Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə57/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

254 
 
Mə’zirəti-məxsusə: zati-alilərinizdən  şu məktubun səhvü nisyan və  qələtati-
təhəkkümisindən sərfi-nəzər edib əfv buyurmağınızı rica ediyorum. 
Bəyani-hal və  şərhi-əhval: mərhəmətli  əfəndim!  Əgərçi kəndimə dair xüsusi 
əhvalatımı  İstanbula varid olan kibi hüzuri-mərhəmət zühurunuza müfəssələn yazıb 
təqdim etmişdim və ondan daha şimdiyə kibi hənuz cəvab da almamışım; zati-alilərinizin 
kəsrəti-məşğələsindən naşi imiş, yaxud nədən nəş’ət etmişsə, eyicə fərqinə varamıyorum. 
Ancaq bəndəniz yenə müsamihə etməyib mücəddədən müzahimievqati-şərifə 
oluyorum. 
Nasıl ki, iləricə  mə’ruzi-xidmət olunmuşdu,  İstanbula varid olan kibi hiç bir yerə 
aşina olmadığımdan,  əvvəlcə  “İzmir” otelində on, on iki gün iqamət edib qafqasyalı 
qardaşlarımız ilə buluşub tapışdıqdan sonra mükəmməl surətdə İstanbulun bə’zi yerlərini 
səyahət edib layiqincə bir parça mə’lumat aldıq; amma oteldə  və s. apartmanlarda olan 
arqadaşlarımızda bir parça bə’zi sıqıntılar mülahizə edib, Validəxanda bir oda kəsrəti-
məşəqqətlə icarə edib ələ gətirdim, çünki Validəxanda sakin olanlar həp əcəmlər, iranlılar 
olduğundan devlət nəzərində o qədər mütənabeh deyil, amma dışarılarda olan arqadaşların 
mənzillərində bir qəzetə, yaxud istiqlala dair bər’əks bir söz oquması və qonuşulması həp 
məmnu olub artıcaq mühalətdandır. Belə ki, müşarileyhimdən hiç biri istiqlal ziddinə dair 
bir mətləbin oquyub yazmasına iqdam edəməyorlar və yenə edəməzlər, amma Validəxan 
və qarşıki İstanbulun ötə tərəfinə, yə’ni köprünün o biri səmtinə təsmiyə olunur, “kürr və 
hürrdür”, bə’zi quyudat və can sıqıntısından azaddır. 
Validəxanda iranlılıq nöqteyi-nəzərincə  və qarşıda  əcnəbilər sakin olduğu cəhətə, 
amma hər bir əhraranə qəzetələr gətirmək əcnəbi postaları təvəssütü ilə pək qolay və pək 
asandır. Odur ki, şimdi qafqasyalıların və qazanlıların çoqusu qarşıda və bir-ikisi də 
Validəxanda və civarında oluyor. Fəlihaza fədəvi də müəllimin Validəxanına yaqın 
olduğundan, Validəxanını kəndimə məskən etdim... 
Amma mədəniyyətimiz və təhsilimiz: 
Rəbiüs-saninin əvvəlindən bəndəniz dərs və təhsilə şüru edib gündə bir saət fransızca 
və iki saət də türk lisanında bə’zi ədəbiyyat və tarixə dair elmlərdən oxuyorum və üç-dört 
saət də gündə məzkur dərsləri hazırlamağa məşğul oluyorum. Əlhasil, başqa bir şüğl və iş 
yapmağa daha vaqtım olmıyor. Həftədə ancaq cümə günü ki, tə’til edib, istehmam 


255 
 
və qeyri bir ləvazimatı  ələ  gətirib dört-beş saət də arqadaşlarımız qafqasyalıların 
məiyyətilə Boğaz içinə  və  bə’zi hissiyyat artıran yerlərə gedib bir nev təğyiri-hava 
ediyoruz və Validəxanında bir qaç Iran tələbələrilə şərakətən “Həblül-mətin” gətirdiriz və 
“İrşad” da Mirzə Abdullaha gəliyor. Qafqasın möhnətəngiz xəbərlərini oquduqda 
pərişanhal olmağı nəzərə alıb, bə’zi sıqıntıları rəf’ etmək için “Molla Nəsrəddin” əmiyə 
də yazdım ki, qış gecələrindən ötrü fəna deyil deyə, bir müddət Rusiyanın  İstanbuldakı 
postasına yollasınlar. 
Müxtəsər, tuli kəlama mübtəla olmuyalım. Hər dürlü xaricə  qəzetələrində olan 
əhvalatlardan hər gün mə’lumat alıyoruz və cümə günlərində  də  bə’zi qiraətxanalarda, 
gah-gah da Kütübxaneyi-ÜmumiyiOsmanidə bir qaç saət  əyləşib,  əhvali-daxiliyyəyi 
layiqincə mülahizə ediyoruz. Əlhasil, bekar və asudə bir vaxt bulamıyorum ki, həm 
zatialilərinizə, həm də  əhbabdan bə’zisinə  bər səbili-ixtisas və iradət  ərizənigar olub, 
lüzumunca izhari-həyat edəyim. Ümidvarım ki, həpsi elm təhsilini başqa bir məhəbbət və 
məvəddətə tərcih verib, daini mə’füvv buyuralar. Miriş ağa der ki: “Söz çoq, vaqt yoq”. 
Nə yapalım?! Naxçıvanda təhsil edib məktəbdən qurtarandan sonra müddətlərcə fevt 
etdiyim fürsətlərin və vaqtların təlafiyi-mafatına burada çalışmalıyım. “Mala yədriku vəla 
yətrik külləhu”
1
. Məzmununca mümkün olduğu qədər bə’zi əvalimi dərk edib anlamağa 
və lüzumunca aşina olmağa məcburum; keçdi cəhalət zamanı!.. Gəldi hürriyyət zamanı... 
Bahəmeyi-in  şu müddətləri fevt etməyimə yenə bais gözlərimin bir parça zəif 
olmasıydı ki, əlhəmd  İstanbula yetişən kibi “Ziya əfəndi ki, Almaniyanın göz 
dokturluğunun məktəbini  ən birinci imtiyaz ilə bitirmiş diplomantlarındandır” yanına 
gedib, gözümü göstərdim. Bir dava və ilac verib, sonra bir gözlük nömrəsi yazdı ki, arayıb 
İstanbulda bulamadım. Parisə yollayıb on dört gündən sonra aldım. Şimdi onun vasitəsilə 
bu səadətə müvəffəq oldum. Əgərçi bu xüsusda üç lirə  məsrəf qoydum, amma, şükür 
gecə-gündüz təhsili-elmə lap eyicə dəvam edə biliyorum... 
...Boğaz içinin havası pək lətif olduğundan, Qara dənizə qarışana kibi həp gözəl-gözəl 
köylər və seyfiyyələr tə’min etmişlər və altmışa qədər şirkət vaporu, amma ufaq vaporlar 
ki, ancaq 500 adama havi ola bilir, məhəllə vaporu ismilə və ucuz fiyatla minikləri şuraya-
buraya 
                                                            
1
 
Hamısını dərk edə bilməsən də hamısını tərk etmə (ərəbcə). 
 


256 
 
taşımaqdadırlar, keçən gün “Iqdam”da oqudum ki, yenə iki böyük və çoq iti yol gedən 
vaporlar gəlmiş, biri “Tiri-müjgan” və digəri “Feyzialəm” ismində ki, Bəhri-Səfiddə 
qullanmalıdırlar.  İstanbulda var dört tramvay yolu ki, hər birində 24-ə  qədər vaqon 
oluyor, qarşıda köprünün o biri tərəfində daha bir tunel yolu vardır ki, on dəqiqəyə qədər 
yenişdən yoquşa qalqıyor.  İstanbulda çox böyük qiraətxanə  və kütübxanalar var, amma 
layiqlərincə kitabları  və  qəzetələri yoqdur, çünki hər bir eyi mündəricat və  mətbuat 
yasaqdır. Böylə anlaşılır ki, dörtbeş sənə bundan əqdəm Türkiyədə hürr əsərlər var imiş 
və camaata da belə dəhşətli surətdə sıqı tutulmazmış, ələlxüsus KütübxaneyiÜmumiyi- 
Osmaninin bir tərəfində yedi-səkiz sandığa kibi kitab vardır ki, beş  sənə bundan 
əqdəm yasaq və məmnu deyilmiş, amma şimdi yasaq olmuş... 
...İstanbulda mütəəddid və gunagun teatrolar var; ələlxüsus ramazanda büsbütün 
kəsəbə və çoq əsnafın dükanları gecələr açıq olub, məfhum olduğuna görə, teatrolar daha 
ziyadələşir və türklər də o gecələrdə teatroya getməyə artıcaq talib və rağib oluyorlar. 
Qarşıda kı, köprünün o biri tərəfidir və səkənəsinin də çoqusu əcnəbi olduğundan içkiyə 
əcnəbilərə mümaniət yoq, ama müsəlmanlara həp yasaqdır, kimsə ələzzahir içki içəməz. 
Amma İstanbulun bu biri nisfində ki, peyğəmbərin əbası, əmmaməsi və sancaği-şərif və 
sair mütəbərrikə şeylər oluyor, hiç bir tanə dükanda açıq içki satılamaz və bu biri tərəfdə o 
şeylər səbəbilə qarşıdan devlət və camaat indində möhtərəm və əzəmətli məhsub olunur, 
böylə ki, kərrat süfəra və konsullardan bu səmtdə sakin olmağa talib olublarsa da, devlət 
kimsəyə izn verməmiş. 
Kart vərəq bil’ümum yasaqdır... Ünas firqəsi, büsbütün xanımlar üzüaçıq və 
hürrdürlər, amma namünasib bir şey yapamazlar. Xilafişər’, bir iş nəş’ət ediyorsa, devlət 
çoq sıqı tutuyor. Amma bə’zilərinin də müxtəsər bir yüz örtüyü vardır. Türkiyədə muzey 
sənətinə tərəqqi verməyə çox təlaş və sə’y olunur. Keçən günlərdə bir teatroya getmişdik. 
İran hüriyyətxahlarının fransızca  şəbehini çıqarırlardı.  İstanbulda dəbistani-iraniyan 
olduğu kibi, Trabzonda da olub, İzmirdə də yeni bu günlərdə müşiri-hüzur təvəssütü ilə 
tə’sis olundu... 
...Gecə yarısıdır. Əfəndim, ibarələrin yekdigərindən birəbt olmasını əfv ediniz. Daha 
vaqt qalmadı. Səlame-mən bə anan ki, bəhəqq təkəllüm gərdənd, bəhəqq qoftənd, bəhəqq  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə