Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

 
42
kəndlərin birinə Aşıq Şahbalanı dəvət edirlər. Ona bildirirlər 
ki, özü gəlsin, çalğıçı dəstəsinə ehtiyac yoxdur. Aşıq Şahbala 
sazını  götürür,  atını  minib  yola  düşür.  Toyda  balabançı 
özündənrazı,  dediyinə  görə  aşıqlardan  öz  istədiyi  qiyməti 
alan şəxs imiş. Məclis başlananda balabançı aşığı özünə ram 
etmək üçün bir-neçə dəfə mahnıdan kənara çıxır. Aşıq Şahba­
la başa düşür və deyir: – Mənə balabançı lazım deyil. Mənim 
sazım balabanı da əvəz edir.
Balabançı oturur və elə bilir ki, aşıq bir azdan onu çağıra­
caq. Amma aşıq özü çalıb, özü oxuyur. Balabançı toyun onsuz 
keçəcəyini, toydan ona nəmər çatmayacağını görüb sakitləşir, 
aşıqla razılaşır.
Yerfi kəndinin sonuncu aşığı – Aşıq Seydbaba söhüblü aşıq 
Vəlixanın şagirdi olmuşdur. Nağılı Aşıq Mehralı, əliməmmədli 
Aşıq Hətəm, seyidəmirli Aşıq Mehdiqulu haqqında təəssüf ki, 
məlumat toplaya bilməmişik...
Yerfinin  pəhləvan  oğulları.  1930-cu  illərədək  Yerfidə  7 
gün,  7  gecə  toy  olduğundan  xəbər  verirlər.  Sonralar  toyun 
müddəti 3 günə düşdü. Hazırda isə iki gündür: bir gün qız 
evində, ikinci gün oğlan evində.
3 yaxud 7 gün olan toylarda məclisi aşıq aparardı. Hər ax­
şam  dastan  söylənilərdi.  Bəyqoyulma  mərasimindən  sonra 
pəhləvanların  yarışı  keçirilirdi.  Qalibə  xələt-xonça  verilirdi. 
Xələt-xonça üçün meydana çıxan bu güləşçilərə qursaqtutan 
deyirdilər. Belələrindən biri Ağakişili Paşa idi. Paşa görkəmcə 
pəhləvan cüssəli idi.
Qursaqtutanlardan fərqli olaraq hər vaxt meydana atılma­
yıb,  “mənəm-mənəm”  deyən  pəhləvan  olduqda  irəli  çıxan, 
pəhləvan adı ilə tanınan şəxslər də olmuşdur. Bunlardan biri 
Pəhləvan Xəlil idi.
Bir gün Paşa, Şahbala və Xəlil Dəvəcinin Aygünlü kəndinə 
taxıl biçməyə gedirlər. Aygünlüdə toy imiş. Toy sahibi Çiçidən 
pəhləvan gətiribmiş. Meydana kim çıxırsa çiçili pəhləvan qa­
lib gəlir. Sazanda dəstəsində olan Əlövsət adlı biri aşıq Şahba­
lanı tanıdığından deyir:” Gedin, o biçinçilərin arasında pəh-
ləvan var, gətirin”.


43
Pəhləvan cüssəli Paşa kişi deyir:
–  Sizin  o  pəhləvanınız  əvvəl  qoy  mənim  şəyirdimlə 
güləşsin.
Xəlil boyca kiçik olsa da, çox qüvvətli idi. “Koroğlu” çalı­
nır. Xəlil pəhləvana qalib gəlir.
Nağıl  edirlər  ki,  kəndlərin  birində  toyda  Xəlil  zıxırlı 
pəhləvan Şahkərəmə də qalib gəlmişdir.
Haşiyə.  Şahkərəmin  pəhləvan  cüssəli  bacısı  var  imiş.  Bir 
gün bacısı inək sağanda camış avarası (iki illik camış balasına 
avara deyilir) ona imkan vermir. Qız hirslənir, ayağa qalxıb 
avaranın boynunu burub yıxır yerə, üstündə oturub başlayır 
inəyi sağmağa. Bunu Şahkərəm görür və deyir: “Bacı, səninlə 
güləşəcəyəm.”  Qız  kişi  paltarı  geyinib  güləşməyə  gəlir.  O 
qədər çəkmir ki, Şahkərəmin bir əllə boynundan, bir əllə də 
qıçından tutub qaldırır göyə.
Günlərin  birində  Yerfidə  toy  imiş.  Əliməmmədli  Şahmu­
rad  böyük  oğlu  üçün  toy  edirmiş.  Qonaqkəndli  pəhləvan 
Mürsəli toya gəlir və deyir: ”Mən gəlmişəm basmağa, ya ba­
sılmağa.  Hünəri  olan  qarşıma  çıxsın.”  Toy  ağsaqqalı  Koxa 
Həsən  pəhləvan  Xəlilə  xəbər  göndərir  ki,  durmasın,  gəlsin. 
Həsən kişiyə bildirirlər ki, Xəlil xəstədir, yatır. Həsən təkrar 
adam  göndərir.  Xəlil  gəlir,  soyunanda  görürlər  ki,  Xəlilin 
kürəyində ülgüc yerləri var, sən demə qan aldırıb yatırmış.
Qara zurnada dava havası çalınır. Pəhləvanlar üz-üzə du­
randa Xəlil görür ki, Mürsəlinin boynunda dua var. Əl atıb 
duanı qırır və deyir: – Mürsəli, mən səninlə güləşəcəyəm, dua 
ilə yox...
Güləş başlayır. Tamaşaya yığışanlar görür ki, Xəlil güc vur­
duqca kürəyindəki ülgüc yerləri açılır, qan kürəyinin novu ilə 
axıb qurşağına yığılır. Nəhayət, Xəlil qalib gəlir.
Yerfinin güclü pəhləvanlarından biri də Fətəli olmuşdur. O 
qədər güclü olmuşdur ki, yük qarışıq uçuruma gedən atı tu­
tub, dartıb yola çıxarıbmış. Cimidə Mirzəcan bəyin oğlunun 
toy məclisi imiş. Başqa kəndlərlə birgə Yerfidən də yüzbaşı öz 
ətrafı  ilə  toyda  imiş.  Toya  çağırılan  pəhləvan  hamıya  qalib 
gəlir. Bu pəhləvan dizi güzgülü pəhləvan imiş. Yəni onun di­


 
44
zini yerə vurmağa heç kəsin gücü çatmırmış. Yerfinin yüzba­
şısı  Fətəliyə  xəbər  göndərir:  –Küsülülüyümüz,  davamız 
Yerfidə qalsın, özünü bura yetir. Söhbət səninlə məndən yox, 
kəndlə kənddən gedir. Kəndimizin adını qoru.
Bəylərlə  olan  davaya  görə  Fətəlinin  yüzbaşıdan  xoşu 
gəlmirmiş.  Çünki  yüzbaşı  bəyləri  müdafiə  eləmişdi. Amma 
Fətəli də bu anda o küsülülüyü bir tərəfə qoyub qalxır ayağa. 
Əvvəlcə belinə örkən atıb madyan atı üç dəfə qaldırır, özünü 
yoxlayır ki, görsün gücü yerindədirmi. Sonra Cimiyə yola dü­
şür. Fətəli Cimidən qalib qayıdır.
Yerfililər Qarabağ döyüşlərində.
1919-cu il iyul-avqust aylarında yerfililər də Qarabağ uğ­
runda gedən döyüşlərdə iştirak etmişdir. 80 nəfər yerfili yola 
salındı.  Piyada  Qubaya,  sonra  Qusara  aparılır.  Ağdam-
Xankəndi  döyüş  xəttində  iştirak  edirlər.  Günəşli  Cəlal, 
Səlimov Bağı, Kərimov Bəyalı və Baldadaş bir bölükdə vuru­
şurdular.
Bu dövrdə ölkədə yaranan boşluğun nəticəsində qaçaqçılıq 
edənlər  də  çoxalmışdılar.  Günəşli  Əhmədin  oğlu  Məmməd 
də  bir  müddət  qaçaqçılıq  etmişdir.  Əhməd  özü  də,  oğlu 
Məmməd də sakit adam olmamışdır. Məmməd bir neçə dəfə 
həbs edilmiş, həbsdən qaçmışdır, ona görə də Qaçaq Məmməd 
kimi tanınmışdır. Məmmədin yaxşı səsi olub, amma ona toy­
larda  deyil,  həbsxana  divarları  arasında  oxumaq  qismət  ol­
muşdur.  Həbsxanada  hər  dəfə  bu  səsi  eşidən  dustaqlar 
deyərmiş: ”Yenə yerfili Məmməd oxuyur.”
Deyilənlərə görə Süleyman bəy Yerfidə “Müsavat” partiya­
sının özək sədri olub. Sonralar repressiya illərində kənddən 
xeyli müsavatçı həbs olunmuşdu.
Yerfi Sovet hakimiyyətinin 1920–1950-ci illərində
1920-ci ildə Sovet hakimiyyətinin qurulması Yerfi kəndinə, 
onun inkişafına ziyan vurdu. Bəylərə, din xadimlərinə qarşı 
öz nökərlərinin mübarizəsi bir qisminin həbsinə, bir qisminin 
kənddən  qaçmasına  səbəb  oldu.  Torpağın  kəndliyə  paylan­


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə