Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə14/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   10   11   12   13   14   15   16   17   ...   83

42                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Şeyxülislam Axund Fazil İrəvani 
Yaşadığı illər 1782-1885,  
şeyxülislamlıq müddəti 1847-1862
Azərbaycanın görkəmli din xadimlərindən olan Şeyxülislam 
Fazil  İrəvani  1752-ci  ildə  İrəvan  şəhərində  anadan  olmuşdur. 
İlk təhsilini doğulduğu şəhərdəki molla məktəbində alan Fazil 
İrəvani sonralar - 20 yaşında olarkən ali dini təhsilə yiyələnmək 
üçün Qahirənin “əl-Əzhər” Universitetinə göndərilmişdir. Qırx 
beş yaşında İrana qayıdan Fazil İrəvani uzun müddət İsfəhan və 
Təbriz şəhərlərində axund vəzifəsində çalışmış, bir müddət son-
ra doğma şəhərinə qayıtmış və İrəvan “Göy” Cami məscidinin 
baş axundu kimi fəaliyyətə başlamışdır.
1828-ci  ildə  bağlanan  Türkmənçay  müqaviləsindən  sonra 
Rusiyanın qələbə qazanmasının, İranın isə məğlubiyyətə uğra-
masının səbəblərindən biri kimi rusların Qafqazın müsəlman din 
xadimlərinin  xidmətindən  məharətlə  istifadə  etməsi  göstərilir. 
Həqiqətən  də  o  dövrdə  az  da  olsa  belə  din  xadimləri  var  idi. 
Belə  ki,  İran  əhalisini  ruslara  qarşı  müqavimətdən  çəkindirən 
Təbriz  müctəhidi  Mir  Fəttah  Təbatəbainin  tutduğu  mövqeyi 
yüksək  qiymətləndirən  çar  Rusiyası  onu  Tiflisdə  Qafqaz  mü-
səl  manlarının  müctəhidi  təyin  etdi.  On  yeddi  il  bu  vəzifədə 
fəa liyyət göstərən Mir Fəttah Təbatəbai müsəlmanlar arasında 
birlik və dini inanclara sədaqətdən daha çox təriqətləri qızışdır-
maqla  qarşıdurmalar  yaratmağa,  Rusiya  siyasətinin  Qafqazda 
möhkəmlənməsinə xidmət etdi. Müctəhidliyi dövründə Qafqaz 
Şey xülislamı Məhəmmədəli Hüseynzadə ilə tez-tez ixtilaflar ya-
radaraq onu həm insanlar, həm də hökumət qarşısında hörmətdən 
sal mağa çalışan Mir Fəttah Təbatəbai hətta sünni-şiə qarşıdur-
ması yaratmaqdan da çəkinmirdi. Lakin Tiflisin müsəlman ziya-
lıları, xüsusilə Rusiya xidmət orqanlarında qulluqda olan alim və 
ədiblər bütün hallarda Şeyxülislam Məhəmmədəli Hüseynzadəni 
mü dafiə  edir,  Mir  Fəttah Təbatəbainin  İslam  dininə,  eləcə  də 
im periyanın nüfuzuna “zərbə” vurmasını bildirirdilər.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              43
Bütün bunları nəzərə alan Çar I Nikolay 1843-cü ildə Mir 
Fəttah Təbatəbainin Rusiya təbəəliyindən çıxarılması, ölkədən 
qo vulması  və  Rusiyaya  gəlməsinin  qadağan  olunması  barədə 
fər man  imzaladı.  Hətta  sonralar  Mir  Fəttah  Təbatəbainin  iki 
oğlu ruslar tərəfindən terror bəhanəsi ilə öldürüldü.
Mir Fəttah Təbatəbainin qarşısı alındıqdan sonra 1843-cü ildə 
dini və dünyəvi elmlərə bələd olan, müctəhid rütbəsi almış Fa zil 
İrəvani Qafqaz müsəlmanları şeyxülislamının müavini vəzifəsinə 
dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini 
xeyli genişləndirir. Bu dövrdə şəriət məhkəmələri yaradılır və bü-
tün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. 
Axund Fazil İrəvaninin təşəbbüsü ilə ruhanilərə vəzifə ma-
aşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər 
verildi və beləliklə, əvvəllər müctəhidin səlahiyyəti çərçivəsində 
olan qayda-qanunların həyata keçirilməsi yenidən şeyxülislama 
həvalə edildi.
1846-cı  ildə  Məhəmmədəli  Hüseynzadənin  istefa  ver mə-
sindən sonra eyni ildə Axund Fazil İrəvani Qafqazın yeni şey-
xülislamı  təyin  edilir.  İdarənin  öz  mövqeyini  qoruyub  saxla-
ması və genişləndirməsi məhz Fazil İrəvaninin şeyxülislamlığı 
dövründə mümkün oldu. Onun xidmətlərinin bəzilərini aşağıda-
kı qaydada sistemləşdirmək olar:
- İdarənin fəaliyyətinə prokuror nəzarəti ləğv edildi;
-  Yüksək  ruhani  şəxslərin  təyin  edilməsini  ruhani  idarəsi 
özü həyata keçirdi;
-  Nikah  bağlanması  və  boşanmaların  həyata  keçirilməsi 
səlahiyyətləri məscid ruhanilərindən alınaraq daha yüksək sava-
da malik olan axundlara həvalə edildi;
- Qazıların səlahiyyətlərinə aid məsələlərə geniş yer ayrıldı;
- Mahal qazısı tabeçiliyində olan ruhanilərə başçılıq etməli, 
kəbin  işlərini,  boşananları,  ailə  münaqişələrini  şəriət  əsasında 
yoluna qoymalı idi. Münaqişələrdə cinayət xarakteri aşkar olu-
nardısa, yalnız o zaman həmin işlər ümumi məhkəmələrə verilə 
bilərdi.
28
28
 Hüseynqulu Məmmədli. Qafqazda İslam və şeyxülislamlar. səh. 79-80.


44                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Şeyxülislam Fazil İrəvaninin gərgin əməyi, həmçinin Qaf-
qaz canişini Vorontsovun yanında söz və nüfuz sahibi olması 
nə ticəsində dini məktəblərin açılması və idarə olunması, ruhani 
ad lara yiyələnmək üçün sınaqların həyata keçirilməsi, azyaşlı-
lar  üzərində  qəyyumluğun  təyin  olunması,  seyid  adına  iddia 
edən lərin hüquqlarının müəyyən olunması və bir çox başqa mə-
sələlər dairə qazılarına həvalə edildi. Dairə qazıları isə əsas he-
sa  batlarını şeyxülislama verməklə ona tabe idilər.
Şeyxülislama  dini  məsələlərdə  fətva  vermək  hüququ  da 
məhz Fazil İrəvaninin fəaliyyətinin nəticəsində verildi.
29
Əldə etdiyi uğurlara görə I, II, III dərəcəli “Müqəddəs Geor-
gi” ordenləri ilə təltif edilən Şeyxülislam Fazil İrəvani, həm çi-
nin İran hökuməti tərəfindən də yüksək mükafatlara layiq görül-
müşdür.
Onun  şeyxülislam  kimi  fəaliyyəti  dövründə  dini  idarəyə 
çoxlu  sayda  əlavə  səlahiyyətlər  alması  yeni  canişin  Paskeviçi 
həd dindən artıq narahat edirdi. İdarənin yaradılması ilə bağlı çar 
fər manı olmadığından onu nəinki genişləndirmək, heç yaratmaq 
belə, olmazdı. O, hətta şeyxülislamın səlahiyyətlərini azaltmaq, 
müctəhidliyi bərpa etmək və İrandan yeni müctəhidlər gətirmək 
təklifləri ilə də çıxış edirdi.
Qafqazda İslam dininin imperiyaya xidmət yollarını arayıb-
ax taran  xüsusi  komissiyanın  sədri  Bulatov  Paskeviçə  yazdığı 
məktubda belə deyirdi: “Zaqafqaziya şiə müsəlman ruhanilərinə 
rəhbərlik edən, həmçinin şeyxülislam adı daşıyan Məhəmmədəli 
Hüseynzadə və Fazil İrəvani kimi şəxslər böyük nüfuz sahibi-
dirlər. Onların rəyləri həmdindaşları tərəfindən birmənalı şəkil-
də qəbul edilir və sözsüz icra olunur. İrandan müctəhidlərin gə-
ti ril məsini olduqca uğursuz cəhdlər kimi qiymətləndirirəm”.
30
Kazan Universitetinin professoru Mirzə Kazım bəyin Qaf-
qaz ruhanilərinin idarə olunması ilə bağlı hazırladığı layihələr 
mahiyyət etibarı ilə regionda müsəlmanların sıxışdırılmasına, im-
periyanın nüfuz və işğalçılıq siyasətinin möhkəmləndirilməsinə 
29 
Həmin mənbə.
30 
Həmin mənbə, səh. 82.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə