Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə202/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   198   199   200   201   202   203   204   205   ...   211

Yüngül konstruksiyalar 

 

400 


 

Praktikadan  məlumdur  ki,  yüngül  konstruk-

siyalar  tətbiq  olunan  material,  layihələndirmə 

konsepti və hazırlama texnologiyasına görə adi 

konstruksiyalardan daha çox əməktutumu tələb 

edirlər.  

Yüngül  konstruksiyaların  işlənməsi  üçün 

müxtəlif  prinsiplər  işlənmişdir.  İnkişaf  mərhə-

ləsində,  konstruksiyaetmə  mərhələsində  və 

hazırlama  mərhələsində  yüngül  konstruk-

siyaların  işlənməsi  üsulları  mövcuddur.  Əsas 

məqsəd  konstruksiya  olduqda,  çox  vaxt  konst-

ruksiyanı  yüngül  hazırlamaq  potensialı  tam 

mənimsənilmir.  Son  illər  süni  material  və  xü-

susi  lifli  süni  materiallardan  geniş  istifadə 

olunmağa  başlamışdır.  Yüksək  xüsusi  sərtliyi 

(məsələn:  →əyilmə,  →burulma  və  vuzanma 

sərtlikləri)  və  möhkəmliyi  bu  materiallardan 

attraktiv  yüngül  maşın  konstruksiyaları  hazır-

lamağa şərait yaradır. 

 İnkişaf  mərhələsində  əsas  prinsip  hissəyə 

təsir  edən  qüvvələrin  analizindən  ibarətdir. 

Təxmini  tapılmış  və  ehtiyat  faktoru  ilə  böyü-

dülmüş  yüklər  konstruksiyanın  ölçülərinin 

böyük  olmasına  aparır.  Ona  görə  də,  stabillik 

hesabatlarında  qüvvələrin  dəqiq  hesabından 

yan  keçilməzdir.    Müasir  hesablama  texnika-

sının  tətbiqi  ilə  maşınların  istər  statik,  istərsə 

də dinamik halında qüvvələrin təsirini emprik-

analitiki  üsullarla  hesablamaq  olur  (məsələn: 

→simulyasiyada  →sonlu  elementlər  üsulunun 

tətbiqi).   

→Konstruksiyaetmə  mərhələsində  aşağıdakı 

prinsiplər məlumdur. Hissənin materialını yük-

sək  spesifik  xassələrə  malik  olan  digər  mate-

rialla  əvəz  olunması,  yüngül  materiallı  konst-

ruksiyanın  əldə  olunmasına  imkan  verir. 

Məsələn,  yüksək  möhkəmlikli  poladın  tətbiqi 

ilə  verilmiş  konstruksiyanın  ilkin  xassələrini 

saxlamaqla,  onun  divarlarını  kiçiltməlk  yolu 

ilə  çəkiyə  qənaət  etmək mümkündür.  Bu  prin-

sipə  misal  kimi  poladın  ümumiyyətlə  alu-

minium  və  ya  süni  materiallarla  əvəz  edil-

məsini  göstərmək  olar.  Konstruktiv  yüngül 

layihələndirmədə hissənin çəkisi konstruksiya-

da  edilən  dəyişiklərlə  əldə  olunur.  İlkin 

növbədə material həcmindən maksimum istifa-

dəyə  cəhd  göstərilir.  Burada  əyilməyə  işləyən 

hissələr  qatlı  materiallar  (bimetallar)  və  ya 

fermalarla əvəz edilir. Prinsip etibarı ilə nazik  

divarlı  konstruksiyaya  üstünlük  verilir.  Digər 

tətəfdən  maşının  stabilliyinin  aşağı  düşməsi 

təhlükəsi  artır  ki,  bu  da  mexaniki  analizin 

dəqiq  aparılmasını  zəruriləşdirir.  Yüngül  kon-

struksiyalarda  qüvvələr  bir  başa  ötürülmə-

lidirlər.  Hissələrin  səthində  kərtiklərin  olması 

materiala  olan  tələbatı  artırır,  ona  görə  də, 

onun  hissədə  olması  azuolunmazdır.  Sistemin 

yüngül layihələndirilməsi zamanı ayrıca hissə-

lər yox, bütün sistem nəzərdən keçirilir. Funk-

siyaların  inteqrasiyası  ilə  sistemdə  hissələrin 

sayını  azaltmaq  olur.  Bu  prinsipdən  avtomo-

bilqayırmada  geniş  istifadə  edilir.  Birləşdirmə 

emal  üsullarının  yeni  texnoloji  imkanlarından 

istifadə  etməklə  bu  sahədə  də  material  sərfinə 

qənaət  etmək  mümkündür.  Məsələn,  lazer 

qaynaqetmədə təbəqlərin üst-üstə qoyulmasına 

ehtiyac  qalmır  və  bu  üsulla  yüngül  konstruk-

siya  hazırlanır.  →Pərçimlərin  →yapışqanla 

əvəz olunması yeni tədbirlər sırasındadır. 

   Mexaniki  emalda  kiçik  müsahidə  tətbiq  olu-

narsa  yüngül  konstruksiya  prinspi  reallaşdırıla 

bilər.  Metal  təbəqələrin  qalınlığına  verilən 

müsahidəni    0,1mm hədində  saxladıqda    onun 

çəkisini 20% azalır. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Şəkil 1. Ağac emalı üçün yüngül konstruksiyaya ma-

lik frez aləti 

 

(alm.  die  Leichtbauweise,  ingl.  Lightweight  const-



ruction


Yüngül konstruksiyalarda pərçim birləşməsi 

 

401 


 

 

Yüngül  konstruksiyalarda  pərçim  birləş-



məsi    nəqliyyatda  və  tikintidə  aluminium  və 

onun  legirlərindən  hazırlanmış  hissələrdə  tət-

biq  olunur  (şəkil  1).  Termiki  emal  olunmuş 

aluminium  legirində    qaynaq  zamanı  termiki 

dəyişikliklərin  yaranması  ehtimalı  olduqda  və 

qaynaq  olunabilməyən    AlCuMg,  həmçinin  

AlYnMgCu  legirlərindən  olan  hissələrin  bir-

ləşdirilməsi  zamanı  pərçimləmə  üsuluna    üs-

tünlük  verilir.  Profil  və  lövhələrdən  ibarət 

diferensial  konstruksiyalarda  (məsələn,  avto-

mobil  gövdəsi),  həmçinin  üzərinə  inteqral 

konstruksiyaetmə  üsulu  ilə  xarici  qabıq  və 

dərinliklər  quraşdırılmış,  preslənmiş  profil-

lərdən    ibarət  böyük  ölçülü  tikinti  elementlə-

rində  pərçimləməyə  daha  çox  rast  gəlinir. 

Basmaqla  presləmədə  əldə  olunan  profillər 

materiallardan  əlverişli  istifadə  etməyə  imkan 

verərək, onları məqsədli birləşdirmək və lazımi 

texniki  konstruksiyaların  hazırlanmasına  yol 

açır.  


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Diferensial konstruksiyalı qatar vaqonunun 



gövdəsinin quruluşu 

 

(alm.  die  Nietverbindungen  im  Leichtmetallbau



ingl. The riveted joints in aluminum construction

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə