Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə203/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   199   200   201   202   203   204   205   206   ...   211

Zay məhsul  

 

402 


 

Zay  məhsul  xətalara  malik,  verilmiş    stan-

darta,  texniki  şərtlərə  və  normativ  sənədlərə 

uyğun gəlməyən material, pəstah və ya məmul 

adlanır. Zay məhsulun əlamətləri hissənin key-

fiyyətinin və ya texniki tələbatların təmin olun-

mamasıdır. 

Məhsulun  zay  alınmasının  səbəbi    dəzgahın 

düzgün  sazlanmaması,  avadanlığın  və  alətin 

xətalı  işləməsi,  sənədlərin  səhv 

tərtib  olunması,  işçinin  ixtisasının 

kifayət  qədər  olmaması  və  s.  ola 

bilər.    

Bərpa  olunan  və  son  zay  məh-

sullar  fərqlənirlər.  Bərpası  texniki 

cəhətdən 

mümkün 


və 

iqtisadi 

cəhətdən  əlverişli  olan  məmullar 

bərpaolunabilənlərə  aid  edilir.  Son 

zay  məhsulun  emalı  isə  texniki 

cəhətdən  mümkün  deyil  və  ya  sərf 

olunan  əmək  tutumu  iqtisadi  mey-

yarı ödəmir. Belə məhsullar →utili-

zasiya olunurlar.      

Zay  məhsulla  əlavə  xərclər  yara-

nır  ki,  nəticədə  istehsal  gəliri  aşağı 

düşür. Məhsulun keyfiyyətinə statistik üsullara 

əsaslanan  nəzarət  keyfiyyət  menecmentində 

baxılır  (→Keyfiyyətin  statistik  üsulla  təmin 

olunması). 

 

(alm. der Ausschuß, ingl.



 

Faulty products

 ) 


 

Zenker  deşiklərin  zenkerlənməsi  (→Zenker-

ləmə)  üçün  tətbiq  olunan  kəsici  alətdir.  Bu 

alətlər  adətən  mərkəzləyici  burğu  ilə  birlikdə 

yığılmış  şəkildə  tətbiq  olunur.  Zenkerin  ölçü-

ləri  emal  olunan  deşiyin  diametrindən  asılı 

olaraq təyin edilir. Onun təpə bucağı 60° təşkil 

edir.  Zenkerlər  konstruksiyasına  görə  bütöv, 

taxma  və  yığma  (dişləri  gövdədə  yerləşdiri-

lmiş)  olurlar.  Diametri  10÷25  mm  arasında 

olan  zenkerlər  bütöv  (şəkil  1a),  böyük  olanlar 

isə taxma  və  ya  yığma  konstruksiyasına  malik 

olurlar.  Zenkerlər  kəsən  dişlərinin  formasına 

görə spiral və düzdişli, dişlərin sayına görə isə 

üçdişli  (bütöv)  və  dörddişli  (taxma)  hazırla-

nırlar (şəkil 1).  

Burğulardan  fərqli  olaraq  təpəsində  eninə 

tilin  olmaması  zenkerlərin  dişlərinin  işləməsi 

üçün əlverişli şərait yaradır. Baş plan bucağı    

ϕ

=  45÷60°  arasında,  qabaq  bucaq  emal 



olunan  materialdan  asılı  olaraq 

γ = 0


÷30° 

həddində  götürülür.  Dal  bucağın  qiyməti  kəsi-

lən  qatın  qalınlığından  asılı  olub 

 α = 6


÷15° 

intervalından  seçilir.  Kəsən  tilin  meyl  bucağı 

kəskilərdə  olduğu  kimi  müsbət,  mənfi  və  ya 

sıfır ola bilir. Dişlərin möhkəmliyi baxımından 

λ

=12÷15° məsləhət görülür.  



Şəkil 1. Zenklerlər 

a-tezkəsən  alət  poladından  hazırlanmış  zenker:  l

1

-

kəsici  til;  l



2

-kalibrləyici  hissə;  l

3

-  boyun;  l



4

-quyruq; 



l

5

-pəncə; 1-qabaq üz; 2- dal üz; 3-kəsici til, 4-faska;  



b-bərk xəlitədən hazırlanmış zenker 

 

Zenker  üzərindəki  vintvari  qanovun  meyl 



bucağı  (

ω

)  yonqarəmələgəlmə  prosesinə  bir 



başa təsir etdiyindən qiymətinin əlverişli seçil-

məsi  əhəmiyyətlidir.  Əlvan  metalların  ema-

lında 

 ω

 = 25÷40°, bərk poladların emalında 



 ω

 

=  15÷20°,  çuqunların  emalında  isə 



 ω

  =  10° 

götürülür. 

Kəsən hissəsi tezkəsən  alət  poladından,  quy-

ruq  hissəsi  isə  karbonlu  poladdan  hazırlanır. 

Yıqma zenkerlərdə kəsici hissə kimi bərk xəli-

tədən istifadə edilir. 

Zenkerlərin  yeyilmə  həddi  diametrdən  asılı 

olaraq dal üz üzrə h

d

=0,2÷1,5 mm buraxılır. 



 

(alm. der Senker, ingl. Ccountersink cutter



 

Zenkerləmə  tökmə  və  ya  döymə  yolu  ilə 

alınmış hissələrdə əvvəlcədən mövcud olan və  

ya  burğulanmış  deşiklərin  zenker  (→Zenker) 

aləti  vasitəsilə  aparılan  mexaniki  emal  üsu-

ludur.  Bu  üsuldan  silindrik  deşiklərin  bolt  və 



Zenkerləmə  

 

403 


 

 

vintlərin  başlıqları,  həmçinin  şayba  üçün  yu-



vaların hazırlanmasında istifadə edilir (şəkil 1).  

 

      



 

 

 

 

 

 

 

 

 

 

Şəkil  1.  Xarici  və  daxili  müstəvi  səthlərin  və  profil 

səthlərin zenkerlənməsi  

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Zenkerləmədə kəsmə elementləri 

 

Zenkerləmə  həmçinin  rayberlənən  (→Ray-



berləmə) deşiklərin burğulamadan sonra aralıq 

emalında  tətbiq  olunur.  Zenker,  burğu  alətinə 

nisbətən  böyük  kəsmə  tillərinə  malik  oldu-

ğundan  daha  təmiz  və  dəqiq  səthlər  almağa 

imkan  verir.  Zenkerləmə  əməliyyatı  deşmə 

emal  mərkəzlərində  yerinə  yetirilir.  Zenker-

ləmədə kəsmənin həndəsi parametrləri şəkil 2-

də  təsvir  olunmuşdur.    Burada  parametrlərin 

təyini  genətlmə  burğulamasında  olduğu  kimi 

təyin olunur. 

(alm. das Senken, ingl.Counterbore

 

Zəncir  hazırlayan  avtomat  qaynaq  olunmuş 

həlqəli  zəncirlərin  hazırlanması  üçün  axın 

xəttidir.  Avtomat  xətti  zəncir  bağlayan,  zəncir 

qaynaqedən  və  kalibrləyici  avtomatlardan  iba-

rətdir.  Zəncir  dairəvi  məftildən  (diametri  25 

mm-ə  qədər)  soyuq  halda  hörülməklə  və 

qızdırılaraq  (diametri  38  mm-ə  qədər)    təmas 

səthlərini  qaynaq  etməklə  hazırlanır.  Zəncir 

hazırlayan  avtomat  zəncirlərin  əyilməsi  və 

bağlanmasını  təmin  edən  məftilin  hərəkəti 

üçün  veriş  mexanizminə  (tərpənməz  matrisa 

daxilindən),  dayaqda  əyilməsi  və  kəsilməsi 

mexanizmlərinə  malikdir.  Avtomatda  qaynaq 

edilən zəncir həlqələri kalibrləşdirilir  və  sonra 

sınaq yükü ilə yoxlanılır. 

 

(alm.  der  Kettenautomat,  ingl.  Chain  assembly  ma-



chine

 

Zəncir  muftası  açılıb-bağlana  bilməyən  sərt 

müftadır.  O,  ilişmə  üçün  əsas  sayılan  zəncir 

çarxlarından ibarətdir (şəkil 1).  

  

 

 

 

 



 

 

Şəkil 1. Zəncir muftasının təşkilediciləri 

 

Zəncir  çarxları arasında əlaqə  ikiqat diyircək 

zənciri  və  ya  dişli  zəncirdən  təşkil  olunur.  Bu 

mufta  fırlanma  momentini  kinematik  ilişmə 

sayəsində  yerinə  yetirir,  o  valların  çox  kiçik 

uzununa, eninə və bucaq yerdəyişmələrinə im-

kan  verir.  Təhlükəsizilik  baxımından  zəncirli 

mufta xaricdən qabıqla qorunur. Zəncirlər həm 

metaldan, həm də süni materiallardan hazırlana 

bilir.  Sonuncu  halda  zəncir  muftası  fırlanma 

istiqamətində az elastiklik göstərir.  

 

(alm. die Kettenkuplung,  ingl. Chain coupling



 

Zəncir  ötürməsi  dartma  ötürməsi  olub,  polad 

zəncirlərin  köməyi  ilə  fırlanma  hərəkətini  pa-

ralel  vallar  arasında  ötürməyə  xidmət  edir. 

Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin 

köməyi  ilə  yerinə  yetirilir.  Fırlanma  zamanı 

böyük  mərkəzdənqaçma  qüvvəsi  yarandığına  

görə  zəncir  ötürməsi  aşağı  sürətlərdə  böyük 

çevrəvi  qüvvələrin  ötürülməsində  tətbiq  edilir. 

Böyük  güclərdə  işləyən  ötürmədə  bir  neçə 

zəncir  boltlarla  bir-birinə  bərkidilir  (şəkil  1). 

Ən sadə zəncir birləşməsi oymaqlı  zəncir ötür-

məsidir (şəkil 2). 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə