Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
1   2   3   4   5   6   7   8   9   ...   26

deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə 

niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın». 

Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər 



kəsi böyük bir vahimə bürüdü. 

Gənclər gəlib Xananyanın meyitini kəfənə 



bürüdülər və aparıb dəfn etdilər.  

Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun 



olub-keçənlərdən heç bir xəbəri yox idi. 

Peter ondan soruşdu: «Mənə söylə, 



torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə». 

Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, 



ə

rini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa 

gəlirlər». 

10 


Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. 

çəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin 

yanında dəfn etdilər. 

11 


Bütün imanlılar cəmiyyətini və bu hadisəni 

eşidənlərin hamısını böyük bir vahimə bürüdü.  



Həvarilər çox adama şəfa verdi  

12 


Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. 

Bütün imanlılar Süleymanın eyvanına yığılardı. 

13 

Xalqın gözündə böyük 



nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. 

14 


Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. 

15 


Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə 

düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə 

qoyardı. 

16 


Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz 

xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa 

tapardı.  

Həvarilər təqib olunur  

17 


Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə 

mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. 

18 

Ona 


görə də həvariləri tutub ümumi zindana atdılar. 

19 


Amma Rəbbin mələyi 

gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: 

20 

«Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını 



deyin». 

21 


Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub 

təlimlərini öyrətməyə başladılar.  

Baş kahin və yanındakılar gəlib Ali Şuranı –  srailin bütün ağsaqqallar 

məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün 

mühafizəçiləri zindana göndərdilər. 

22 


Lakin mühafizəçilər gəlib zindanda 

həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər: 

23 

«Gördük ki, 



zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. 

Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». 

24 

Bu sözləri eşidən 




məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə 

qurtaracaq?» deyə çaşıb-qaldılar. 

25 

Elə bu zaman kimsə onların yanına gəlib 



xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata 

təlim öyrədir». 

26 

Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. 



Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.  

27 *


Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan 

soruşdu: 

28 

«Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma 



siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim 

boynumuza yükləmək istəyirsiniz». 

29 

Peter və başqa həvarilər belə cavab 



verdi: « nsana deyil, Allaha itaət etmək daha vacibdir. 

30 


Ata-babamızın 

Allahı sizin çarmıxa çəkib

l

 öldürdüyünüz  sanı diriltdi. 



31 

srailə 


günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və 

Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. 

32 

Bu şeylər barədə biz şahidik, 



Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».  

33 


Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər. 

34 


Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı 

bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları

m

 qısa 


müddətə bayıra çıxarsınlar. 

35 


O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey 

sraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin. 

36 

Bir 


qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı 

və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün 

tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı. 

37 


Sonra siyahıyaalma 

zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü 

və tərəfdarlarının hamısı darmadağın edildi. 

38 


ndiki iş barəsində sizə onu 

deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş 

insandandırsa, məhv olub gedəcək. 

39 


Yox, əgər Allahdandırsa, bu adamların 

işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə 

bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar, 

40 


həvariləri içəri çağırıb 

qamçılatdılar və əmr etdilər ki,  sanın adını çəkərək heç nə danışmasınlar. 

Sonra onları azad etdilər.  

41 


Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali 

Ş

uranın önündən ayrıldılar. 



42 

Onlar hər gün məbəddə və evlərdə təlim 

öyrətməkdən,  sanın Məsih olması barədə Müjdəni yaymaqdan əl 

çəkmədilər.  



                                                 

 

*

5:27-28 Mat. 27:25 



 

l

5:30 Çarmıxa çəkib – hərfi tərcümədə ağacdan asıb. 

 

m

5:34 Bu adamları – bəzi əlyazmalarda həvariləri. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə