48
Təxminən otuz beş il sonra, 80-ci illərə yaxın Soltan müəllimin
təşəbbüsü ilə kənddə xalçaçılıq bərpa edilsə də, ömrü uzun
sürmədi. Yuxarıların qayğısızlığı tənəzzül prosesini
sürətləndirdi. Nəinki Yerfidə, təxminən on il sonra Qonaqkənd
“Qumaş” xalça fabriki demək olar ki, fəaliyyətini dayandırdı.
Xalçaçı qadınlarımız isə hərdənbir xatırlandı. İstərdim ki, on
ları bir də xatırlayaq, nənələrimizi bir də yad edək.
Yerfi kənd xalça artelində işləmiş qadınların siyahısı:
Laləzar – Qeybullanın arvadı, Zəbullanın anası, Müxlisə –
Abu zərin arvadı, Tümən – Cəbrayılın arvadı, Güleydə Əli-
xanlı, Gülsəba – Qürbətin arvadı, Zeynəb – Kamalın arvadı,
Cəvahir – Şərafəddinin arvadı, Durna – Qurbanın arvadı, Tu
fan – Əzizxanın arvadı, Bədircahan – Kazımın arvadı, Zərif
Əlipənahova, Yasəmən Əlixanova, Güllü – İdayətin arvadı,
Hürzad – Qulunun xalası, Sumaya Əlləyar qızı, Salmanova
Pəri – Beybudun qardaşı arvadı, Əfruz – Zilfalının arvadı,
Ayna Həsənova, Xırdaxanım Əlixanova, Xalsa Kərimova,
Mədinə Kərimova, Gülüstan – pəhləvan Xəlilin arvadı, Ağa
bacı Zeynalova, Nemət qızı Mədinə, Hürzad Babayeva, Xa
nımzada, Nurşərəf Soltanova, Əfruz Haşımova, Durna Şalya
rova, Zərif Əlixanlı, Gülzar Talıbova, Şərəbanı Kərimova,
Gülxəndə Sadıqova, Gülzar – molla Mahmudun arvadı,
Bənövşə – Almasın arvadı, Qızılgül Əmrullayeva, Xədicə
Bədəlova, Gülsənəm Həsənova, Gülüstan – Həmidin arvadı,
Gülşən Rüstəm qızı, Günəşli Gülbacı... Şübhəsiz ki, bu siyahı
tam deyil. Amma üzümü bu gün öz ayağına geymək üçün
corab toxuya bilməyən nəvələrə tuturam...
Haşiyə. 1959-cu il dekabrın 4-də Qonaqkənd rayonu ləğv
edilərək Quba rayonuna birləşdirildi. 1930-cu ildən mövcud ol
muş, 158 min hektar torpaq sahəsinə, 50 minə yaxın əhaliyə,
52 kəndə malik rayonun ləğvi bu ərazinin boşaldılmasına,
perspektivsiz zonaya çevrilməsinə səbəb oldu. Bu ərazinin xal
çaçılığı da, arıçılığı da, qoyunçuluğu da, ümumiyyətlə hər bir
sahəsi gerilədi və ya tamamilə sıradan çıxdı. Hətta bəzi kəndlər:
Qaraqız, Qılcanlı, Bilgəh, Qarabulaq, Əbilə, Yergüc, Gümür
xəritədən silindi. Bu torpaqlar yaylaq kimi istifadə olundu.
49
Qonaqkənd rayonu əlli ildən çoxdur ki, Quba rayonuna
birləşdirilib. Təkcə Xınalığa çəkilən yoldan başqa bu ərazidə
demək olar ki, irəliləyiş üçün heç bir iş görülməyib. Adam
bədbinləşəndə fikirləşir ki, nə yaxşı bu ərazi ermənilərin qon
şuluğunda deyil, yoxsa bu yerləri çoxdan itirmişdik.
Xatırlamalar. Bir gün Quba rayonuna təzə təyin olunmuş
Arif Rəhimzadə tanışlıq məqsədilə kəndlərə çıxır. Nohurdü
zü kəndində maşını saxlayıb düşür. Küçədə oynayan uşaqlar
dan soruşur:
– A bala, bu hansı kənddir?
– Nohurdüzü, – deyə uşaqların biri dillənir.
– A bala, bu necə kənddir, elə bil bura bomba düşüb?
Bu söhbəti eşidən camaat o vaxt güman elədi ki, bəlkə yax
şılığa doğru bir dönüş olacaq... Sən demə buna da şükür, çün
ki, ondan sonra neçəsi vəzifəyə gəldisə də, heç ayağı kəndlərə
dəymədi.
Yerfi məktəbi. Sovet hakimiyyətinin qurulması ilə kənddə
dini təhsil dünyəvi təhsillə əvəzləndi. İlk illər icbari ibtidai
təhsil həyata keçirildi. Sinif otaqları kənd evlərində təşkil
olundu. Məktəb binasının tikilməsi zərurəti ortalığa çıxdı. Sü
leyman bəyin sahəsində çayın yaxınlığında məktəb binası ti
kildi. O vaxt texnika yox idi. Məktəbə lazım olan tikinti mate
rialı öküzlə, araba, kirşə ilə daşınırdı. Taxta, dəmir Qubadan
heyvanla daşınıb gətirilirdi. Bir neçə illik əziyyətdən sonra,
1933-cü ildə Yerfi kənd məktəbi istifadəyə verildi. O zaman
məktəblər ibtidai, yeddiillik və onillik kimi təşkil olunmuşdu.
Yerfi kənd məktəbi yeddiillik məktəb oldu. Çox çəkmədi 40-cı
illərə yaxın orta məktəbə çevrildi. Lakin müharibə illərində
məktəb yenidən yeddiillik məktəb oldu.
Kənd məktəbinin ilk müəllimləri 1920-ci illərdə din xa dim-
lərinin övladları idilər. Bu müəllimlər arasında İmanov, Xan
baba, Alim müəllimin və Sürəyya əfəndinin adı bu gün də
hörmətlə xatırlanır. 30-cu illərdə Yerfi kənd məktəbinin
yetirmələri müəllim oldu. Günəşli Qərib, Məmmədova Bəturə,
Qasımov Seyidbala, Bədəlov Məhərrəm, Məhərrəmov Möv
lud, Haşımov Pirbala, Səfərova Mariya, Məcidova Şahbacı
Yerfi məktəbinin 1935-ci il buraxılışı
51
gənc müəllimlər idilər. Yerfi kənd məktəbini bitirənlər arasın
da qonşu kəndlərdə müəllim işləyənlər, eləcə də yüksək
vəzifəyə gedənlər də oldu. 1930-cu illərdə bu məktəb ŞKM
(şekaem-şkola kolxoznaya molodyoji), yəni kolxozçu gənclər
məktəbi adlanırdı. Məktəbin təsərrüfatı vardı.
Bu dövrün oxumuşları arasında Günəşli Nəzərəli Baba oğ
lunu unutmaq olmaz. Ona qısaca Nəzər müəllim deyərdilər.
Yaşadığı dövrün hörmətli şəxslərindən idi. Müxtəlif yerlərdə ,
o cümlədən Azərbaycan KP MK-sında, BDU-da müəllim, iki
illik hüquq məktəbinin direktoru, ömrünün sonlarına yaxın
texnikumda müəllim işləmişdir. Düzlüyü, təmizliyi sevmiş
dir. Buna görə də 50-ci illərdən sonra, xüsusən 60-cı illərdə
rüşvətin adi hal aldığını, dünənki lütün bir neçə ildən sonra
ev, əmlak sahibi olduğunu gördükdə dözməyib birbaşa da
nışdığından onu demaqoq adlandırır və sevmirdilər.
Xatırlamalar. Nəzər müəllim haqqında bizə qalan xatirələr
vardır. Belə deyirlər ki, Nəzər müəllimi bir məclisə dəvət
ediblərmiş. İntizam sevən Nəzər müəllim vaxtında məclisdə
yerini tutur. Amma ev sahibi nədənsə məclisin başlanmasını
ləngidir. Stol arxasında əyləşənlər gözləməkdən inciyirlər.
Məlum olur ki, bir hörmətli şəxs gəlməlidir. Onu gözləyirlər
ki, gəlsin, məclisi başlasınlar. Nəhayət, həmin şəxs gəlir.
Məclis başlanır. Nəzər müəllim hafizəsi və yaddaşı güclü şəxs
idi. Gələn hörmətli şəxsi tanıyır. Qədəhlərə içkilər süzülür,
sağlıqlar deyilir. Nəzər müəllim söz alıb deyir: – Biz bu gün
bu məclisə gələndə ev sahibinin sevincinə şərik olub sevinir
dik. Əhvalımız yaxşı idi. Hamımız da vaxtında gəlmişdik.
Amma məclisdəki bu qədər adamı gözləməyə məcbur edir-
dilər ki, hörmətli bir şəxs gələcək. Lakin bu hörmətli şəxs
gələndən sonra heç kəs inciməyini biruzə vermədi. Düzü,
mən də bir az incimişdim. Bu hörmətli şəxsi görəndə mənim
incikliyim keçdi, əksinə qəlbimi böyük bir sevinc bürüdü.
Çünki bu hörmətli şəxs bir vaxt mənim tələbəm olmuşdur.
Görün, tələbə yüksəlib elə bir dərəcəyə çatıb ki, ona görə
müəllimini gözlədirlər.
Dostları ilə paylaş: |