Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

45
ması  bəzi  ailələrin  pay  torpaqları  olan  ərazilərə  köçməsilə, 
yeni kəndlərin yaranması ilə nəticələndi. Nohurdüzü və Qa­
yadalı belə yarandı. Qara işğın, Qəmbər yeri qış örüşü kimi 
istifadə olundu, hətta evlər tikildi, müəyyən dövr kənd kimi 
tanındı. Oydəh, Quləh qazmaları, Baba yurdu, Ələsgər qaz­
ması, Məhəmməd qazması, Pirverdi qazması, Gəncimalı qaz­
maları kimi yerlər mal-qara saxlanılması üçün güney ərazilər 
qışlaq, quzey yerlər yaylaq kimi işləndi. 
1930-cu  ilədək  Quba  qəza  mərkəzi  olmuş,  qəza  dairələrə 
bölünmüşdü.  Təngədən  yuxarı  Xaltan  daxil  olmaqla  Rükə 
qədər ərazidə Yerfi ən böyük kənd olduğundan dairə mərkəzi 
olmuşdur.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan 
İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il qərarı ilə Bakı, Quba, 
Salyan, Qarabağ, Gəncə, Şirvan, Lənkəran vilayətləri yaradıl­
mışdır.  Hər  bir  vilayət  rayonlara,  bölünmüşdü.  Quba 
vilayətinə isə Yerfi, Dəvəçi, Xaçmaz, Hil (Qusar), Quba rayon­
ları daxil edilmişdi.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər 
Musabəyovun  və  Xalq  Komissarları  Sovetinin  sədri  Dadaş 
Bünyadzadənin imzası ilə verilmiş bu qərarda hər bir rayo­
nun əsas tərkibi müəyyən edilmişdir . Yerfi rayonunun tərkibi 
belə olmuşdur:
1. Abdulov Balasultan – RİK– nin sədri
2. Səfərəliyev Abdurrəhman – RİK–in sədr müavini
3. Süleyman Abdul Əli – sədr müavini
4. Niftullayev Şahvələd – RİK–in təlimatçısı
5. Qafarov Əli – şöbə müdiri, təbliğatçı
6. Hidayətzadə – şöbə müdiri
7. Səfərəliyev Əli – RKP sədri
8. Kərimov Niyaz – milis rəisi
9. Turacov İbrahim – vergi üzrə müfəttiş
Yerfi rayonu təşkil olunmağa imkan tapmadı. Din xadim-
lərinin təhriki ilə əhali etiraz etdi. İki ay keçər-keçməz rayon 
rəhbərliyi Qonaqkəndə köçürüldü. Yerfiyə qarşı təzyiqlər art­
dı. Məscidin fəaliyyəti dayandı, hətta hücrələr uçuruldu. Ho­


 
46
vuz, minbər, dam dağıldı. 1934-cu ildən sonra məsciddən xal­
ça arteli kimi istifadə olundusa da, 1941–49-cu illərdə artelin 
ləğvi ilə daha pis vəziyyətə düşdü. Bu dövrdə Qonaqkənddə 
rəhbər işdə çalışan Haşımov Əlövsətin təşəbbüsü ilə məscidin 
qalıqları əsasında təmir aparılıb anbar kimi istifadə olundu. 
1950-ci ildə illərdə bina klub, 1980-ci illərdə mədəniyyət evi 
adlandırıldı. Bu gün damının, divarlarının, döşəməsinin əsaslı 
təmirə ehtiyacı olan binada son 60 ildə heç bir təmir aparılma­
mışdır.
30-cu  illərdə  yalançı  üzədurmalar,  vəzifə  sahibi  olmuş 
nökər lərin  ağalıq  iddiaları  əhalinin  daha  da  dağılmasına 
səbəb oldu. Bəy, əfəndi, hacı mülklərinin dağıdılması savad­
sız qisasçılığın acı nəticəsi idi. Əsrin əvvəlində iki minə yaxın 
əhalisi olan kənddə 1939-cu ildə 900 nəfər qalmışdı. 
İkinci  dünya  müharibəsinin  başlanması  kəndə  yeni  bir 
zərbə  vurdu.  Kişisini  itirən  ailələr  dolanmaq  üçün  aran 
kəndlərinə üz tuturdular. Çətinliklərlə yanaşı, kənddə müsbət 
hallar da yaranırdı. Bu, xalçaçılıqla, təhsillə, dövlət qulluğun­
da çalışmaqla bağlı idi.
Yerfidə xalçaçılıq. Xüsusilə dağ kəndlərində natural təsər-
rüfat  üstünlük  təşkil  etdiyindən  kəndli  öz  ehtiyaclarını  özü 
ödəməli olurdu. Şəhərdən uzaq olması, gediş-gəlişin çətinliyi 
əhalini məcbur edirdi ki, öz taxılını hazırlasın, öz geyimini to­
xusun. Dağ kəndlərində qoyunçuluğun, maldarlığın inkişafı 
kəndlinin qida və geyim ehtiyaclarının ödənilməsinə xidmət 
edirdi.  Kəndli  qadın  palaz,  xalça,  heybə  toxumaqla  yanaşı 
köynək,  corab,  şal,  hətta şalvar,  tuman  da  toxumalı  olurdu. 
Toxuçuluqla məşğul olmadan dolanmaq mümkün deyildi. Bu 
işlə  məşğul  olan  yüzlərlə  qadının  arasında  bacarıqlı,  zirək 
usta  qadınlar  da  yetişirdi.  Onların  toxuduqları  nümunələr 
evlərin  bəzəyi  olmaqla  yanaşı,  nəinki  kənddən,  hətta Azər-
baycandan kənarda yurdumuzun təmsilçisinə çevrilirdi.
11 may 1988-ci il tarixli “Kommunist” qəzetində oxuyuruq: 
“1908-ci ildə Peterburqda rus muzeyinin etnoqrafiya şöbəsinə 
Azərbaycan xalçalarını toplamaq tapşırılıb. Görkəmli etnoq­
raf,  muzeyin  Qafqaz  şöbəsinin  ilk  müdiri Aleksandr  Miller 


47
Dəvəçinin  Pirəbədil,  Qubanın  Çiçi,  Nügədi,  Qonaqkəndin 
Yerfi kəndlərini gəzib, xeyli xalça toplayıb.”
1930-cu illərə yaxın dövlət xalçaçılığın inkişafı məqsədilə 
yerlərdə  artellər  təşkil  etməyə  başladı.  Yerfi  kəndində  də 
məscid binası artelə çevrildi. Kəndlərin çoxunu əhatə edən bu 
artellərə bacarıqlı kadrlar lazım idi. 1934-cü ildə məşhur xal­
çaçı Lətif Kərimovun təklifi ilə Qubada baş ustalar hazırlayan 
texnikum açılır. Bütün bunlar yerlərdə xalçaçılığın inkişafına 
kömək edir. Uzun illər toxuculuqla məşğul olan bu kəndlərin 
hər birində özünəməxsus qaydalar, üslub, rəng, naxış da ya­
ranmış və təkmilləşmişdi. Hər bir kənd öz kompozisiyası, öz 
çeşnisi ilə tanınırdı. Bu barədə oxuyuruq: “Quba Şirvan xalça­
çılıq  məktəbinin  Quba  qrupuna  “Quba”,  “Köhnə  Quba”, 
“Pirəbədil”, “Xırdagülçiçi”, “Alçagülçiçi”, “Sırtçiçi”, “Qımıl”, 
“Hacıqayıb”, “Qrız”, “Mollakamallı”, “Şahnəzərli”, “Zeyvə”, 
“Qonaqkənd”,  “Afurca”,  “Yerfi”,  “Cimi”,  “Xan”  və  s.  xalça 
kompozisiyaları daxildir. (ASE, III cild, Bakı, 1979, səh 256)
Yerfinin  xalçaçı  qadınlarından  danışarkən  artelin  müdiri 
olmuş, baş usta Güleydə Əlirza qızı xatırlanır. Onun başçılığı 
ilə usta toxucular yetişmiş, bu toxucular Qonaqkənd və Quba 
toxucuları ilə birgə 1945-ci ildə 15 m

Lenin, 1949-cu ildə 70 m
2
 
Stalin xalçasının toxunmasında iştirak etmiş, qabaqcıl xalçaçı­
ların  bir  qrupu  Moskva,  Leninqrad  şəhərlərinə  gəzməyə 
göndərilmiş,  Mavzeley  önündə  şəkil  çəkdirilmişdir.  Bunlar 
həmin dövr üçün fəxr sayılırdı. (Bax: şəkil 11)
Haşiyə.  Xalçaçılardan  danışarkən  afurcalı  Mustafayeva 
Gülnənə Məhəmməd qızını yada salmaya bilmərik. O, SSRİ 
Dövlət  mükafatı  laureatı  olmuş,  toxuculuqdan  Qonaqkənd 
rayon xalça artelinin sədrliyinədək yüksəlmiş, 1968-ci ilədək 
Qonaqkənddəki “Qumaş” xalça fabrikində işləmişdir. Onun 
toxuduğu xalçalar uzun müddət muzeylərin ən qiymətli eks­
ponatları olmuşdur..(ASE, VIIcild, Bakı, 1983, səh 106)
Yerfidə xalçaçılıq arteli çox yaşamadı. İkinci dünya müha-
ribəsində  dağılan  kənd  uzun  müddət  özünə  gələ  bilmədi. 
Müharibədən sonrakı illərdə xalçaçılıq yalnız evlərdə işləndi, 
yaşadı. Analar gəlin köçəcək qızlarına xalça, palaz toxudular. 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə