Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə17/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   13   14   15   16   17   18   19   20   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              51
kəmməl kitab sayılır. Müəllifin bitirə bilmədiyi bu əsər 70 sə-
hifədən ibarətdir və farsca qələmə alınıb.
Şeyxülislam  Əhməd  Hüseynzadənin  ərəb,  fars,  türk,  rus, 
erməni və gürcü dillərindən etdiyi tərcümələr bütün Qafqazda 
ən çox oxunan əsərlər sırasına daxil olmuşdur. Təəssüf hissi ilə 
qeyd etməliyik ki, bu qiymətli və faydalı əsərlər günümüzədək 
gə lib çatmayıb.
Şeyxülislamın Azərbaycan ədəbiyyatından bəhs edən “Türk 
ədəbiyyatı tarixi” adlı əsəri də indiyə qədər çap olunmayıb və 
əlyazma şəklində AMEA-nın Məhəmməd Fizuli adına Əl yaz-
malar İnstitutunda saxlanılır.
Şeyxülislamın fars və ərəb əlyazmalarının nadir nüsxələri 
ilə  zəngin  olan  kitabxanası  sonralar  onun  varisləri  tərəfindən 
Bakıda yeni açılan azərbaycanlılara məxsus bir kütləvi kitabxa-
naya pulsuz hədiyyə edilmişdir.
Təbiət elmlərini, xüsusilə astronomiyanı mükəmməl bilən 
Şeyxülislam Əhməd Hüseynzadə Qafqazda ilk dəfə olaraq illəri 
Hicri təqvimindən Miladi təqviminə çevirmək üçün sinxronik 
təqvim cədvəli hazırlayaraq Tiflisdə çap etdirmişdir.
Şeyxin  ziyalı  dostları  arasında  M.F.Axundov  və A.A.Ba-
kıxanovla  yanaşı,  Mirzə  Şəfi  Vazeh,  Həsən  bəy  Zərdabi,  Se-
yid Əzim Şirvani, həmçinin digər görkəmli elm və ədəbiyyat 
xadimlərinin adlarını görmək mümkündür. Qasım bəy Zakir özü 
və oğlanları sürgün edilərkən dövrünün bir çox rütbəli və adlı-
sanlı adamları ilə yanaşı, Şeyxülislam Əhməd Hüseynzadəyə də 
çar hökumətinə məktub yazaraq müraciət etmişdir. Buna əsasən 
Qasım bəy Zakirə yardım edən Əhməd Hüseynzadə onun həbs-
dən azad olunmasına köməklik göstərmişdir.
1878-ci  ildə  müəllimlik  vəzifəsindən  kənarlaşdırılan  Se-
yid  Əzim  Şirvani  məhz  Şeyxülislam  Əhməd  Hüseynzadənin 
səyləri  nəticəsində  yenidən  öz  vəzifəsinə  qaytarılmışdır.  Buna 
qarşılıq olaraq S.Ə.Şiravani Əhməd Hüseynzadə Səlyaniyə qə si-
dələrindən birini həsr etmişdir. Bu qəsidə 1897-ci ildə, yəni şey-
xin vəfatından on il sonra Təbrizdə S. Ə. Şirvaninin daş basma-
xanasında nəşr olunan “Divan”ının birinci hissəsində çap olunub.


52                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsində böyük 
əmə yi olan Həsən bəy Zərdabi qəzetin səhifələrində tez-tez şey-
xülislama müraciət edər, ondan sitatlar gətirərdi.
Məşhur alman qafqazşünası A.Berje ilə görüşən Şeyxülis-
lam  Əhməd  Hüseynzadə  ona  M.Ş.Vazehin  fars  dilində  yazıl-
mış əsərlərindən bir neçə nümunə təqdim etmiş və nəticədə bu 
əsərlərdən bəziləri 1870-ci ildə Almaniya Şərqşünaslıq Cə miy-
yə tinin məcmusunda çap olunmuşdur.
Şeyxülislam  Əhməd  Hüseynzadə  ilə  əməkdaşlıq  edən 
M.F.Axun  dov  məktublarının  birində  onun  haqqında  belə  ya-
zır: “Qeyd etdiyim şəxs yüksək dostum, Qafqazın Şeyxülislamı 
Axund Molla Əhməd Hüseynzadədir. Müxtəlif elm və fənlər sa-
həsində - astronomiya, coğrafiya, riyaziyyat, təbiət, tarix, hik-
mət  və  xüsusilə  fiqh  elmi  sahəsində  bütün  Qafqaz  ölkəsində 
şeyxülislamın tayı-bərabəri yoxdur. Bununla belə, o, filosof tə-
biətli və liberal məsləkli bir adamdır”.
34
 M.F.Axundovla yaxın-
lığı  və  dostluğu  nəticəsində  Şeyxülislam  Əhməd  Hüseynzadə 
bə zi mütərəqqi fikirləri müdafiə edərək ədibin bir neçə arzu və 
təd birlərinin həyata keçirilməsi uğrunda çalışmışdır.
Regionda  yaşayan  müsəlmanların  ali  dini  təhsil  almasına 
çalışan Şeyxülislam Əhməd Hüseynzadə xüsusi məktəb yarat-
maq  üçün  var  qüvvəsi  ilə  çalışırdı.  Bu  məqsədlə  dini  tədris 
mü əssisəsinin zəruri olduğuna Qafqaz canişini, Knyaz Mixail 
Ro  manovu inandıra bilən Əhməd Hüseynzadə bu tədris mü əs si-
səsinin quruluşu və maliyyə məsələləri ilə əlaqədar tərtib etdiyi 
layihənin  Dövlət  Şurasında  müzakirəyə  çıxarılmasına  nail  ol-
muşdu. Lakin layihə Şuranın bəzi üzvlərinin, o cümlədən ober-
prokuror  K.P.Pobedonostsevin  irəli  sürdüyü  fikirlərə  və  mü-
daxilələrə görə təsdiqlənməmişdir.
Sonralar şeyxülislamın bu arzusunu həyata keçirmək istəyən 
nəvəsi Əli bəy Hüseynzadə Peterburqda 250 min manata aldığı 
torpaq sahəsində məscid tikmək və ibadət evinin yanında ali ru-
hani mədrəsəsi açmaq istəmişdir. Lakin o da bu ideyanı həyata 
keçirə bilməmişdir.
34 
Həmin mənbə, səh. 94.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              53
Tarix boyu şeyxülislamların arzusu olan ali ruhani mədrəsə 
aç maq  ideyasını  sonuncu  Şeyxülislam  Allahşükür  Paşazadə 
həz  rətləri 1990-cı ildə həyata keçirmişdir.
Şeyxülislam  Əhməd  Hüseynzadənin  irsini  davam  etdirən 
oğ  lu Molla Hüseyn dövrünün ən görkəmli ziyalısı kimi tanın-
mış dır.  Nəvəsi  Əli  bəy  Hüseynzadə  Səlyani  isə  1918-ci  ildə 
Şərq  də ilk parlamentli respublika olan Azərbaycan Xalq Cüm-
hu  riyyətinin yaradıcılarından biri olmuşdur.
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə 
Yaşadığı illər 1837-1893,  
şeyxülislamlıq müddəti 1885-1893
XIX əsrin 70-ci illərindən sonrakı dövrdə Azərbaycanda ka-
pitalist münasibətlərinin inkişaf etdiyi, milli burjuaziyanın for-
ma laşdığı, milli mətbuatın meydana gəldiyi, ədəbiyyatda mil-
li-demokratik ideyaların yayıldığı, fəlsəfi-tarixi əsərlərin ortaya 
çıx dığı,  milli-demokratik  hərəkatın  ideoloji  əsaslarının  yaran-
dığı bir dövrdə yaşayıb-yaradan Azərbaycanın maarif, elm, ic-
timai və din xadimlərindən biri də Şeyxülislam Axund Mirzə 
Həsən Tahirzadə olmuşdur.
XIX əsrdə yaşamış Axund Mirzə Həsən Tahirzadə dövrü-
nün qabaqcıl maarifçisi, elm və din xadimi idi. Şərq və Avropa 
mədəniyyətinə mükəmməl bələd olan alimin adı bütün Qafqaz-
da hörmətlə çəkilərdi. 
Mirzə  Həsən Tahirzadə  1837-ci  ildə  Şuşada  anadan  olub, 
ilk təhsilini ailədə, sonra isə Şuşa qəza məktəbində alıb. Elm 
və maarif həvəskarı olan Mirzə Həsən ali ruhani təhsili almaq 
üçün Təbrizə göndərilib, burada ərəb, fars, tatar və türk dillərinə 
yi yələnib. Təhsilini  başa  vurandan  sonra  ona  dini  məktəb  aç-
mağa icazə verilib. O, məktəbin müdiri və müəllimi kimi geniş 
fəaliyyət göstərib. Bir müddətdən sonra “Axund” rütbəsi alan 
Mirzə Həsən vətənə qayıdıb və Cəbrayıl qəzasının Qarğabazar 
kəndində məktəb açaraq dərs deyib.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə