yaşayan hissəsi İslam dinini qəbul etmiş, dağlarda
yurd salanlar xristianlıqdan dönməmişdir. Təbrizli
Arakel yazır ki, ərəblər albanların yalnız bir qismini
müsəlman edə bildilər (Даврижеци 1973. 514).
Albanların bir çox nəsilləri sasanilərlə, ardınca
ərəblərlə döyüşə-döyüşə Alazan və İori çaylarının ara-
sına, meşəli dağlara çəkilmiş, orada Kax, Kux, Ana, Toz,
Er, Ucar və başqa knyazlıqları yaratmışlar. Gürcü salna-
mələrində onların ölkəsi Kaxeti, Kuxeti, Ereti, Ayniana,
Ucarma, Tuşeti və s. adlandırılır.
Həmin knyazlıqların əhalisi gürcü deyildi.
İndikilərdən fərqli olaraq köhnə nəsil erməni və gürcü
tarixçiləri bunu etiraf edirlər. Yazırlar ki, Gürcüstanın
Ana kəndlərinin əhalisi Albaniyadan gəlmədir (Адонц
1908, 56-57, 420; Орбели 1911. 6).
XIX əsrdə yaşamış arxeoloq və tarixçi P.İ.İose-
liani yazır: – Albaniyanın ən döyüşkən nəsilləri işğal-
çılara boyun əymirdilər. Kaxetinin dağlarına çəkilir,
Alazan və İori çaylarının meşəli sahillərində yurd
salırdılar. Həmin nəsillər Çolak, Uti, Çumlak, Çor, Er,
Turdu və başqaları idi (Иоселиани 1866, 6, 7).
Kaxeti daim müstəqil çarlıq kimi Kartli ilə hərbi
münaqişədə olmuş, yalnız rus işğalından sonra onların
arasındakı döyuşlərə son qoyulmuşdur. İki çarlıq ara-
sında amansız mübarizənin kökü onda idi ki, kaxe-
tiyalılar gürcü deyildilər. P.İ.İoselianinin dediyi kimi,
tatar və ya alban mənşəli idilər.
Bunu gürcü katolikoslarının daşıdığı titullardan
daha aydın görmək mümkündür. Nə zaman ki, Kartli
çarı Kaxetini özünə tabe edirdi, o zaman gürcü kato-
likosu özünü gürcülərin və albanların dini rəhbəri
adlandırırdı (Иоселиани 1866, 7).
Söz yox ki, gürcülərin kilsə başçısı bütün alban-
ların dini rəhbəri deyildi. O yalnız özünü Kaxetidə
yaşayan albanların dini başçısı saya bilərdi.
Kaxeti və
Eretinin qədim
qəbilələri gürcü
deyildi. Onların
çoxu alban və
türk idi.
Çolak
Albaniyanın
knyaz nəslidir.
Baqrationlar
Kaxetini XI
əsrdən sonra
gürcülənşdirməyə
başladılar.
Mingəçevir
yazılarında tanrı
və buğa sözləri
aydın oxunur.
Karaman dastanı iber dilində
Albaniya və İberiya xalqlarının yaratdıqları yazı-
lı və şifahi ədəbiyyat nümunələrinin çoxu zəmanəmizə
qədər gəlib çatmamışdır. Bu da ondan irəli gəlir ki,
insanlar yeni dinləri qəbul edərkən əski adət-ənənələ-
rini unudurdular.
Xristian missionerlər səcdəgah yerlərini dağıdır,
ağac pirləri kəsdirirdilər (Albaniya tarixi 1993). Anak
oğlu Qriqori ay, ulduz məbədlərini çökdürür, yerində
kilsələr tikdirirdi (Гагошидзе 1964. 93). Müqəddəs
Ninanın fitvası ilə məbədlər dağıdılır, bütlər sındı-
rılırdı. Bu barədə Saruq nəslindən Yaqubun (V əsr)
“Bütlərin yıxılması haqqında dastan” əsərində geniş
məlumat verilir (Марр 1897. 303; Марр 1901. 25).
Xristianlığın yayılması ilə yalnız məbədlər
dağıdılmır, xristianlıqdan öncəki qədim mədəniyyət,
yazılı və şifahi ədəbiyyat məhv edilirdi (Берзенов,
Дондуа 1958. 247).
Ancaq kilsə ilə mübarizədə olan saray çətinliklə
bəzi ədəbi nümunələri tərcümə etdirir, qoruyub saxla-
ya bilirdi. Vilayət hakimlərinin himayəsi altında baq-
rationların gəlişinə qədər Kala, Ucarma, Kərəm,
Bazar, Safar şəhərlərində kitabxanalar yaradılmış, şərq
ədəbiyyatının seçmə nümunələri yerli dillərə tərcümə
edilmişdi (Джанашвили 1900. 20, 77; Бакрадзе
1878. 362; Габашвили 1949. 6). Həmin nümunələr-
dən biri Karaman dastanıdır. Karaman dastanı iber di-
linə “Karamaniani” adı ilə tərcümə olunmuşdur (Марр
1895. 222-223; Хаханов 1901. 9-20; Джанашвили
1908. 86).
Gürcü tədqiqatçıları yazırlar ki, dastan VIII əsrin
ortalarına yaxın David Orbeliani (633-744) tərəfindən
tərcümə edilmişdir. Ancaq həmin tədqiqatçılar əsərin
hansı dilə tərcümə olunması haqqında susurlar (Джа-
нашвили 1908. 86, 91).
Xristianlığın
yayılması ilə
Albaniya və
İberiyanın
qədim
mədəniyyəti,
yazılı və şifahi
ədəbiyyatı məhv
edilmişdir.