Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə13/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   9   10   11   12   13   14   15   16   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              39
yerləşdirdi.  Həmçinin,  buradan  müsəlmanların  dini  həyatını 
tənzimləmək daha asan idi. Bu növ təyinat müsəlman ruhanilərin 
dövlətdən asılılığını gücləndirmək məqsədi daşısa da şeyxülis-
lamlıq məqamının tarixi statusunu bir daha rəsmən təsdiq etdi, 
onun sonrakı intişarını şərtləndirdi.
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə 
Yaşadığı illər 1760-1852,  
şeyxülislamlıq müddəti 1823-1846
1760-cı ildə Azərbaycanın cənub darvazası adlanan Salyan-
da anadan olan Məhəmmədəli Hüseynzadə görkəmli publisist, 
rəssam və yazıçı Əlibəy Hüseynzadənin ana tərəfdən babasıdır. 
İbtidai  dini  təhsilini  Salyan  və  Gəncə  şəhərlərində  alan  gənc 
Məhəmmədəli 1790-cı ildə İraqa gedərək Bağdad Universiteti-
nin İlahiyyat və Tarix fakültələrini bitirmişdir.
On iki il İraqda dini təhsil alan Məhəmmədəli Hüseynzadə 
1802-ci ildə Tiflisə gələrək “Şah Abbas” məscidinə rəis və baş 
axund  təyin  edilir.  Uzun  müddət  bu  vəzifədə  çalışan  Mə həm-
mədəli Hüseynzadə təkcə Tiflisdə deyil, həmçinin Şərqi və Qər bi 
Azərbaycanda, Borçalı və Dağıstan əyalətlərində də böyük hör-
mət qazanır və 1823-cü ildə Qafqazın ilk şeyxülislamı təyin edilir.
Təbiətcə  mülayim  insan  olan  Şeyxülislam  Məhəmmədəli 
Hüseynzadə hökumətə tabeçilikdən boyun qaçıran axund və mol-
ları  cəzalandırmaqda  çətinlik  çəkirdi.  Rusiyanın Azərbaycanda 
həyata keçirdiyi islahatlardan narazı olan xalq kütlələri tez-tez üs-
yan edir və bəzi tanınmış din xadimləri də bu üsyanlara rəhbərlik 
edirdilər. Bunlara misal olaraq Şuşa qazısı Əbdul Qasımı və Nuxa 
qazısı Əbdul Lətif Əfəndinin adlarını qeyd etmək olar. Vergilərin 
yığılmasında çar məmurlarına maneçilik törədən mollalar etdikləri 
xütbələrdə çar Rusiyasını dinsizlikdə günahlandırırdılar.
Şeyxülislam  Məhəmmədəli  Hüseynzadənin  üsyana  və  üs-
yançılara qarşı mübarizəsi Qafqaz canişini Knyaz Boryatinskini 
qane etmirdi. Hətta Tiflisdə baş tutan söhbətlər zamanı knya-


40                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
zın  verdiyi  göstəriş  və  qərarlar  şeyxülislamın  ciddi  etirazına 
səbəb oldu. Bu etirazlar Peterburqa çatdıqda Şeyxülislam Mə-
həmmədəli  Hüseynzadənin  fikirləri  əsas  götürülərək  1846-cı 
ilin 6 dekabrında Çar I Nikolay verdiyi fərmanla Azərbaycan 
bəy  lərinin  torpaq  üzərində  irsi  mülkiyyət  hüququnu  tanıdı  və 
mül  kiyyət bölgüsü məsələlərinin rus qanunları ilə yanaşı, şəriət 
əsa sında həll edilməsinə də icazə verdi. Bununla da şəriət məh-
kəmələrinin  rolu  genişləndi,  Şeyxülislam  Məhəmmədəli  Hü-
seynzadənin təsir imkanları artdı. Bu, nisbi və aldadıcı olsa da 
bütün hallarda ondan yararlanmaq lazım idi.
Bütün  fəaliyyəti  dövründə  dinin  və  dini  icmanın  qayğısı-
na  qalan  Şeyxülislam  Məhəmmədəli  Hüseynzadənin  səy ləri 
nəticəsində  1834-cü  ildə  müsadirə  edilmiş Yelizavetpol  qəza-
sında yerləşən “İmamzadə” məscidinə məxsus torpaq sahəsi on 
il  sonra,  1844-cü  ildə  geri  qaytarılmışdır.  Hətta  qubernato run 
sərəncamına əməl etməyən Şeyxülislam Məhəmmədəli Hüseyn-
zadə Şeyx Şamilə qarşı mübarizə aparmaqdan da imtina etmişdi.
Rusiya-İran  müharibəsinin  davam  etdiyi  vaxtlarda  Tiflis 
məs  cidinin axundu olan Məhəmmədəli Hüseynzadə müharibənin 
əley  hinə olduğunu, döyüşlərin davam edəcəyi təqdirdə rusların 
məğlub olacağını bildirirdi. Lakin müharibədə qazanılan uğur-
lardan  qürur  duyan  Gürcüstanın  mülki  qubernatoru  Vasilevs-
ki rus ordusunun qələbələri barədə aldığı hər “xoş xəbər” mü -
nasibəti ilə Axund Məhəmmədəli Hüseynzadə Salyanskiyə “təb -
rik məktubları” göndərirdi.
25
 Qubernator Vasilevskinin 8 oktyabr 
1827-ci il tarixli məktubunda deyilirdi: “Oktyabrın 1-də İrəvanın 
alınması münasibəti ilə sizi təbrik edirəm. Rus əs gə rinin silahı-
nın qüdrətinə sabah məsciddə dua oxumanızı xahiş edi rəm”.
26
Təbriz müctəhidi Ağa Mir Fəttah Təbatəbainin 1828-ci ildə 
Qaf qazın şiə məzhəbindən olan ruhanilərə başçı təyin olunma-
sın dan sonra Şeyxülislam Məhəmmədəli Hüseynzadə daha ağır 
təz yiqlərə  məruz  qaldı.  Lakin  yenə  də  dözmək  və  mübarizə 
apar maqdan başqa çarə qalmırdı.
25 
Hüseynqulu Məmmədli. Qafqazda İslam və şeyxülislamlar. səh. 74.
26 
Həmin mənbə.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              41
Şeyxülislamlıqla  yanaşı,  elmi  fəaliyyətini  davam  etdirən 
Mə həmmədəli  Hüseynzadə  tərcüməçiliklə  də  məşğul  olmuş, 
ərəb və fars dillərində olan dini kitabları Azərbaycan və rus dil-
lə rinə tərcümə etmişdir. Onun “Ruslar üçün İslama dair sorğu 
ki tabı” o dövrün qiymətli əsərlərindən olmuşdur.
İslam fəlsəfəsi, tarix, astronomiya,  riyaziyyat və başqa elm-
lərə bələd olduğundan Şeyxülislam Məhəmmədəli Hüseyn zadə 
bu elm sahələrinə aid “Ağızdan-ağıza keçmiş hədislər”, “İsla-
mın mö cüzələri”, “Qiyamətdə ölülərin dirilməsi”, “Qəlb qidası” 
və baş qa bu kimi çoxlu sayda əsərlərin müəllifidir.
27
Yüksək dini titula və elmə sahib olan Məhəmmədəli Hüseyn-
zadə mükəmməl dini təhsil görən, “axund” rütbəsi alan gəncləri 
hər tərəfli yoxladıqdan sonra fəxri ada layiq görürdü. Belə fəxri 
ad lardan biri də “Əbu Turab” ləqəbi idi.
Seçilmiş dini xadimlərdən olan Mirzə Axundzadə İraqda dini 
təh  sil  aldıqdan  sonra  Tiflisə  gələrək  Şeyxülislam  Mə həm mədəli 
Hü seynzadə ilə görüşərək dini imtahandan uğurla keçmiş və Şey-
xül islam tərəfindən “Əbu Turab” ləqəbinə layiq görülmüşdür. Son-
ra lar bu ləqəbi özünə ad kimi götürən Mirzə Axundzadə ömrü nün 
so nuna kimi Əmircan məscidinin baş axundu vəzifəsində işlə mişdir.
Şeyxülislam  olduğu  müddətdə  Məhəmmədəli  Hüseynza-
dənin daim rus siyasətinə qarşı mübarizə aparmasından narazı 
olan çar Rusiyası onu bu vəzifədən uzaqlaşdırmaq üçün çıxış 
yolları axtarmağa başladı. Sonda Qafqaz canişini Knyaz Voront-
sov şeyxülislamın müavini Fazil İrəvani ilə danışıqlar aparma-
ğa başladı, məqsəd onu bu vəzifəyə gətirmək idi. Lakin şeyxü-
lislamın sədaqətli dostlarından olan Fazil İrəvani hər dəfə ona 
edilən bu təklifdən imtina edərək bildirirdi ki, yalnız Şeyxülis-
lam Məhəmmədəli Hüseynzadə öz istəyi ilə bu vəzifədən istefa 
verdikdən sonra o, bu təklifi qəbul edə bilər.
Hadisələrin  getdikcə  gərginləşdiyini  görən  Məhəmmədəli 
Hüseynzadə nəhayət, 1846-cı ildə istefa verdi. Bu hadisədən altı 
il sonra 1852-ci ildə vəfat edən ilk Şeyxülislam Məhəmmədəli 
Hüseynzadə Tiflisin müsəlman qəbiristanlığında dəfn edilmişdir.
27 
Həmin mənbə, səh. 75-76.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə