33
Nohurdüzündən aşağı, çayın əks sahilində Qaraçuxa deyi-
lən pir var. Kəramətli olduğuna aid əhvalatlar danışılır. Yerfi
kəndinin içərisində İbrahim piri, Davud baba piri kimi
müqəddəs insanların məqamları vardır.
Həzrət Baba. Bu övliyanın məkanı Yerfi kəndinin ərazisinə
aid deyildir. Lakin Həzrət Babaya yol bu kənddən keçdiyi
üçün, yerfililər hər gün dağlara göz gəzdirəndə Həzrət Babanı
gördüyü üçün danışmamaq düzgün çıxmazdı.
Həzrət Baba Babadağ zirvəsindədir. Bu zirvəyə əsas yollar
üç istiqamətdəndir. Biri İsmayıllı, ikisi Quba rayonu tərəf-
dəndir. Quba rayonu tərəfdən biri Yerfi-Dərk kəndlərindən
keçir. Digər yol Qarxun kəndindən keçir. İsmayıllı tərəfdən
və Qarxundan keçən yolları ziyarətçilər maşınla gedib, qalan
qısa və dik yolu ayaqla qalxmalı olurlar. Yerfi-Dərk yolu ilə
gedənlər isə maşınla Dədəgünəş babaya qədər yol gedib son
ra piyada, ya da atla getməli olurlar. Piyada getməyə çətinlik
çəkənlər üçün ən münasib yol Yerfi-Dərk istiqaməti ilə atla
lap zirvəyə qədər gedilməsidir.
Azərbaycanda olan müqəddəs ziyarətgahlardan ən yük-
səkdə olanı Həzrət Babadır. Bu zirvə dəniz səviyyəsindən
3629 metr yüksəklikdədir. Babadağın zirvəsində Həzrət Ba
banın qəbri var. Yol boyu tarixi, həm də dini rəvayətlərlə bağ
lı yerlər vardır. Babadağın zirvəsi çox vaxt ilin 10 ayı qarlı
olur. Odur ki, ziyarətə gələn adamlar iyulun ortalarından baş
layaraq axın-axın gəlirlər. Bu müddət havaların necəliyindən
asılı olaraq ay yarım, yaxud iki ay çəkir. Həzrət Babanı ziyarət
etməyi diləyi olan da, olmayan da, özünə mənəvi borc bilir.
Ziyarətə gedən hər kəs ruhən təmizlənmək məqsədi güdür.
Ona görə də özündə olan hər hansı pis vərdişi, xüsusiyyəti
tövbə edir. Bu cür niyyətlə ardıcıl yeddi dəfə getmiş şəxs öz
nöqsanlarını aradan qaldırmış olur. Dindarlar yeddi dəfə
Həzrət Babanı ziyarət etdikdə qazanılmış savabı Həcc ziya-
rətinin savabına bərabər tuturlar. Həcc ziyarəti zəngin müsəl-
manlar üçündür. Zəngin olmayıb Allah məqamında savaba
nail olmaq istəyənlər bu yolla qəlblərinin məhəbbət və
istəklərini həyata keçirirlər. Allah qəbul eyləsin!
34
Həzrət Baba haqqında çoxlu əhvalatlar danışılmışdır. La
kin bunları toplayan olmamışdır. Bu sətirlərin müəllifi bu gün
də peşmançılıq hissi keçirir ki, Yerfinin savadlı mollalarından
olan, ömrünün xeyli hissəsini Mirzəqışlaq kəndində yaşayan
Şıxəli dayıdan Həzrət Baba haqqında ərəb-fars tərkibli sözlərlə
dolu olan dini mövzuda dastanın yazıya alınmasına tələsmədi,
arxayınlıqla yanaşdı. Nəticədə Şıxəli dayının bildikləri özü ilə
getdi.
Şıxəli dayının yaxınları da öz ürək sözləri ilə Həzrət Baba
ya məhəbbətlərini bildirirlər:
Dağlardan ucadır dağı,
Tutyadır daşı, torpağı,
Zahirdir Musa bulağı,
Həzrət Babanın üstündə.
Həzrət Baba haqqında dini əfsanələrdən birini 85 yaşlı Ha
cıyev Ağabba, ikincisini isə 70 yaşlı Əliyev Sahib nağıl etdi.
Birinci əhvalat. Həzrət Baba Şam şəhəri tərəfində dünyaya
gəlmişdir. O, kiçik ikən atası rəhmətə getmişdir. Dolanacağın
çətinliyindən kiçik yaşlarından naxır otarmağa başlamışdır.
Cavan oğlan olduğu vaxtlarda özündəki ruhi dəyişkənliyi
hiss etmişdir. Bir gün naxıra canavar girir. Həzrət Babaya
əyan olur ki, canavar bir dənə inəyi olan kasıba zərər verəcək.
Allaha yalvarır ki, səkkiz inəyi olan varlının inəklərindən biri
ni yesin, amma kasıbın bir inəyinə toxunmasın. Canavara əmr
verildiyindən kasıbın inəyini yeyir. Axşam naxırı gətirəndə
əhvalatı kasıba danışır, kasıb inanmır. Səhəri kasıbı aparır
hadisənin olduğu yerə və o ərazidəki Ağ dağdan soruşur:
– Ey Ağ dağ, mən Allaha yalvardım ki, kasıbın inəyinə to
xunmasın, amma canavar Allahın əmri ilə kasıbın inəyini
yemədimi?
Ağ Dağdan “bəli” cavabı gəlir. Həzrət Baba dönüb eyni su
alı Qara dağa da verir. Qara dağdan da “bəli” cavabı gəlir.
Kasıb təəccüblənir, heç nə demir. Həzrət Baba ölkəsindən baş
götürüb gəlir Azərbaycan ərazisinə. Çılğır (Çiləgir) kəndində
35
dayanır. Bir müddət burada yaşayır. Allahın sevimlilərindən
olduğu üçün günah iş görmür, görsə onu özünə bağışlaya bil
mir. Deyilənlərə görə, bir dəfə ehsan zamanı bir düyü tapda
layır. Orda da qala bilmir. Dağa tərəf üz tutur və Hapıt
kəndinə gəlib çıxır. Bir varlıya çoban olur. Bir neçə il işləyir.
Varlı görür ki, bu necə saf, təmiz insandır. Ürəyində rəhm
oyanır. Bir neçə nəfərə məsləhət edir ki, bu oğlanı evləndirmək,
yanında saxlamaq istəyir. Varlıya məsləhət bilirlər ki, ver qızı
nı, götür oğulluğa. Varlı məqsədini Həzrər Babaya bildirir.
Həzrət Baba etiraz eləmir. Bazarlığa getmək üçün icazə istəyir.
Varlını maraq bürüyür və razılıq verir. Varlının dəlisov bir qı
zıl cöngəsi varmış. Həzrət Baba cöngəni alıqlayır, üstünə xur
cun qoyub, Qubaya tərəf deyil, üz tutur dağlara tərəf. Dağları
gəzib harda ən gözəl çiçəklər varsa yığar xurcuna. Axşama
qayıdar evə. Evdə xurcun açılanda hamı görər ki, xurcunda
al-əlvan, güllü paltarlar var. Toy başlanar. Həzrət baba gəlin
otağına girəndə əlində bir yemiş olarmış. Yemişdən bir dilim
kəsib qıza verər. Qız yemiş dilimini yedikdən sonra Həzrət
babanın haraya getdiyini görməz. Səhər hamı eşidər ki, Həzrət
Baba yoxdur. Həzrət Baba Bilgəh yaylağından, Qara çaydan
keçər, gəlib Baba dağın zirvəsində qərar tutar. Bir müddət bu
rada yaşayar. Nəhayət, bir gün bu dünyamız üçün müddəti
başa çatar. Qayınatası onun sorağında olar. Axtara-axtara
Həzrət Babanı bu dünyadan köçdüyü vaxt tapar və zirvədə
də dəfn edər. Belə deyirlər ki, anası Həzrət Babanın sorağı ilə
gəlib Baba dağa çıxır. Həzrət Babanın qəbrinə az qalmış vəfat
edir. Onun qəbri də Həzrət Babanın qəbrindən bir az aşağıda
dır. Həzrət Babanın verdiyi yemiş dilimindən qız hamilə qa
lır. Bir oğlu olur. Hamı ona Baba Dilim baba deyir. Baba Dilim
baba piri Hapıt kəndindədir. Yerli əhalinin müqəddəs
ziyarətgahlarından biridir.
İkinci əhvalat. Həzrət Babanın tarixi islamdan əvvələ aid
dir, Musa peyğəmbərin tarixi ilə bərabər götürülür. Bu isə bu
günümüzədək üç min il yarıma bərabər bir tarixdir. Baba da
ğın zirvəsindən bir az aşağıda, təxminən 3500 metrdən çox
yüksəklikdə Musa bulağı vardır. Rəvayətə görə, Musa pey-
Dostları ilə paylaş: |