Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə15/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   11   12   13   14   15   16   17   18   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              45
həsr edilmişdi. Onun təkliflərinə görə, ruhanilərin siyasi baxım-
dan zərərsizləşdirilməsi, siyasi işlərə qarışmaması üçün iki işin 
görülməsi vacibdir:
1. Ayrıca Zaqafqaziya Müsəlman Ruhaniliyi yaradılsın;
2. Ruhani şəxslərin fəaliyyəti yalnız maddi vəziyyətə bağ-
lansın.
31
İlk Şeyxülislam Məhəmmədəli Hüseynzadə kimi, Fazil İrə va -
ni də bu təkliflərin əleyhinə oldu və komissiyaya bununla bağlı öz 
təkliflərini bildirdi. Vəziyyətin getdikcə gərginləşməsi ilə ya na şı, 
Şeyxülislam Fazil İrəvaninin istefa verməsindən narahat olan ca-
nişin və çar komissiyası güzəştə getmək məcburiyyətində qal dılar. 
1846-cı ildən 1862-ci ilə qədər Qafqazın şeyxülislamı olan 
Fazil  İrəvaninin  fəaliyyəti  dövründə  şeyxülislamla  canişinlik 
arasında narazılıqlar səngimədi. Ruhani idarəsinin yaradılması, 
genişləndirilməsi,  əlavə  işçilərin  qəbulu  və  yerlərdə  şöbələrin 
açılması ilə bağlı təkliflər həyata keçməsə də etiraz da edilmir-
di. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yaradılması, habelə 
idarənin ştat cədvəlinin yeddi nəfərə qaldırılması, işçilərin əmək 
haqlarının dövlət məmurlarının əmək haqlarının səviyyəsinə çat-
dırılması kimi səlahiyyətlər yalnız üçüncü Şeyxülislam Əhməd 
Hüseynzadənin şeyxülislamlığı dövründə, yəni 1872-ci ildə çar 
fərmanı ilə həyata keçirildi.
İlk şeyxülislamın oğlu Əhməd Hüseynzadə təhsilini başa vu-
rub Tiflisə geri qayıtdıqdan sonra onun son dərəcə bacarıqlı və 
savadlı olduğunu görən Şeyxülislam Fazil İrəvani Əhməd Hü -
seynzadəni yanında işə qəbul edərək yaxın köməkçisinə çevirdi.
Uzunmüddətli  fəaliyyətdən  sonra  yorulan  Fazil  İrəvanini 
digər tərəfdən doğma şəhəri olan İrəvan özünə çəkməkdə idi. 
Hər an İrəvana qayıtmaq, ömrünün qalan hissəsini bu şəhərdə 
keçirmək arzusu getdikcə onu daha çox cəlb etməkdə idi.
Özündən  sonra  bu  vəzifəyə  layiqli  namizəd  kimi  Əhməd 
Hü  seyn zadəni  hazırlayan  Fazil  İrəvani,  nəhayət  1862-ci  ildə 
şey xülislamlıq  vəzifəsindən  istefa  verərək  doğma  şəhəri  olan 
İrə vana köçdü.
31 
Həmin mənbə, səh. 83.


46                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
İrəvana qayıtdıqdan sonra burada dini mədrəsə açan Fazil 
İrəvani İslam fəlsəfəsini öyrətməklə çoxlu sayda din xadimləri 
yetişdirdi. Onun şagirdləri sırasından Şərqin böyük tarixçisi və 
din xadimi Mühəqqiq İrəvani, Şərqin tanınmış alimi Ayətullah 
Mirzə Məhəmməd və başqaları çıxmışlar.
Azərbaycan İslamşünaslığında ən böyük yerlərdən birini tu-
tan  görkəmli  alim,  ictimai  və  siyasi  xadim  Şeyxülislam  Fazil 
İrəvani 1885-ci ildə 103 yaşında İrəvanda dünyasını dəyişmişdir.
Şeyxülislam Fazil İrəvaninin elmi yaradıcılığı
Elmi yaradıcılıqla məşğul olan Fazil İrəvani bir neçə ədəbi, 
ta rixi və dini səciyyəvi əsərlərin müəllifidir. Əsərləri bir çox dil-
lərə tərcümə olunmuş,  Təbriz, Peterburq, Berlin, Paris və İrə-
vanda çap olunmuşdur.
“Paklıq kitabı” adlı əsəri Cənubi Azərbaycanın məşhur din 
xa dimi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə 1883-cü ildə 
Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən çap 
olunmuşdur.
XIX əsrə aid olan türk, gürcü və erməni mənbələrindən mə-
lum olur ki, Fazil İrəvaninin “Tarixi-İrəvan” adlı əsəri də olmuş-
dur.  Əsər  İrəvan  və  Qərbi  Azərbaycan  əyalətlərinin  tarixinə, 
Azər baycan  xanlıqlarının  fəaliyyətinin  tarixi  tədqiqatına  həsr 
edil mişdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu əlyaz-
ma nın bu günə qədər hansı arxivlərdə saxlanılması bəlli deyil-
dir. Bəlkə də əlyazma indiki Yerevan arxivlərində ya məhv edi-
lib, ya da hansısa erməni müəllifinin adına dəyişdirilərək nəşr 
edil mişdir. Qeyd edək ki, tarixi-elmi əsərlərin müəlliflərinin də-
yiş dirilməsi faktları günümüzdə də ermənilər tərəfindən davam 
et dirilməkdədir.
Şeyxülislam Fazil İrəvani 1843-cü ilə qədər, xüsusilə də İs-
fə han  və  Təbriz  şəhərlərində  axundluq  etdiyi  dövrlərdə  bədii 
ya radıcılıqla məşğul olmuşdur. Azərbaycan dilində yazıya aldı-
ğı “Qızılgül və bülbül” povesti isə məhz onun gənc yaşlarında 
İrəvanda olduğu dövrə aiddir. Avropa dillərinə bir neçə dəfə tər-
cümə edilən bu əsər müxtəlif illərdə nəşr olunmuşdur.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              47
1812-ci  ildə  Sankt-Peterburqda  nəşr  edilən  “Qızılgül  və 
bül bül” povestinin müəllifi kimi saray müşaviri Xocens Mar-
ker Geğamyan göstərilir. Bu əsər 1826-cı ildə Vajja Defloriba-
linin tərcüməsi əsasında Parisdə fransız dilində, 1832 - 1833-cü 
illərdə  isə Yozef  Fon  Hammer  bu  əsəri  alman  dilinə  tərcümə 
edərək geniş tirajla nəşr etdirir. Bunu görən erməni “ədibi” X. M. 
Geğamyan hiyləgərcəsinə və həyasızcasına hərəkət edərək əsəri 
öz adına çıxır. Lakin Avropa və Qafqazda aparılan tədqiqatlar 
əsərin məhz Fazil İrəvaniyə məxsus olduğunu təsdiqləyir. Son-
radan ermənilər özləri də təsdiq etmək məcburiyyətində qalırlar 
ki, adıçəkilən əsər Fazil İrəvani tərəfindən yazılmış, Geğamyan 
isə onu oğurlayıb öz adına çap etdirmişdir.
“Qızılgül və bülbül” povestini “Anahit” jurnalında tərcümə 
edərək hissə-hissə çap etdirən Arşak Çobanyan da təsdiqləyir ki, 
əsər Fazil İrəvaniyə məxsusdur. 
Qeyd etdiyimiz əsər hazırda əlyazma şəklində Yerevanda-
kı M. Maştaş adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır. 
İnstitutun  Şərq  ədəbiyyatı  şöbəsində  “Şerlər  məcmuəsi”  adlı 
azərbaycanca 222 saylı bir əlyazma da var ki, 28 səhifəlik bu 
əlyazmanın üzünü Fazil İrəvani köçürmüşdür.
Bundan əlavə, Tiflis alimləri ilə görüşlər keçirən Fazil İrə-
va ni onlara dini təlimlər verməklə yanaşı, risalələrinə dair mə s-
ləhətlər də almışdır.
Şeyxülislam Axund Əhməd Hüseynzadə 
Yaşadığı illər 1812-1887,  
şeyxülislamlıq müddəti 1862-1884
Şeyxülislam Axund Əhməd Hüseynzadə 1812-ci ildə Sal-
yanda anadan olmuşdur. Atası Məhəmmədəli Hüseynzadə Tif-
li sə  köçdükdən  sonra  onu  əvvəlcə  Qafqaz  müsəlman  ruhani 
məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təh-
sil almağa göndərmişdir. Təhsilini başa vurduqdan sonra vətənə 
qayıdan Əhməd Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə ça-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə