Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə11/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   7   8   9   10   11   12   13   14   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              33
zəbdə adamlar təşrif gətirələr Badikubəyə. Hər kəs layiq bildikləri 
şəxsi öz aralarında intixab edib, ondan sonra hökumətə ərizə ve-
rib, xahiş və təvəqqe edələr ki, həmən şəxsi nəsəb etsin…
O cəhətdən biz zeyldə qövl yazanlar təvəqqe və rica ediyo-
ruz ki, üləməlar və əhli-qələmlər, əyanlar zəhmət çəkib gələlər 
iclas edələr ki, şeyxülislamlıq işlərini sərəncam etsinlər”.
19
Beləliklə, şeyxülislam vəzifəsini tutmaq üçün həm müs təm-
lə kəçilər, həm də ziyalılar arasında mübahisələr baş vermiş, hər 
iki tərəfi təmin edə biləcək şəxsi müəyyənləşdirmək bir müddət 
mümkün olmamışdır. Firudin bəy Köçərlinin şəxsi arxiv mate-
riallarından məlum olur ki, bəzi ziyalılar hətta şeyxülislamlıq 
vəzifəsinə onun namizədliyini irəli sürmüş, lakin o, bundan im-
tina etmişdir. F.Köçərlinin bioqrafı F.Ağazadə bu barədə yazır: 
“İştə hərgah o zamanlar ruhani sinfinə hörmətlər göstərilməsə 
də,  Firidun  bəyin  ruhaniliyi  o  kimi  puç  hörmətlərdən  uzaq 
idi.  Onun  ruhaniliyi  yalnız  camaatın  ittifaqına  və  dünyasına 
kömək edən bir ruhanilik idi ki, bu da o vaxtın ruhanilərinin 
heç  də  xoşuna  gəlməzdi.  Şagirdlərinə  verdiyi  şəriət  dərsi  də 
imkan  dairəsində  bu  proqram  və  üsuli-idarə  üzrə  olacaq  idi. 
Odur  ki,  1907-ci  ildə  şeyxülislamlıq  vəzifəsi  boş  qalan  kimi 
Qafqazın  bir  çox  yerlərindən  Firidun  bəyə  məktublar  yazı-
lır, təkliflər olunur ki, haman vəzifəni öhdəsinə alsın. Haman 
məktubun birində be lə deyilir: “Öz barəndə yazdıqlarına mən 
şərik deyiləm. Mən onu deyirəm ki, indi Qafqazda səndən sa-
vayı elə bir adam yoxdur ki, şeyxülislamlıq səndən artıq olsun. 
İn di  bizim  üçün  bu  fikirdən  əl  çəkmək  millətin  istiqbalını… 
ki mi nadanlara və buna oxşayan sarıqlılara tapşırmaqdır. Bunu 
da biz millətə xəyanət hesab edirik. Hər bir müsəlman necə ki, 
gö rürəm, sənin adını çəkir, ona görə biz sənə təkid edirik ki, bu 
yolda çalışasan”.
Digər bir məktubda yazılır: “Mən elə bilirəm ki, siz özü-
nüz aşkar bilə-bilə ki, siz olmasanız oraya bihəmiyyət və cahil 
mollanın birisi keçib, milləti satacaqdır, uzaqda durub tamaşa 
etmək,  işi  cahil  camaatın  rəyinə  buraxmaq,  bacaracağınız  bir 
19
 “İrşad” qəzeti, 1907, №132, 2.


34                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
vəzifeyi-milliyyədən qaçmaq sizin həmiyyəti-milliyyənizə mü-
nasib deyil”.
Bu qədər ciddi təkliflərə baxmayaraq Firudin bəy Köçərli 
şeyxülislamlıq vəzifəsini özündən rədd etmişdir.
20
“İrşad” qəzetinin 8 yanvar 1908-ci il tarixli 4-cü nömrəsində 
Əhməd bəy Ağayev “Şeyxülislamlığa dair” məqaləsində qeyd 
edir ki, hələ də şeyxülislamın hansı yolla təyin edilməsi üstündə 
mübahisələr  davam  edirdi:  “Şayiə  gəzir  k,  ərbabi-qələm  özü 
şeyxlik iddiasına düşüb, halbuki ərbabi-qələmin məqsədi mil-
lətdir. Bizim məqsədimiz odur ki, şeyxülislamlıq məqamı doğ-
rudan-doğruya mözəm və möhtərəm olsun. O biri tərəfdən də bu 
məqama elə bir şəxs gətirilsin ki, həm alim, həm amil olsun”.
Qəzetin  12  yanvar  tarixli  nömrəsində  Qafqazın  müxtəlif 
şəhərlərindən  toplanmış  nümayəndə  heyətlərinin  Tiflisdə  şey-
xülislam seçkisi ilə bağlı müzakirələr keçirdiyi xəbər verilirdi. 
Bu müzakirələr yaya qədər davam etmişdir…
Digər tərəfdən 1907-ci ilin ikinci yarısından boş qalan şey-
xül islamlıq  vəzifəsinin  ictimai-siyasi  gərginlik  illərində  icra 
olun maması  çar  hökumətini  də  razı  sala  bilməzdi.  Buna  görə 
də 1908-ci ildə şeyxülislamlıq vəzifəsini icra etmək üçün ha-
ki miyyət  dairələri  görkəmli  Azərbaycan  ilahiyyatçısı  Axund 
Mə həmmədhəsən Mövlazadə Şəkəvini bu vəzifəyə gətirmişlər. 
Güman etmək olar ki, şeyxülislamlığın müvəqqəti icrasına bu 
təyinat Axund Mövlazadə Şəkəvinin “Kitabul-bəyan fi təfsiril-
Quran” əsərinin nəşrindən sonra baş vermişdir. Çünki təfsirin 
1908-ci ildəki Tiflis nəşrinin titul vərəqində müəllifin adı yal-
nız  Məhəmmədhəsən  Mövlazadə  Şəkəvi  kimi  təqdim  olun-
muş, onun Qafqazın şeyxülislamı olması barədə heç bir qeyd  
göstərilməmişdir.
21
Məsələ burasındadır ki, həmin dövr mətbuatının izlənməsi 
1909-cu ilin yayında Axund Molla Məhəmməd Pişnamazzadənin 
şeyxülislam  vəzifəsinə  gətirilməsinə  qədər  bu  vəzifə  uğrunda 
ictimai mübahisələrin davam etdiyini göstərir. Bu zaman Axund 
20  
Qeyd: By yazının Stalin dövründə qələmə alındığını nəzərə almaq lazımdır.
21 
Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi. Kitabul-bəyan fi təfsiril-Quran.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              35
Məhəmmədhəsən  Mövlazadənin  şeyxülislamlığı  barəsində  isə 
heç bir yazıya təsadüf olunmur.
“Tərəqqe”  qəzetinin  də  1909-cu  ildəki  nömrələrində  bu 
ba rədə müzakirələrin hələ davam etdiyi, sonra isə birdən-birə 
yeni  şeyxülislamın  təyin  olunduğu  xəbər  verilir.  Qəzetin  hə-
min ilin 148-ci nömrəsində dərc olunmuş “Şeyxülislam” mə qa-
ləsində deyilir: “Hamıya məlumdur ki, mərhum sabiq Şeyxül-
islam Axund  Əbdüssəlam Axundzadədən  sonra  bütün  Qafqaz 
müsəlmanlarının nümayəndələri Tiflisə cəm olub qərar ver miş-
dilər ki, bundan sonra müsəlmanların baş ruhanilərinin intixabı-
nı qeyri-millətlər kimi, müsəlman camaatına mühəvvəl etməsini 
qət edib iznnamə üçün hökumətə rücu etmişlər idi. Bu iş necə 
ki, məlumdur, əlanlıqda vüzəra şurasının təşti-müzakirəsindədir. 
Bu vaxta qədər hər idarədə danışılır idi ki, guya müsəlman ca-
maatının bu haqq olan tələbləri, şəksiz ki, hökumət tərəfindən 
qəbul olunacaqdır. Bu axır günlərdə məlum olur ki, Qafqazın baş 
hökuməti bütün müsəlmanlar üçün ən mühüm və ən əhəmiyyətli 
olan  bu  məsələnin  nəticəsini  gözləməyib  şeyxülislam  təyin 
etmək  fikrinə  düşmüşdür  və  hətta  bu  qulluğa  Gəncə  quberni-
yasının Qazısı, Axund Molla Məhəmməd Pişnamazzadənin də 
tə yin olunacağını danışıyorlar. Hər halda, bu məsələnin qəti su-
rətdə həll olunması ilə müsəlman camaatının böyük-böyük mü-
qəddəs ümidlərinin bir puç olması yəqin bir işdir”.
“Tərəqqe”nin sonrakı nömrələrindən birində M. Axundzadə 
imzalı  müəllifin  “Şeyxülislamlığa  dair”  yazısında  oxuyuruq: 
“Bir neçə gün bundan əqdəm möhtərəm “Tərəqqe” nömrələrinin 
birində  bir  məqalə  dərc  olunmuşdu.  Məqalə  xeyli  müvafiq 
həqiqət və hüquqi-milli tərəfdarları olan bir zatın tərəfindən qə-
ləmə alındığı məlum olunur idi. 
Məqalənin müxtəsərcə məzmun və məfhumu mərhum Şey-
xülislam Axundzadə həzrətlərinin vəfatından sonra cümlə Za-
qafqazdan müsəlman vəkillərinin Tiflisə gedib cənabi-canişin 
həzrətlərinə  müsəlman  camaatı  tərəfindən  ərizə  təqdim  edib, 
şeyxülislamlıq  intixab  ilə  olmasını  istirham  etmək  barəsində 
idi.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə