İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

 
 
sağ əli ilə sadaxdan ox çəkir. Ayağının altında yerə yı-
xılıb  aman  diləyən  düşmən  var.  Fransız  arxeoloqu 
E.Q.Ami  həmin  Kuta  hökmdarı  ilə  Şuşa  azərbay-
canlıları  arasında  oxşarlıqlar  görür  (Дьяконов  1954. 
25-27). 
Kutalar  artıq  e.  ö.  I  minilliyin  əvvəllərində  öz  
əvvəlki qüdrətini itirmiş, tamamilə zəifləmişdilər. As-
surlar  e.  ö.  720-ci  ildə  onların  bir  hissəsini  məğlub 
etdikləri İsrail oğullarının torpaqlarına köçürdülər (Ту-
раев 1913. 66). Belə hesab edirik ki, onların Qafqaza 
miqrasiyası bundan sonra başlamışdır. 
Rodoslu Apolloniyin “Arqonavtika” poemasında 
Kutaion tayfası haqqında məlumat verilir. Gürcü tarix-
çilərinin  fikrincə,  onlar  Kutais  şəhərini  salanlardır 
(Лордкипанидзе  1978.  26).  Daha  qədim  mənbələrdə 
Kutais  şəhəri  Kuta  kimi  yazıya  alınmışdır  (Шопен 
1866.  277;  Барамидзе,  Ватейшвили 1978. 159). De-
məli,  kutaların  ayrı-ayrı  qolları  Azərbaycan  və  Acar 
xalqlarının  tarixi  təkamülündə  müəyyən  rol  oynamış-
dır. 
Sonra  Kuta  şəhəri  Kolxida  çarlarının  iqamət-
gahına çevrildi (Ашхацава 1925. 30). Nəzərə alsaq ki, 
Kolxida çarlığı e. ö. VI-IV əsrlərdə mövcud olmuşdur, 
kutaların e. ö. 720-ci ildən sonra Qafqaza köçdüklərini 
düşünmək olar. Assurlar onların bir hissəsini tabe edə-
rək  xaraba  qoyduqları  İsrailə  köçürmüş,  bir  hissəsini 
isə Qara dənizin Şərq sahillərinə qovmuşlar. Gürcü ta-
rixçiləri yazırlar ki, Kutais şəhəri Tiflisdən çox qabaq 
salınmışdır (Бакрадзе, Берзенов 1870. 1). 
Kuta etnonimi Kuta teonimindən törəmişdir. Ma-
ri  Brosse  tanrı  Kotanın  adını  Qotla  eyniləşdirir  (Буа-
чидзе  1983.  149).  Əgər  akademik  Brosse  Qot  deyər-
kən  hindavropa  mənşəli  tanrını  nəzərdə  tutursa,  bu 
mümkün  deyil.  Çünki  kutalar  Urmiya  vadisində  ya-
şayanda  –  e.  ö.  24-cü  əsrdə  hindavropalılar  hələ  Ön 
Asiyada görünməmişdilər. 
Kuta şəhəri 
Tiflisdən 
qədimdir. 


 
 
Kuta-türk etnogenetik bağlarını yalnız Şeyx xan-
dan  tapılan  barelyef  təsdiq  etmir.  Kuta  çarlarının  ad-
ları da bunu göstərir. Xita, Yarlaq, Sarlaq kutaların ən 
tanınmış  hökmdarları  idi  (Əlimirzəyev  2011.  50,  59, 
225, 277). 
Yarlaq  və  Sarlaq  Şumer  yazılarında  Yarlaqab, 
Sarlaqab  adlandırılır.  A.N.Əlimirzəyev  həmin  adları 
Yarlaq  qoca,  Sarlaq  qoca  kimi  mənalandırır.  Əslində 
ab türk dillərindəki aba-ağa sözünün köküdür. Nəzərə 
alsaq ki,  Şumer kitabələrində bəzən sözün son hecası 
yazılmır, bu adların Yarlaq aba, Sarlaq  aba olduğunu 
düşünmək olar. 
Kutanın ilk hökmdarı Xitanın adı xüsusilə maraq 
doğurur.  Xita  nəslindən  çıxan  adamlar  yalnız  kutalar 
üzərində  hökmranlıq  etməmişlər.  E.  ö.  XVIII  əsrdə 
Elamın  Avan  vilayətinin  Xita  adlı  hakimi  olmuşdur 
(Юсифов 1968. 55). 
Xita  Kuta  tayfa  ittifaqına  daxil  olan  etnoslardan 
biri idi. Gah xitalar, gah da kutalar Kuti tayfa ittifaqına 
başçılıq  edirdilər.  Düşünmək  olar  ki,  həmin  xitalar 
xettlərdən  qabaq  Anadoluda  yurd  salmış  xattilərdir. 
A.N.Kammenxuber  yazır  ki,  xattilər  e.  ö.  III  minil-
likdə  Kızıl  İrmak  çayı  boyunda  yayılmışdılar  (Кам-
менхубер 1980. 105). 
E. ö. II minilliyin əvvəllərində özlərini Nesili ad-
landıran  hindavropalılar  xattilərin  torpaqlarını  tutdu-
lar. O dövrün mənbələrində nesililər məğlub  etdikləri 
xalqın adı ilə Xeta, Cheta, Xate adlandırılmağa başla-
dılar (Грозный 1938. 26-29; Источники 63413. 144). 
Anadolunun  qədim  dillərinin  tədqiqatçılarına 
görə,  Xatti  dili  qeyri-sami  və  qeyri-hindavropa  mən-
şəli olmuşdur (Иванов 1980. 134; Грозный 1938. 21, 
26-27, 28-29). 
B.Qroznı  yazır  ki,  xettlər  xattilərin  dilindən 
çoxlu sözlər götürüblər (Грозный 1938. 27). Söz yox 
ki,  həm  Xatti,  həm  Xett  tayfa  ittifaqının  tərkibində 
Kutaları 
Radoslu 
Apolloniy 
Kutaion-tanrı 
Kutanın 
övladları 
adlandırır. 
Kutalarla 
xatalar-sonrakı 
xataylar 
qohumdur. 
Xattilərin əsil 
adı Xata 
olmuşdur. 


 
 
müxtəlif  dillərdə  danışan  etnoslar  vardı  (Источники 
63413.  146).  Tədqiqata  cəlb  etdiyimiz  mənbələrə  is-
tinadən  qəti  əminliklə  bildiririk  ki,  onların  arasında 
türk etnosları olmuşdur. Həmin yazıların dilində çoxlu 
sözlər  var  ki,  o  sözlər  türk  dillərində  indi  də  işlənir. 
Həmin sözlərdən bəzi nümunələr veririk: 
Eştan  –  dan  yeri,  işıq,  günəş  tanrısı  (Иванов 
1980. 136). Eş türk dillərindəki işıq sözünün köküdür. 
Dan isə elə dan yeri deməkdir. 
Kam Ama – cadugər qadın (Камменхубер 1980. 
203). Kam türk dillərindəki kam-kahin sözüdür. Ama 
türk  dillərinin  bulqar  qrupunda  1.  anaya,  2.  qadına 
deyilir. 
Zir – həyət, qapı (Камменхубер 1980. 203), Bu 
söz  türk  dillərinin  bulqar-çuvaş  qrupunda  indi  də 
torpaq, yer mənalarında işlənir. 
Apar  –  aparılmış,  uzaqlaşdırılmış  (Мериджи 
1980 . 147).  
E  –  ev  (Мириджи  1980.  246).    Şuşa  və  Şumer 
yazılarında da e sözü “ev” mənasında işlənmişdir. 
Annaş  –  ana,  papaş-ata  (Камменхубер  1980. 
206).  Azərbaycan  türkcəsində  ana  toyuğa  anaş  toyuq  
deyilir. Babaş isə kişi adı kimi işlənir. 
Er – döyüşçü (Сейрек 1980. 185, 187). 
Dinqir – tanrı (Сейрек 1980. 169). 
Tabar  –  hakim  (Мериджи  1980.  242,  243). 
Buna  uyğun  olaraq  türk  dillərində  təpmək  feli  və 
eltəbər titulu vardır. 
Tata – ata (Мериджи 1980. 242). 
Ara  – uzun (Мериджи 1980. 246).  Buna  uyğun 
olaraq  türk  dillərində  aralanmaq,  yəni  uzaqlaşdırmaq 
feli var. 
Şepşep – başmaq (Камменхубер 1980. 43) və s.  
-ma  inkar  şəkilçisi  (Хинц  1987.  90,  100;  Марр 
1914. 31; Юсифов 1968. 224). 
Xətayinin 
əcdadları ataya 
ata, anaya ama, 
yerə zir, tanrıya 
dinqir 
deyirdilər.  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə