71
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
əhəmiyyətini xüsusi vurğulardım. Bu yolda bizim qarşımıza çox maneələr çıxıb.
Ölkəmizə təzyiqlər göstərilib, region dövlətlərində qeyri-sabitlik yaratmaq cəhdləri
olub. Bütün bu çətinliklərə baxmayaraq Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasının
reallaşması məndə məmnunluq duyğusu yaradır.
Onu da deyim ki, Xəzərin zəngin enerji ehtiyatlarının hasilatında ölkəmizin xa-
rici şirkətlərlə geniş əməkdaşlığı karbohidrogen yataqlarının işlənilməsində Italiya-
nın “ENI-ACIP” Şirkəti də fəal iştirak edib.
Müstəqillik yolu ilə irəliləyən Azərbaycan dövlətinin qarşılaşdığı ən böyük
problem olan Dağlıq Qarabağ münaqişəsi 12 ildən bəri davam edir, erməni silahlı
qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın beşdə bir hissəsi işğal olunub, bir
milyon soydaşımız qaçqın vəziyyətinə düşərək çadır şəhərciklərində ağır şəraitdə
yaşayır.
Bütün bunlara baxmayaraq ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh
yolu ilə həllinə tərəfdardır. Beş ildən bəri atəşkəs rejiminə əməl edilir. Münaqişənin
həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərir, lakin
arzu etdiyimiz nəticələr hələ də əldə olunmayıb.
Azərbaycan və Ermənistan prezidentləri arasında son vaxtlar bir neçə görüş
keçirilib. Münaqişəni nizamasalma prosesi, eyni zamanda ATƏT-in Minsk qrupu
çərçivəsində davam etdirilməsi olduqca zəruridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və onun
nəticələrinin aradan qaldırılmasında ölkəmiz beynəlxalq birliyin köməyinə ümid
bəsləyir.
Romano Prodi: Hörmətli cənab prezident! Mən Xəzər dənizinin ener-
ji ehtiyatlarının hasilatının və dünya bazarlarına nəqlinin əhəmiyyətini yüksək
dəyərləndirirəm. Bakı-Ceyhan əsas ixrac boru kəmərinin inşası ilə bağlı sənədlərin
və digər layihələrin imzalanması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Avropa Birliyi arasında tərəfdaşlığın və əməkdaşlığın inkişafı
üçün geniş perspektivlər açılıb. Mənim rəhbərlik etdiyim təşkilat bölgədə sülh və
sabitlik yaranmasına hər cür kömək göstərməyə hazırdır.
Hörmətli cənab prezident! Icazə versəniz mən bu görüşdən və maraqlı söhbətdən
məmnun qaldığımı bildirərdim.
72
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Avropa Birliyinin Azərbaycandakı xüsusi elçisi
Renato Battini və Avropa Komissiyasının Azərbaycan üzrə
əlaqələndiricisi Robin Lideli qəbul edərkən söhbətindən
Prezident sarayı, 5 fevral 2000-ci il
Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz! Sizin Azərbaycana gəlməyinizdən
çox məmnunam. Biz Avropa Birliyi ilə əməkdaşlığımıza daim çox böyük əhəmiyyət
veririk və mən bu əməkdaşlığın çox müsbət nəticələrini də qeyd edirəm. Amma eyni
zamanda mən bizim əməkdaşlığımızın daha da gözəl perspektivlərini hiss edirəm.
Mənə Baş nazir məlumat verdi ki, siz çox məsələləri ətraflı müzakirə etmisiniz.
Mən də sizi dinləməyə hazıram.
Renato Batti: Cənab prezident, bu gün bizi qəbul etdiyinizə görə çox sağ olun.
Bu gün Sizinlə görüşmək bizim üçün həm xoşdur, həm də böyük şərəfdir. Həqiqətən
də, biz hökumət üzvləri ilə çoxlu müzakirələr aparmışıq, görüşlər keçirmişik və
bu görüşlərdə ikitərəfli münasibətləri müzakirə etmişik. Bizim Azərbaycanla olan
əməkdaşlığımız regionda ən başlıca əməkdaşlıqdır. Avropa Birliyi Azərbaycana ən
birinci donor olan təşkilatdır. Heç şübhəsiz ki, biz işimizi bu yönümdə davam etdi-
ririk və gələcəkdə də Azərbaycanın bütün səylərini dəstəkləməkdə davam edəcəyik.
Regionda sülh əldə olunan kimi, biz bütün dəstəyimizi daha da artırmağa hazırıq.
Avropa icması beynəlxalq icma ilə birlikdə sülh əldə olunandan sonra reabilitasiya
və yenidənqurmaya yönəlmiş bütün işləri dəstəkləməyə hazır olduğunu bildirir.
Biz burada olduğumuz müddətdə bir neçə layihəni müzakirə etmişik. Noyabr
ayında burada olduğumuz zaman Naxçıvana aid bir layihəni nəzərdən keçirmişik
və bu gün də işləməyə hazırıq. Bu da bizim maliyyə üzrə ikinci tranşımızdan ayrı-
lan layihədir.
Bu imkandan istifadə edərək, bizim görüşlər zamanı təmasda olduğumuz bütün
şəxslərə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə Azərbaycanın Baş nazirinin
müavininə minnətdarlığımı bildirmək istəyirəm. O, bütün görüşlər zamanı bizimlə
birlikdə idi və razılığın müddəalarını birlikdə həyata keçirməyə yardımçı olmuşdur.
Məlumdur ki, Avropa Birliyi ilə Azərbaycan razılıq əsasında bir sıra layihələri
həyata keçirirlər və bu, tərəfdaşlıq və əməkdaşlıq haqqında olan razılıqdır. Bu ra-
zılıq əldə olunduqdan sonra biz ilk görüşümüzü noyabrda keçirmişik və mart ayın-
da Brüssel şəhərində ikinci görüşümüz olacaqdır. Fevralın 24-dən martın 1-dək
Avropa Parlamentinin üzvləri Qafqaz regionuna gələcəklər və bu səfər zamanı
Azərbaycana da xüsusi diqqət yetiriləcəkdir. Mart ayında isə, bir qədər əvvəl qeyd
etdiyim kimi, Azərbaycan nümayəndə heyəti əməkdaşlıq və tərəfdaşlıq razılığı
çərçivəsində Brüsselə gələcəkdir. Sağ olun, cənab prezident.
73
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Heydər Əliyev: Çox gözəl. Mən sizin verdiyiniz məlumatdan çox məmnunam.
Mən təşəkkür edirəm ki, Avropa Birliyi regionda Azərbaycana xüsusi diqqət yetirir.
Biz çalışacağıq ki, həmişə bunu, belə bir münasibəti doğruldaq.
Işğal altında olan ərazimizin bərpa edilməsi haqqında Avropa Birliyinin plan-
ları bizi çox sevindirir. Son zamanlar aparılan danışıqlar - həm Minsk qrupu
çərçivəsində, həm də Azərbaycan prezidenti ilə Ermənistan prezidenti arasında
aparılan bilavasitə danışıqlar ümid verir ki, biz sülhə nail olacağıq və işğal edilmiş
torpaqlarımız işğaldan azad olunacaqdır. O torpaqlarda çox iş görmək lazım olacaq-
dır. Əgər Avropa Birliyinin, dünya birliyinin bu işdə iştirakı olmasa, biz burada heç
bir şey edə bilmərik. Çünki orada olan bütün şəhərlər, qəsəbələr, kəndlər, hər bir
şey - hansını ki, insanlar istifadə edirdi - dağıdılıbdır, viran edilibdir.
Bir müddət öncə Dünya Bankının, sonra Valyuta Fondunun, gərək ki, bir də
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri
Ermənistanda olmuş, Dağlıq Qarabağda olmuş, sonra Azərbaycanın işğal edilmiş
Ağdam bölgəsində olmuşlar. Onlar sonra öz təəssüratlarını dedilər və öz gözləri ilə
görmüşlər ki, hər şey dağılıbdır. Hər şey yenidən qurulmalıdır. Bu baxımdan sizin
bugünkü bəyanatınız mənim üçün çox əhəmiyyətlidir.
Mən Istanbulda olarkən Avropa Komissiyasının sədri cənab Prodi ilə görüşmüş-
düm. Biz bu barədə ətraflı söhbət etmişik, danışmışıq. Onunla danışanda da bu
məsələ, demək olar ki, bizim müzakirəmizin mərkəzində idi. Bir daha ümidvar ol-
duğumu bildirmək istəyirəm ki, biz onunla birlikdə məşğul olacağıq.
Mən sizin tranşlarınıza görə və müxtəlif layihələrin həyata keçirilməsində iştira-
kınıza görə təşəkkür edirəm. Bunların hər biri bizim üçün çox əhəmiyyətlidir.
Beləliklə, münasibətlərimiz genişlənir. Avropa Birliyinin Azərbaycanda daimi
nümayəndəliyi lazımdır və Azərbaycanın da Brüsseldə daimi nümayəndəliyi lazım-
dır. Bu məsələləri də biz həll etməliyik.
Bir sözlə, geriyə baxarkən Avropa Birliyi ilə əməkdaşlığımızın bizim üçün nə
qədər əhəmiyyətli olduğunu görürük və qiymətləndiririk. Amma irəlidə hələ daha
çox işlər var. Ümidvaram ki, bizim əldə etdiyimiz təcrübə və əməkdaşlığımızın
mütəşəkkilliyi gələcəkdə daha da çox nailiyyətlər əldə etməyə imkan verəcəkdir.
Biz bunu istəyirik və bunu qəbul edirik.
Dostları ilə paylaş: |