Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə22/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   18   19   20   21   22   23   24   25   ...   83

66                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
cəli məhəlləsində dünyaya göz açdığına görə özünə Gəncəvi tə-
xəl lüsü götürmüşdür”.
Şübhəsiz ki, müəlliflərin çoxu Hacı Şeyx Həsən Mollazadə 
Gən cəvi  və  Gəncəli  məhəlləsində  anadan  olmuş  Şeyxülislam 
Ha cı  Məhəmmədhəsən  Mövlazadənin  adları  arasında  ox şar-
lı ğı  qarışdırmışlar.  Tədqiqatçı  А.Xəlilov  bu  barədə  yazır  ki, 
ХIХ  əsrin  sonu  –  ХХ  əsrin  əvvəllərində  tarixşünaslıq  və  is-
lam  şünaslıq  elmləri  sayəsində  yaradılmış  əsərlərin  mil li  elm 
və  mədəniyyətimizdə  xüsusi  yeri  vardır.  Bu  sahədə  fəaliy yət 
göstərən maarifçi tarixşünas alimlərimizdən biri də Hacı Şeyx 
Həsən  Mollazadə  Gəncəvi  (1860-1930)
49
  olmuşdur.  Bağ dad -
da  ali  dini  təhsil  alan  Mollazadə  Gəncəvi  tarixşünaslıq  və  is-
lаmşünaslığa dair bir sıra əsərlər yazıb-yaratmış, əsərləri Gən-
cə də Əbilov, Haqverdiyev və Həsənzadə mətbəələrində, Bakı da 
Oru  cov  qardaşlarının  mətbəəsində, Tiflisdə  isə  “Qeyrət”  mət-
bəə  sində çap edilmişdir.
50
1960-cı ildə çap olunmuş “ХIХ əsrdə və ХХ əsrin əv vəl-
lərində  Azərbaycanda  tarix  elminin  inkişafı”  adlı  əsərin  mü-
əllifləri Ə.N.Quliyev, İ.М.Həsənov və İ.V.Striqunov yazırlar ki, 
Azərbaycan tarixçilərinin yuxarıda təsvir edilən qrupunun digər 
nümayəndəsi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi idi. О, 1853-
ci ildə Nuxada anadan olmuş və Gəncə şəhərində ruhani təhsili 
almışdı. Sonralar Mollazadə Cəbrayıl və Tiflis qəzalarında qazı, 
Zaqafqaziya Şiə Ruhani İdarəsi Rəyasət Heyətinin üzvü olmuş, 
şeyxülislam və s. vəzifələrdə çalışmışdır.
51
 
Fikrimizcə, müəlliflərin qeyd etdiyi ali ruhani vəzifələrində 
Ha cı  Şeyx  Həsən  Mollazadə  Gəncəvi  yox, Axund  Hacı  Mə-
həm   mədhəsən  İsmayıl  oğlu  Mövlazadə  işləmişdir.  Bu  fikri 
mü    əlliflərin göstərdikləri mənbə də (Azərb. MDTA, f. 290, si-
ya hı 240-8, iş 4151, v. 16-21; siyahı 990-10, iş 6128, v. 1-6) 
49 
Həm Mövlazadənin, həm də Mollazadənin doğum-ölüm tarixlərinə diqqət yetir-
məli.
50 
Görünür, Şeyxülislam Mövlazadənin də Bağdadda ali təhsil alması, bir müddət 
Gən cədə yaşaması və işləməsi, əsərlərinin “Qeyrət” mətbəəsində nəşr edilməsi bu 
do laşıqlığın meydana çıxmasında rol oynamışdır.
51 
Göstərilən əsər, səh. 189.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              67
təs diq edir. Çünki qeyd olunan mənbədə Axund Hacı Mə həm-
məd həsən Mövlazadənin fəaliyyətindən bəhs olunur. Lakin nə -
dənsə müəlliflər Mövlazadəni Mollazadə ilə səhv salmışlar. Bu 
qəbildən  səhv  fikirlər  M.İsmayılovun  “Şəki”  (Bakı-1982,  səh. 
108-109) kitabında və Əbdürrəhim Abdullayevin “Şəkinin şair-
ləri” (“Ədəbiyyat və incəsənət” qəzeti-1989, 11 dekabr) adlı mə -
qaləsində də təkrar olunmuşdur. Adları çəkilən mənbələrə əsas-
lanan müxbir Gülməmməd Məmmədzadə də H.Mollazadə haq-
qında bəhs etmişdir. О, “İslam” qəzetində çap etdirdiyi “İlahiy-
yatçı alim” adlı məqaləsində (1990-cı il, 20 dekabr) Axund Ha -
cı  Məhəmmədhəsən  İsmayıl  oğlu  Mövlazadə  Şəkəvidən  bəhs 
edərkən  Hacı  Şeyx  Həsən  Mollazadəyə  məxsus  adlarını  çək-
diyimiz əsərləri də onun adına yazır. Həsən Nəsrudan tər cü  mə 
etdiyi və müsəlmanların arasında məccani yayılmaq üçün Ha -
cı Zeynalabdin Tağıyevin vəsaiti hesabına iki cilddə çap olun-
muş  “Tərcümeyi-Töhfeyi-Nəsruhiyyə  fi  əhvali-məmalikil-kü -
rətil-ərziyyə və şiyə coğrafiyə ümumiyyətud-duvəlul-aləm”, iki 
cilddə “Kitabul-bəyan fi təfsiril-Quran” və peyğəmbərlərin (ə) 
həyat  və  fəaliyyətinə  həsr  edilmiş  “Tarixi  müqəddəsi  Ənbiya 
əh valatı” adlı əsərləri olmuşdur. Adları çəkilən digər əsərlər Ha-
cı Şeyx Həsən Mollazadənin qələminin məhsuludur.
52
Göründüyü kimi, Şeyxülislam Mövlazadə Şəkəvi öz döv-
rünə görə kifayət qədər zəngin elmi işlər yazıb nəşr etdirməyə 
müvəffəq olmuşdur. Bu əsərlər həm də müəllifin şəxsiyyəti və 
məs ləki  haqqında  söz  deməyə  imkan  verir.  Bununla  yanaşı, 
müəllifin ən böyük əsəri olan “Kitabul-bəyan fi təfsiril-Quran” 
təkcə onun yaradıcılığı üçün deyil, bütövlükdə Azərbaycan ila-
hiyyat elmi üçün mühüm əhəmiyyət kəsb edir.
Məlum  olduğu  kimi,  Qurani-Kərimi  təfsir  etmək  üçün 
ərəb dilini, həmçinin Quranın sinonimlərinin mənasını bilmək, 
ayələrinin  şəni-nüzuluna  müraciət  etmək,  İslam  tarixini,  pey-
ğəm bərlərin (ə) tarixini və Quranın nazil olduğu mühitin tarixi-
ni  bilmək,  Quranın  bütün  ayələrinin  həmahəngliyinə  diqqətlə 
52 
Xoyi Аbbas, Fəridəni Məşayex. Müsəlmanların böyük öndəri. İmam Cəfər Sadiq (ə). 
“Cahan” jurnalı. №1, 1997, səh. 28.


68                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
ya naşmaq, Məkkə və Mədinə ayələrini tanımaq, hər bir surənin 
məq sədinə tam nəzər salmaq və onun əsas məqsədinə tam diqqət 
ye tirmək, Quranın üslubu və bəyan xüsusiyyətlərini bilmək la-
zımdır.
53
 Şeyxülislam Mövlazadə Şəkəvi bütün bu sahələrə xiri-
dar olan alim kimi tanınmış və buna görə də ХIХ əsrin sonların-
dan Quranın təfsiri üzərində işləməyə başlamışdır. 
Bəllidir ki, Azərbaycan dilində Quranın ilk təfsiri Mir Mə-
həm mədkərim ağa tərəfindən yazılmışdır. Bundan sonra keçən 
çox qısa bir müddət ərzində (cəmi iki il sonra) Mövlazadə Şə-
kəvinin əsərinin nəşr olunması sübut edir ki, şeyxülislam özü-
nün  bu  təfsirini  Mir  Məhəmmədkərim  ağa  ilə  demək  olar  ki, 
eyni  zamanda  yazmağa  başlamışdır.  Bu  barədə  Şeyxülislam 
Allah şükür Paşazadə həzrətləri yazır: “Hələ ХХ əsrin əv vəl lə-
rin də Qurani-Kərim ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə 
edil  mişdir.  Bakı  qazısı,  o  dövrün  tanınmış  ilahiyyatçısı  Mir 
Mə  həm mədkərim ağa 1904-1906-cı illərdə “Kəşfül-həqaiq ən 
nikətil-ayat vəd-dəqaiq” əsərini yazır. Qurani-Kərimin təfsiri və 
tərcüməsinə həsr edilmiş bu əsərdə Quranın mənaları o dövr də 
ən geniş yayılmış və məqbul sayılan ilahiyyat bilikləri sə viy-
yəsində,  habelə  zamanın  ruhuna  uyğun  şəkildə  açıqlanmış  və 
oxu culara çatdırılmışdır. 
Bir qədər sonra, 1908-ci ildə isə Şeyxülislam Məhəmmədhəsən 
Mövlazadə Şəkəvi həzrətləri Tiflisdə öz təfsir tərcüməsini çap 
etdirmişdir. Hər şeydən əvvəl deyək ki, bu əsərlərin nəşri ara-
sında  zaman  fasiləsi  bir  o  qədər  böyük  olmasa  da  müəlliflər 
tamamilə müstəqil olmağa çalışmış, Qurani-Kərimin təfsiri və 
tərcüməsi  işində  çox  zəruri  sayılan  varislik  prinsipinə  kifayət 
qədər  əhəmiyyət  verməmişlər.  Doğrudur,  müəlliflərin  istifadə 
etdikləri məxəzlərin bir çoxu eyni məxəzlər olduğundan mübarək 
Quran ayələrinin təfsiri və tərcüməsində müəyyən yaxınlıq hiss 
olunur.  Lakin  Məhəmmədəsən  Mövlazadə  Şəkəvi  həzrətləri 
Mir  Məhəmmədkərim  ağadan  qətiyyən  təsirlənməmiş,  bəlkə 
də onun tərcüməsindən heç istifadə etməmişdir. İkincisi, hər iki 
tərcümənin dili ağırdır, tərcümələrdə o dövr üçün, yəqin ki, ay-
53 
М.М.Seyidzadə. İslamda Həccin tarixi-mədəni və sosial-siyasi rolu. səh. 11-17.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə