İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə23/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

 
 
Musa Kaqankatuklu yazır ki, ter-Abas Albaniya 
katolikosluğunun  mərkəzini  Çor  şəhərindən  Bərdəyə 
köçürtdü (История Агван 1861. 90, 91). Bu, onu gös-
tərir  ki,  çorlar  Albaniyada  xristianlığın  yayılması  za-
manı ölkənin aparıcı etnoslarından biri olmuşlar. 
Çor  türk  dövlətçilik  tarixində  yüksək  rütbə  adı-
dır.  Bir  sıra  türk  xalqları  xaqan  seçilməzdən  qabaq 
dövlətdə  çor  titulu  daşımışlar  (Rəcəbov,  Məmmədov 
1893. 49; Гумилев 1967. 238). Kapaqan xaqanın  əv-
vəlki titulu Çor idi (Осман Фикри Серткая 1987. 16-
17). 
Çor ilk öncə bədxah ruhlardan biri olmuş, sonra 
onun  adı  etnik  ada  çevrilmişdir.  Yəni  türk  etnos-
larından biri özünü sitayiş etdiyi bədxah ruhun adı ilə 
adlandırmışdı.  Bəzi  Sibir  xalqlarının  inancına  görə, 
Çor Aza adlı qorxunc bir ruh insanların bədəninə girib
yoluxucu  xəstəlik  törədir  (Сатлаев  1974.  151).  Qaş-
qay  türkləri  qoyun  və  keçi  sürülərinə  düşən  xəstəliyə 
Çor deyirdilər (Şahin 1988. 139). 
Z.Ş.Didebulidzeyə  görə,  Çor  “qanlı-qadalı  yer” 
deməkdir (Дидебулидзе 1983. 33). Bu məna çor etno-
niminin əski mənalarına uyğun gəlir. 
Bu gün dilimizdə çor sözü qarğış kimi işlənir. 
Ayrısı çor desə, can deyər ona
Mən qurban oluram, bəyənmir məni. 
Çor  tayfası  Gürcüstanda  və  Azərbaycanda  son-
ralar Qaraçorlu adı ilə tanındı. Mirzə Adıgözəl bəy ya-
zır ki, Gürcüstanın qədim ellərindən olan qaraçorlular 
Pənah  xanın  şan-şövkətini  eşidib,  Qarabağa  köçdülər 
(Mirzə Adıgözəl bəy 1950. 20). Qaraçorluların bir his-
səsi Cənubi Azərbaycanda yaşayır, XX əsrin ortalarına 
qədər öz etnik cizgiləri ilə seçilirdi. Sənan Azər 1942-
ci  ildə  İstanbulda  nəşr  etdirdiyi  “İran  türkləri”  kita-
bında  göstərilir  ki,  Çor  İranda  yaşayan  kiçik  türk 
tayfalarından biridir (Sanan Azer 1942. 12). 
Çor teqin 
Göytürk 
xaqanlığında 
yüksək rütbə idi.  
Gürcüstandan 
Qarabağa 
köçən 
qaraçorlular 
çorların bir 
qoludur. 


 
 
Çor  qədim  dünyanın  zəngin  şəhər  mədəniyyəti 
yaratmış  xalqlarından  biri  olmuşdur.  Ancaq  onların 
xristianlıqdan  əvvəlki  tarixi  öyrənilməmişdir.  Belə 
görünür  ki,  onlar  eranın  V  əsrində  Xəzər  dənizinin 
şərqində  güclü  dövlət  yaratmış,  dövlətin  süqutundan 
sonra  Albaniyaya  və  İberiyaya  –  alanlara  abxazların 
arasına köçürülmüşlər. 
Çorlar  e.  ö.  II  minilliyin  əvvəllərində  Suriyanın 
qərbində yaşayırdılar. Suriya onların adı ilə Çor ölkəsi 
adlanırdı.  Sami  dilli  kitabələrdə  Çoria  Suria  kimi 
yazıya alınırdı. 
Finikiyanın  adada  yerləşən  Tir  şəhərini  çorlar 
salmışlar. Tirlilər, yəni çorlular Aralıq dənizində tica-
rəti əllərinə almış, e. ö. II minilliyin sonu, I minilliyin 
əvvəllərində qüdrətli dəniz dövlətinə çevrilmişdilər. 
Z.A.Raqozina  yazır  ki,  Suriyanın  Tir  şəhəri 
əvvəllər Çor adlanırdı  (Рагозина 1902.  496). Müəllif 
əsərin  başqa  bir  yerində  qeyd  edir  ki,  Tir  şəhəri  elə 
Çordur (Рагозина 1902. 499). 
Suriya, yəni Çoriya əhalisi sami mənşəli deyildi. 
Ernst  Renan  yazır  ki,  Ərəbistan  səhralarından  gələn 
Kənan  tayfaları  sonradan  onları  samiləşdirdilər 
(Эрнст Ренан 2750. 34). 
Suriyalılar  irqi  cəhətdən  ağ  və  qara  olmaqla  2 
yerə  bölünürdülər  (Шопен  1866.  203).  Ölkənin  şərqi 
Kələ, qərbi Çor adlanırdı (Эрнст Ренан 2750. 118). 
Çar  Davidin  və  oğlu  Süleyman  peyğəmbərin  
zamanında  Çor  şəhərinin  çarı  Xiram  idi.  Süleyman 
peyğəmbər ona 20 kənd verib, sarayını bəzəmək üçün 
qızıl  almışdı  (Рагозина  1902.  498).  Hərbi  gəmilərin 
və  ticarət  donanmasının  sahibi  olan  Xiramın  var-
dövləti  İudeya  və  İsrail  çarlarından  az  deyildi. 
Finikiyanın  Xiram  kultunun  son  qalıqları  Əsli  və 
Kərəm adı ilə Azərbaycan folkloruna daxil oldu. 
 Gürcü  tədqiqatçılarının  bəzilərinin  gümanına 
görə,  “Şuşanikin  iztirabları”nı  Yaqub  Qudezi  yazmış-
Sasanilər 
çorları 
abxazlarla 
alanların 
arasına 
köçürtdülər. 
Suriya ölkə adı 
Çoriyanın 
samiləşmiş 
variantıdır. 


 
 
dır  (Глонти  1936.  235).  Biz  bu  fikrin  doğruluğuna 
əmin  olmasaq  da,  Kuta  etnik  adının  tarixi-etimoloji 
mənasını aydınlaşdırmağı lazım bilirik. Çünki e. ö. 24-
cü əsrə aid Şumer gil lövhələrində Kür-Araz mədəniy-
yətinin daşıyıcıları olan kutilər (Əlimirzəyev 2011. 50) 
Kuta adlandırılır (Струве 1961. 57). 
Qədim Ön Asiya tarixinin tanınmış tədqiqatçıları 
Q.Maspero  və  B.A.Turayev  də  kutilərin  əsl  adının 
Kuta  olduğunu  təsdiq  edirlər  (Тураев  1913.  78; 
Масперо 1916. 160; Волков 1914. 20). Son elmi təd-
qiqatlara görə, Azərbaycan tarixində siyasi idarəçiliyin 
formalaşmasında  önəmli  yeri  olan  kutalar  Dəclə  və 
Fərat  çayları  arasına  Urmiya  vadisindən  köçüblər. 
A.N.Əlimirzəyev  kutaların  türklərlə  qohumluğunu 
qəbul etməsə də, yazır ki, onların siyasi mərkəzi indiki 
Kərkük ərazisi olmuşdur (Əlimirzəyev 2011. 50). 
Kutalar  bir-birinin  ardınca  Şumer,  Elam  və 
Misirin  şəhərlərini  tutdular  (Ямпольский  1959.  92; 
Струве 1961. 57; Хинц 1987. 75). 
Kutaların  özlərinə  məxsus  adət-ənənələri,  dini 
inancları, dövlət idarəçiliyi vardı. Z.İ.Yampolski yazır 
ki, onlar Nil vadisini tutub, qədim Misir məbədlərinim 
statusunu dəyişdirirdilər (Ямпольский 1959. 92). 
Kutaların Elam və Şumer şəhərində ağalığı e. ö. 
22-ci  əsrin  sonlarına  qədər  davam  etdi.  Onlar  e.  ö. 
2120-ci  ildə  Elamdan,  bir  qədər  sonra  Ur  şəhərindən 
qovuldular (Хинц 1987. 78; Струве 1961. 57). Şumer 
yazılarında  kutalar  “dağların  əjdahası”  və  “tanrıların 
düşməni” adlandırılır (Тураев 1913.  94).  Bizim üçün 
maraqlıdır ki, kutalarla azərbaycanlılar arasında müəy-
yən etnogenetik bağların olduğunu güman edən tədqi-
qatçılar  var.  XIX  əsrin  sonlarında  Diala  çayı  boyun-
dakı Şeyx xan yaşayış yerindən Kuta çarının barelyefi 
tapıldı. E. ö. III minilliyin 2-ci yarısına aid olan barel-
yefin  başında  Şuşa  tipli  türban  var.  Hökmdar  kəmə-
rində  balta,  sol  əlində  yay  ilə  təsvir  olunmuşdur.  O, 
Kuta şəhəri 
öncə Kutaion, 
sonra Kutais 
adlandırılırdı. 
Kuta elə 
kutilərdir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə