Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə29/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   25   26   27   28   29   30   31   32   ...   146

78

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

çirkləndirilməsi baxımından daha çox təsir göstərirdi.

Doğrudur, indi bu sənaye müəssisələrinin bir qismi işləmir. Bəlkə bu, istehsalda 

bizə zərər verirsə də, ətraf mühitin qorunmasında xeyir verir.

Amma ekologiya elə məsələdir ki, o, bir ölkənin çərçivəsində, onun sərhədləri 

daxilində  məhdudlaşmır.  Bu,  bütün  dünyaya  aid  problemdir.  Onun  dövlətlərin 

sərhədi kimi sərhədi yoxdur. Məsələn, Azərbaycana gələn böyük çaylar Araz çayı 

və Kür çayıdır. Onların ikisi də mənbəyini Türkiyədən götürür, ancaq Azərbaycana 

Ermənistanın  və  Gürcüstanın  ərazisindən  keçib  gəlir.  Biz  bu  çaylardan  bütün 

məqsədlər üçün istifadə edirik, çünki Azərbaycanın əsas su mənbələridir. Içməli 

suyun çoxunu bu çaylardan götürürük. Sizə deyə bilərəm ki, Bakının su təchizatının 

təxminən  70  faizi  Kür  çayından  götürülən  suyun  hesabınadır.  Kür  çayı  Arazla 

birləşəndən sonra bir çay olur. Keçmişdə, Sovetlər Ittifaqı zamanı biz bir dövlət 

daxilində  olduğumuza  görə,  məsələn,  Ermənistandan  gələn Araz  çayına  tökülən 

zəhərli tullantıların nə qədər olduğunu bilir və bunun qarşısını almağa çalışırdıq. 

Eləcə də Gürcüstandan gələn Kür çayında. Amma indi buna imkanımız yoxdur. 

Biz bilmirik ki, Ermənistan ərazisində Araz çayına nə qədər zəhərli tullantılar atılır. 

Yəni harada, nə cür atılır - onu bilmirik. Amma burada suyu analiz edərkən onun 

tərkibində zəhərli maddələrin olduğunu müşahidə edirik.

Ona görə də Cənubi Qafqaz çərçivəsində ekologiya sahəsində əməkdaşlıq etmək 

bizim  üçün  vacibdir.  Sizin  təşəbbüsünüz  yaxşı  təşəbbüsdür.  Amma  iş  bundadır 

ki,  Ermənistanla Azərbaycan  arasında  heç  bir  əlaqə  yoxdur. Yəni  biz  münaqişə 

şəraitindəyik. Belə bir halda hansısa formada bizim əməkdaşlıq etməyimiz müm-

kün deyildir. Amma buna baxmayaraq, biz o təklifi hələ diqqətlə öyrənirik. Çünki 

bizdə bu təklifi qəbul etməyin tərəfdarları da var, amma ona etiraz edənlər də çox-

dur. Ona görə də mən hələ son fikrimi deyə bilmərəm. Amma eyni zamanda, hesab 

edirəm ki, sizin təşəbbüsünüz dəyərlidir. Biz də son nəticəyə gələndə bu barədə sizə 

məlumat verərik.



Joot Lagenduk: Cənab prezident, yəqin Sizə məlumdur ki, biz buraya gəlməzdən 

əvvəl Gürcüstanda olmuşuq və burada olduğumuz müddətdə ayırd etmişik ki, iki 

ölkənin çox oxşar problemləri vardır. Elə problemlər vardır ki, hər iki ölkəyə bunu 

şamil  etmək  olar.  Bu  da  korrupsiya  problemidir.  Bildiyiniz  kim, Avropa  Birliyi 

də korrupsiya probleminə çox həssas yanaşır. Əgər Siz ölkənizdə iqtisadi artıma 

nail  olmaq  istəyirsinizsə,  ölkənizdə  həm  siyasətdə,  həm  cəmiyyətdə  demokratik 

təsisatları inkişaf etdirmək əzmindəsinizsə, bu, əlbəttə ki, Avropa Birliyinin ən çox 

fikir verdiyi sahə olacaqdır. Avropa Birliyində bu, üstün sahələrdən sayılır. Biz Gür-

cüstanda  olarkən  sizin  prezident  həmkarınız  cənab  Şevardnadze  ilə  bu  məsələni 

müzakirə etmişik və istərdik Sizin də fikrinizi öyrənək ki, korrupsiya ilə mübarizə 

aparmaqda hansı şərtləri əsas götürəcəksiniz?

Heydər  Əliyev:  Siz  düşünürsünüz  ki,  bu  problem  bir  Gürcüstandadır,  bir  də 



79

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Azərbaycandadır? Siz belə düşünürsünüz?

Joot Lagenduk: Xeyr, belə düşünmürəm. Amma bilirəm ki, bu problem Sizin 

ölkələrdə var.



Heydər Əliyev: Bu problem bizim ölkələrdə var. Amma sizin ölkələrdə də var.

Joot Lagenduk: Mən Hollandiyadanam, o isə Italiyadan. Xahiş edirəm, ona aid 

edin.


Heydər Əliyev: Italiyada, Hollandiyada yoxdur?

Joot Lagenduk: Bizdə var. Çalışırıq ona qarşı mübarizə aparaq.

Heydər Əliyev: Mən sizə deyim, Hollandiyada da var. Avropa Birliyinin Iqtisadi 

Komissiyasında korrupsiya meydana çıxdı. Bundan xəbəriniz var? Onların hamısı 

istefaya getdilər. Bundan xəbəriniz var? Jak Santer, Van Den Bruk və başqaları.

Joot Lagenduk: Cənab prezident, Sizə onu da deyim ki, bizim qrupumuz əsas 

təşəbbüskar oldu ki, onlar istefaya getsinlər. Biz onlardan da soruşduq və Sizə də 

bu sualla müraciət edirik.

Heydər Əliyev: Onda sizə alqış. Mən sizi tərifləyirəm. Onda siz verdiyiniz sualı 

gərək düzgün qoyaydınız. Gürcüstanda, Azərbaycanda korrupsiya var. Korrupsiya 

hər yerdə var. Əgər Avropa Birliyinin Iqtisadi Komissiyasının əksəriyyəti korrup-

siyaya  bulaşmış  oldularsa  və  deyirsiniz,  sizin  təşəbbüsünüzlə  onlar  cəzalandılar, 

istefa verdilərsə, demək, bu bəla təkcə Azərbaycana, Gürcüstana və başqa ölkələrə 

aid deyil, bütün ölkələrə aiddir.

Mən bunu niyə deyirəm? Çünki bəzi ölkələrdə öz ölkələrində olan vəziyyəti, 

nöqsanları görmürlər, ancaq yeni müstəqillik əldə etmiş ölkələrdə - Azərbaycanda, 

Gürcüstanda, yaxud başqa ölkələrdə - bunu görürlər və bunu da şişirdirlər. Ona görə 

xahiş edirəm, gələcəkdə bunu nəzərə alasınız, öz nöqsanlarınızı da görəsiniz.

Amma indi mən sizin sualınıza cavab verirəm. Korrupsiya Azərbaycanda var və 

bu korrupsiya bir indi deyil, 30 il bundan öncə də var idi, 40 il bundan öncə də var 

idi. Məsələn, mən vaxtilə bu məsələni çox dərindən öyrənmişəm. Insan cəmiyyəti, 

dövlət  yaranandan  korrupsiya  olubdur.  Ancaq  onunla  mübarizə  də  olubdur.  Bu 

mübarizə, əlbəttə ki, korrupsiyanı müəyyən qədər azaldıb, amma təəssüf ki, onun 

tamamilə kökünü kəsə bilmir.

Mən  30  il  bundan  öncə  Azərbaycana  başçı  seçilmişdim.  Məndən  üç  il  son-

ra dostum Şevardnadze Gürcüstana başçı seçildi. SSRI-yə daxil olan 15 müttəfiq 

respublikadan iki ölkədə - öncə Azərbaycanda, ondan sonra 

Gürcüstanda Heydər 

Əliyev və Şevardnazdenin təşəbbüsü ilə korrupsiyaya qarşı güclü mübarizə baş-

landı. Biz Şevardnadze ilə həm dostuq, həm də bu barədə eyni əqidəyə malik in-

sanlarıq. Azərbaycanda mən korrupsiya ilə apardığım mübarizəyə görə özümə çox 

düşmənlər qazandım. Amma bu məni narahat etmir.

Doğrudur,  biz  yeni  iqtisadi  sistem  qururuq.  Belçika  səviyyəsinə,  Italiya 

səviyyəsinə, Fransa səviyyəsinə bizim gəlib çatmağımız üçün hələ illər, bəlkə də on 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə