəbiləsindən  biri  Çor  adlanırdı.  V.V.Radlov  belə  he-
sab  edir  ki,  həmin  çorlar  elə  şorlardır  (Радлов  1989. 
594,  745).  Deməli,  Bakıya  gələn  Şollar  suyu  çorların 
qədim torpaqlarından başlayır. 
M.İ.Artamonova görə, Çor Xəzər tayfasıdır (Ар-
тамoнов 1962. 400; Кулаковский 1914. 87). Əslində 
isə  onlar  ayrıca  bir  etnik  toplum  olub,  öz  dövlətləri 
dağılandan sonra Xəzər xaqanlığı ərazisində, Albaniya 
və İberiyada, hətta Türkiyənin Avropa hissəsində yurd 
salmışlar. Osmanlı tarixçiləri yazırlar ki, Sultan Səlim 
qəflətən  Çorlu  qalasında  vəfat  etdi  (Faruk  Sümər 
1992. 20). 
Mari  Brosse  yazır  ki,  İberiyada  yaşayan  tayfa-
ların çoxu gürcü deyildir. Onlar müxtəlif qaçqın tayfa-
lardır. Müxtəlif tarixi dönəmlərdə Kür çayı boyuna gə-
lib, orada yurd salmışlar (Мари Броссе 708. 5). Çorlar 
da onlardan biridir. Bu qədər tarixi faktların qarşısında 
Çorlu Yaqubun gürcü, Çorlu Saakın erməni kimi qələ-
mə verilməsi gülünc görünür. 
Şimal-şərqi 
Qafqazdakı  
turuxmenlərin 
Çor nəsli qədim 
çorların 
qalıqlarıdır.  
Çorlar Xəzər 
xaqanlarının 
tərəfində 
ruslarla 
vuruşurdular.  
Bakıya gələn 
Şollar suyu 
çorların tarixi 
vətənindən 
başlayır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə