Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə204/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   200   201   202   203   204   205   206   207   ...   211

Zəncir ötürməsi 

 

404 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. İki cərgəli zəncir ötürməsi 

 

O, oymaq preslənmiş lövhədən (I) ibarət daxili 



və çivi preslənmiş xarici bənddən (A) ibarətdir. 

Çivi  oymağa  keçirilərək  hərəkətli  birləşmə 

yaradır.  Yeyilməni  və  səs  yaranmasını  azal-

tmaq  üçün  oymağa  fırlanan  diyircək  keçirilir. 

İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda 

olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-

açılması  üçün  ona  qıfıl  hissəsi  əlavə  edilir. 

Əvvəlcədən tarım çəkilməsinə ehtiyac  yoxdur, 

çünki  birləşmə  kinematik  ilişmə  əsasında  baş 

verir. Ona görə də, faydalı qüvvə (F

n

) qollarda 



yaradılan  qüvvəyə  (F

1

)  bərabər  olur.  Ancaq 



digər  tərəfdən  zəncirin  boş  asılması  da  yol 

verilməzdir.  Bu,  fırlanma  zamanı  zəncirin  ul-

duzcuqlardan çıxmasına səbəb ola bilər.  

Zəncir  ötürməsinin  geniş  tətbiq  sahəsi 

→maşınqayırma,  →kənd  təsərrüfatı  maşınları 

və  nəqledici  maşınlardan  ibarətdir.  Maşınqa-

yırmada  zəncir  ötürməsi  15  m/san-yə  qədər 

sürətlərdə və 100 kVt-a qədər güc ötürməsində 

işlədilir. Xüsusi intiqallarda iş sürəti 35 m/san-

yə, güc isə bir neçə min kVt həddində ola bilər. 

Bu  ötürmənin  köməyi  ilə  hərəkət  8m-ə  qədər 

bir  məsafəyə  ötürülə  bilir.  Bundan  əlavə  onun 

kiçik  qabarit  ölçülərə,  sabit  ötürmə  ədədi  və 

yüksək  f.i.ə.-na  malik  olması  müəyyən  üs-

tünlüklər verir.  Zəncir ötürməsinin çatışmayan 

cəhətləri  ondan ibarətdir ki, ulduzcuqların diş-

lərinin  sayı  və  addımı  arasında  ciddi  asılılıq 

mövcuddur.  Bu  pozulduqda  ötürmədə  prob-

lemlər  yaranır.  Məsələn,  dişlərin  sayı  az,  ad-

dım  böyük  olduqda  zəncir  ötürməsi  səsli 

işləyir,  yeyilmə  böyük  olur, titrəmələr  yaranır. 

Ötürmənin  istiqamətini  dəyişmək  üçün  ötür-

mədə    hərəkəti  dayandırmaq  lazımdır.  Zəncir 

ötürməsində hərəkəti yalnız paralel vallar ara- 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2. Oymaqlı zəncir birləşməsinin quruluşu 

 

sında ötürmək mümkündür.  



Zəncir  ötürməsinin  davamlığına  onun  bənd-

lərinin  möhkəmliyindən  çox  oymaq  və  çivilər 

arasında  yeyilmə  prosesi  daha  çox  təsir  edir. 

Yeyilmə zamanı bölgünün qiyməti böyüyür və 

nəticədə zəncir dişlərdən kənara sıçrayır. Buna 

görə də, zəncir yenisi ilə əvəz olunmalıdır.  

Zəncir  lövhələri  tablandırılmış  ortakarbonlu 

və  legirlənmiş  poladlardan  (40

;

  45


;

50

;



30

;

 



XHZA) hazırlanır. Oymaq və diyircəklər üçün  

bərkliyi  HRC  40…65  olan  sementləşdirilmiş 

poladlar  (10

;

15



;

20

;



  12XHZA

;

  20XHZA



;

 

30XHZA)  tətbiq  edilir.  Ulduzcuqlar  bütöv  və 



ya  quraşdırılmış  konstruksiyalardan  hazırlanır. 

Burada  da  ortakarbonlu  poladlardan  (40

;

 

45



;

4X0


;

  50Q2


;

  35XQCA


;

  40XH)  istifadə 

edilir.    Səs-küyü  və  yeyilməni  azaltmaq  məq-

sədilə çox vaxt ulduzcuqların dişləri plastmasla 

örtülür.  

Zəncir  ötürməsinin  hazırlanması  böyük 

xərclərlə bağlıdır. Ancaq onlar səssiz iş,  aşağı 

poliqon  effekti,  yüksək  çevrəvi  sürət  və  diyir-

cəkli  quruluşda  aşağı  yeyilmə  göstərirlər. 

Zəncir  çarxları  →evolvent  profilə  malik  olub, 

dişlərin  yan  səthləri  30°  bucaq  altında  maili 

hazırlanırlar.  

Zəncir ötürməsində ötürmə ədədi  bu düsturla 

tapılır: 

 

 

Bu  nisbət  içşi  sürətlərdən  asılı  olaraq 



müxtəlif  qiymətlər  alır.  Adi  ötürmədə  u 

  8,



1

2

1



2

2

1



d

d

z

z

n

n

u

=

=




Zəncir ötürməsi  

 

405 


 

 

aşağı  sürətlərdə  işlyən  ötürmədə  isə  u 



  15 


götürülür.  Ulduzcuqların  arasındakı  məsafə 

emprik  olaraq  təyin  edilir:  a=  (30...50)



p

burada  p  ulduzcuğun  dişinin  addımıdır.  Zən-

cirin  uzunluğu  qayış  ötürməsində  olduğu  kimi 

tapılır.  Bəndlərin  sayı  cüt  olmalıdır,  əks  halda 

aralıq bənddən istifadə etmək lazım gəlir.  

Qayış  ötürməsindən  fərqli  olaraq  zəncir 

ötürməsində gərilmə qüvvəsinin yaradılmasına 

ehtiyac  yoxdur.  Aparan  qolda  qüvvə  belə  ta-

pılır:  F

aparan


=  F

t

+F



g

+F

v



.  Burada  F

t

=  2



T

1



/d

1

 



ötürülən faydalı qüvvədir

;

 F



q

=K

t



q



a

g zəncirin 



sallanmasından yaranan qüvvədir (q zəncirin 1 

metrinin kütləsi, kq/m

;

 a mərkəzlərarası məsa-



;

 g sərbsətdüşmə təcili, m/san



2

;

 K



t

 mərkəzləri 

birləşdirən  xəttin  vəziyyətini  nəzərə  alan  əm-

sal,  ötürmənin  mailliyindən  asılı  olaraq  1...6 

arasında  dəyişir)

;

  F



v

=qv


2

  mərkəzdənqaçma 

qüvvəsinin zəncirdə yaratdığı dartıcı qüvvədir. 

 

(alm. die Kettengetriebe, ingl. Chain drive)  



 

Zəncir  ulduzcuğu  üzərində  dişlər  olan  profil-

lənmiş  çarxdır.  O,  zəncir  ötürməsinin  tərkib 

hissəsi  olaraq  güc  ötürmək  üçün  məsul  hissə 

hesab  olunur.  Ulduzcuğun  dişli  çarxdan  fərqi 

ondadır  ki,  onlar  bir  biri  ilə  təmasa  girmirlər. 

Onlar  dişli ötürmələrin tətbiqi mümkün olma-

yan  sahələrdə  tətbiq  olunurlar.  →Zəncir  ötür-

məsinin  tərkib  hissəsi  kimi  ulduzcuqlardan 

velosiped,  avtomobil,  motosikletlər,  həmçinin 

məişət texnikasında fırlanma hərəkətini iki val 

arasında  ötürmək  üçün  geniş  istifadə  olunur. 

Velosipedlərdə  istifadə  olunan  ulduzcuq  dəsti 

(çox  cərgəli)    aparan  və  aparılan  val  arasında 

ötrümə  nisbətini  ulduzcuğun  diametrini  dəyiş-

məklə tənzimləməyə imkan verir. 

Ulduzcuqların  profilləri  standartlaşdırılmış-

dır.  Onların  ölçüləri,  materialı  tətbiq  sahəsin-

dən asılı olaraq cədvəl şəklində verilir. İstehsal 

zamanı ulduzcuqların əsas səthləri 45..55 HRC 

həddinə  qədər  bərkidilmiş  orta  karbonlu  və 

legirli  poladlardan  (45,  40X,  50Q2,  35XQCA, 

40  XN)  hazırlanırlar.  Səssiz  və  səliş  işləməsi 

tələb olunan ötürmələrdə (P<5kVt və  v=8 m/s) 

ulduzcuqların çənbərlərini →plastmasdan (tek-

stolit,  poliformaldeqid,  poliamid)  hazırlamaq 

məsləhət görülür.   

  Dişlərinin  sayı  çox  olan  ulduzcuqlar  zərbə 

təsirləri  olmadıqda  çuqun  materialından  hazır-

lana  bilirlər. →Yeyilmə  baxımından əlverişsiz 

iş şəraitində işləyən ulduzcuqların hazırlanma-

sında  antifriksion  və  tablandırılmış,  yüksək-

möhkəmlikli  çuqunlardan  istifadə  olunur 

(məsələn: →kənd təsərrüfatı texnikasında). 

(alm. das Ritzel, ingl. Sprocket) 



 

Zərbə  (hidravlik)  maye  ilə  dolu  sistemdə 

sürətin  çox  qısa  bir  zaman  kəsiyində    dəyiş-

məsi  nəticəsində  yaranır.  Boru  ventillərinin 

sürətlə  bağlanması  və  ya  açılması  zamanı  bu 

effekt  yarana  bilər.  Birtinci  halda  zərbə 

müsbət, ikinci halda isə mənfi adlanır. Müsbət 

hidozərbələr  qorxuludur.  Müsbət  hidrozər-

bələrdə  sıxılabilməyən  maye  sıxılabilən  kimi 

baxılır.  Hidravlik  zərbələr  borularda  uzununa 

çatlar,  dağılma  və  ya  boru  xəttinin  digər 

elementlərinin zədələnməsinə gətirib çıxara bi-

lər.  Belə  zərbələr  həmçinin  istilik  dəyişicilər, 

nasoslar və təzyiq altında işləyən nazik borular 

üçün  təhlükəlidir.  Borularda  yarana  biləcək 

hidravlik  zərbələrin  qarşısını  almaq  üçün  əks-

əlaqə  klapanlarından  istifadə  edilir.  Hidravlik 

zərbələr  həmçinin  porşenli  mühərriklərdə  də 

baş  verə  bilər.  Porşenin  üst  hissəsi  su  ilə  dol-

duqda,  porşen  son  ölü  nöqtəsinə  qədər  çat-

madan mayeni  sıxmağa  başlayır  ki,  bu  da  işin 

dayanmasına və mühərrikin hissələrinin (şatun, 

silindr başlığının sınması, kipləşdiricinin dağıl-

ması  və  s.)  sınmasına  gətirib  çıxarır,  çünki, 

maye sıxılabilməyəndir . 

Hidravlik  zərbəni  ilk  dəfə  olaraq  rus  alimi 

Jukovski  (1897-1899)  araşdırmışdır.  Zərbədən 

yaranan təzyiq artımı üçün o aşağıdakı düsturu 

çıxartmışdır: 

 



p=



ρ

(v

0



-v

1

)c 



 

burada: 


p-

 təzyiqin artımıdır, Pa,  



ρ

-

 mayenin sıxlığıdır, kq/m



3

v



 



v

1

 -mayenin boruda ventili bağ-



lamadan  əvvəl  və  sonra  yaranan  orta 

sürətləridir, m/s, 

c-  boru  boyunca  zərbə  dalğasının 

yayılma sürətidir. 

Jukovski  sübut  emişdir  ki,  zərbə  dalğasının 

yayılma  sürəti  mayenin  sıxılma  qabiliyyəti, 

borunun divarının materialından asılı olan elas-



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə