Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 
52
Bu sözləri eşidən hörmətli şəxs qalxıb Nəzər müəllimin ya­
nına gəlir, görüşür və üzrxahlıq edir.
Yerfi kənd məktəbi ilə bağlı bir hadisə uzun illər keçsə də 
unudulmur. Bu xalq şairi Səməd Vurğunun Yerfiyə gəlişidir. 
Səməd Vurğun üç dəfə SSRİ Ali Sovetinə deputat seçilmişdir. 
Şairin  həyatından  danışılan  mənbələrdə  ikinci  dəfə  Qusar­
dan,  üçüncü  dəfə  Qubadan  namizədliyinin  irəli  sürülməsi, 
deputat seçilməsi göstərilir. Lakin ilk dəfə 1946-cı ildə, hara­
dan  namizədliyinin  sürülməsi  nədənsə  heç  bir  yerdə  qeyd 
olunmur. Bəli, S.Vurğun ilk dəfə SSRİ Ali Sovetinə deputatlı­
ğa  namizəd  Qonaqkənd  rayonunun  seçiciləri  tərəfindən 
göstərilmişdir. Bu münasibətlə şair öz seçiciləri ilə görüşməyə 
gəlmişdir. Görüş əvvəlcə Qonaqkənd mədəniyyət evində ol­
muşdur. Daha sonra şair rayon rəhbərləri ilə birgə Yerfi kənd 
orta məktəbinə seçiciləri ilə görüşə gəlmişdir. Bu görüşü bu­
günkü nəsil də sanki görmüş adam kimi nağıl edir. Görüşlə 
bağlı  təəssüratlar  S.Vurğunun  70  və  80  illik  yubileyləri  ərə-
fəsində rayon qəzetində də öz əksini tapmışdır. (Bax, “Şəfəq” 
qəzeti, 1976, №69, 87; 1986 №139 ) 
S.Vurğunun gəldiyini eşidən camaat onu qarşılamaq üçün 
kənd  yoluna  çıxmışdır.  “DOJ”  markalı  maşın  gəlmiş,  gələn-
lərin arasında S.Vurğun olmamışdır. O qədər çəkməmiş S.Vur-
ğun ov tüfəngi çiynində çay kənarıilə camaata sarı gəlmişdir. 
Sən demə, şair maşındakılardan xeyli əvvəl ov tüfəngini götü­
rüb piyada yola çıxmışdır.
Məktəbin  zalında  məktəblilər  şairin  şeirlərini  əzbər  söy-
ləmış, şair sazını götürüb oxumuş, seçicilərinə ürək sözlərini, 
bu  yerlərə  qoşduğu  seirini  söyləmişdir.  Deyilənlərə  görə, 
şeirdə bizim yerlərin adı çəkilibmiş. S.Vurğunun külliyyatın­
da  belə  bir  şeiri  tapa  bilmədik.  Amma  rəhmətlik  Tavat 
müəllimə S.Vurğuna isnad edilən bir bənd söyləyərdi:
Babadağı duman altdan baxanda,
Çayqovuşan şırıl-şırıl axanda, 
İldırım oynayıb şimşək çaxanda
Mən də bir quş olub ordan ötəydim.


53
S.Vurğunu çaya dəvət edirlər. Şairin şay içib çörək yediyi 
evi bu gün də hamı tanıyır. Bu ev həmin illərdə kolxoz sədri 
işləmiş əliməmmədli Süleymanov Nadirşahın evidir. Çay yı­
ğışdırılıb süfrəyə çörək gətiriləndə bayırda kimsə ucadan de­
yir:
 – Dərk-Talış camaatı gəlib.
S.Vurğun bu sözləri eşidib deyir:
 – Durun gedək. Mən camaatı orada gözlədə bilmərəm.
Rayon  rəhbərləri  təkid  edirlər  ki,  çörək  yeyək,  gedərik. 
Səməd razılaşmır. Məcbur olub hamı ayağa qalxır. S.Vurğun­
la bir günlük görüş hamı üçün əziz bir xatirəyə dönmüş, şai­
rin həyatının bir günü belə dastana çevrilmişdir.
Yerfi kəndi ikinci dünya müharibəsi illərində. İkinci dün­
ya müharibəsi bütün ölkəyə ziyan vurduğu kimi, bizim dağ 
kəndimizə dağ çəkdi. Müharibə illərində bir çox evlər boş qal­
dı.  Aclıq  kənddə  tüğyan  edirdi.  Kəndli  çörəksiz,  kolxozun 
verdiyi  yavan  pendiri  yeyib  çöl  işlərinə  gedirdi.  Yeyilməsi 
mümkün olmayan, bir neçə dəfə qaynadılıb suyu atıldıqdan 
sonra  yeyilən  acqax,  bəzən  jmıx,  arpa,  qarğıdalı  çörəkləri 
ölməmək  üçün  çətinliklə  tapılırdı.  Baxmayaraq  ki,  kəndin 
zəmiləri var idi, əllə taxıl əkib becərirdilər, məhsul cəbhə üçün 
tədarük  olunurdu.  Ölməmək  üçün  o  taxıldan  1–2  kiloqram 
gizlədən tutulanda həbs olunurdu. Dövr çox çətin idi. Tutulan 
da  haqlı  idi,  tutduran  da.  Bu  illərdə  bir  kəlmə  söz  üstündə 
tutulanlar da olurdu. Ölüm-dirim müharibəsi gedirdi. Yerfi-
lilər də bu müharibədə həm ön cəbhədə, həm də arxa cəbhədə 
iştirak edirdi.
Xatırlamalar. Əliməmmədli Səlimov Bağı xəstələnib yatağa 
düşür. Bağı kolxoz sədri idi. Bir neçə gün keçir. Kənd sovet 
sədri Günəşli Gülmalı bir neçə nəfərlə xəstənin yanına gəlir. 
Bir az söhbət edir, hal-əhval bilib getməli olanda Gülmalı kişi 
Bağının  həyat  yoldaşı  Zərqələmə  tapşırır  ki,  xəstəyə  yaxşı 
baxsın.  Zərqələm  “ay  qardaş,  bir  yana  dur”  deyib  astadan 
Gülmalıya pıçıldayır ki, kişinin heç bir xəstəliyi yoxdur, neçə 
gündür acdır. Acından bu vəziyyətə düşüb,”


 
54
Qışın qurtaracağı olduğundan çox adamın ehtiyatı tükənib-
miş. Kənd sovet sədri xəstə Bağıya bildirir ki, acından ölməli 
deyilsən ki, öz əlindədir, anbarda olan buğdadan götür.” Bağı 
deyir: – Anbardakı taxıl toxumluqdur, mən əl vura bilmərəm.
Gülmalı kişi kolxoz şurası üzvlərini yığıb iclas keçirdir. Şu­
ranın qərarı ilə toxumluq buğdadan götürülüb xəstə yatan Ba­
ğıya verilir.
Müharibədən sonra boş qalan evlər xarabalığa döndü. Ca­
maatda ruh düşkünlüyü yaranmasın deyə, rayon rəhbərliyinin 
göstərişi ilə boş evlərin daşı daşındı, yeri düzləndi. Bu gün də 
diqqətlə fikir verəndə, xüsusilə Güney məhəllədə belə evlərin 
yeri  bilinir.  Xalçaçılıq  da  sıradan  çıxanda  məscid  binası  ba­
xımsız  qalıb  dağılmağa  başlamışdı.  Qonaqkənd  rayonunda 
rəhbər işdə işləyən Haşımov Əlövsətin təkidi ilə məscid bina­
sı kolxoz tərəfindən qismən təmir edildi və anbar kimi istifadə 
olundu.
Müharibədən salamat qayıdan, fərqlənən, əlil kimi dönən-
lər də oldu, həlak olub yeri bilinməyən, itkin düşənlər də. Ço­
xunu yerfililər unutmadı, bu gün də söz düşəndə xatırlanır­
lar. Cəbhədə hər iki qıçını itirmiş II qrup əlil olmuş Səfərəliyev 
Məmmədağa, III qrup əlil Bədəlov Əliheydər Berlinədək dö­
yüş  yolu  keçmiş,  “Qırmızı  Ulduz”  və  III  dərəcəli  “Şöhrət” 
ordenlərinə  layiq  görülmüş  topçu  Məmmədov  Ramazan, 
“Şöhrət” ordeninin iki dərəcəsinə layiq görülmüş Tərlan Ha­
cıyev, bölmə komandiri Ağayev Abdulməcid, vzvod koman­
diri  Zeynalov  Piri  və  başqaları  fərqlənmişlər.  Xüsusilə,  pu­
lemyotçu İbrahimov İbrahim İsrafil oğlu cəbhədən orden və 
medallarla qayıtmış, haqqında cəbhə qəzetləri, sonralar rayon 
və respublika qəzetləri böyük məqalələr vermişlər.
Ümumiyyətlə, Yerfi kəndindən döyüşlərdə iki yüzə yaxın 
döyüşçü olmuşdur. Əldə etdiyimiz siyahıda 129 nəfərin soya­
dı və adı verilmışdir. Diqqətlə baxın, yaxınlarınızın o siyahıda 
olmayanı  varsa,  kitabın  sonunda  qeyd  yerində  bildirin. Axı 
belə oğullar unudulmamalıdır.


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə