Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə14/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   10   11   12   13   14   15   16   17   ...   99

 
50 
dartlara  (Azərbaycan  Respublikasında  içməli  suyun 
keyfiyyət  göstəriciləri  QOST  2874-82-nin  tələblərinə 
uyğun  təmin  edilir)  görə  7-11
0
C  arasında  olmalıdır. 
Daha isti sular dadsız ola bilir və temperaturu 20
0
C-dən 
artıq  olduqda  ürək  bulandırır.  Soyuq  sular  isə  mədə-
bağırsağın  selikli  qişasının  iltihablaşmasına  zəmin 
yaradır və bağırsaqda qidanın hərəkət etməsini məhdud-
laşdıraraq sancıya səbəb olur.  
Suyun  rəngi  haqqında  qərar  verə  bilmək  üçün 
suya  ancaq  süzüldükdən  sonra  baxılmalıdır.  Suyun 
rəngi  əsasən  orada  asılı  halda  mövcud  olan  üzvi  və 
qeyri-üzvi  maddələrdən,  eləcə  də  istehsalat  sularında 
həll  olmuş  kimyəvi  boyaların  olmasından  irəli  gəlir. 
Az  miqdarda  su  rəngsizdir,  qalın  təbəqə  halında  isə 
təbii  olaraq  rəngi  mavi  çalarlıdır.  Içməli  su  rəngsiz, 
qoxusuz və dadsız olmalıdır.  
Suyun  qoxusu.  Yaxşı  xüsusiyyətlərə  sahib  olan 
içməli  su  qoxusuzdur.  Suyun  qoxulu  olmasına bir çox 
amillər  səbəb  olur.  Suya  qoxu  verən  amillər  mikroor-
qanizmlərin  fəaliyyəti,  ishal  və  sidik  qarışması,  üzvi 
maddələrin  ayrılması,  istehsalat  və  bu  kimi  müxtəlif 
tullantıların  qarışması  ola  bilər.  Eyni  zamanda,  dərin 
yeraltı  sularda  sulfatların  ayrılması  ilə  əmələ  gələn 
kükürdlü  hidrogen,  suların  içində  yaşayan  yosunlar, 
müxtəlif  mikroorqanizmlər  və  bəzən  də  suların  nəql 
edilmələrində  istifadə  olunan  boru  və  qablar  da  sudan 
qoxu  gəlməsinə  səbəb  olur.  Suların  dezinfeksiyasında 
istifadə olunan xlor və yod da suya özünəməxsus qoxu 
verir.  QOST  2874-82-yə  görə,  qoxu  5  ballı  sistemlə 
ölçülür  və  içməli  suyun  qoxusu  2  baldan  çox  olma-
malıdır. 
Suyun  dadı.  Suyun  dadı  suda  həll  olmuş  oksigen 


 
51 
(O
2
)  və  karbon  (CO
2
)  qazının  tərkibindəki  digər  kim-
yəvi maddələrə və suyun istiliyinə,  ya da soyuqluğuna 
görə dəyişir. Suyun turş, acı, duzlu ya da dadsız olma-
ması  arzu  edilir.  Su  dadını  dəyişdirməməli,  içildiyi 
zaman boğazda quruluq, qıcıqlanma və mədəyə ağırlıq 
verməməlidir.  Içməli  suyun  keyfiyyəti  və  dadı 
tərkibindəki  həll  olmuş  oksigen  və  karbon  qazının 
miqdarından  asılıdır.  Belə  ki,  1  litr  suda  20-50  mq 
qədər  qaz  ola  bilir.  Bunun  yarısı  CO
2
,  digər  yarısının 
üçdə biri oksigen və üçdə ikisi də azotdur.  
pH  dərəcəsi.  pH  suyun  turşuluğunu  və  ya  qələvi 
mühitini göstərən bir ölçüdür. Məhlulda olan 

H

+
 ionu 
konsentrasiyasını  ifadə  edir.  Saf  suda 

H

+
  və 

H

-
 
ionlarının miqdarı tarazlıqdadır və pH=7 olur. 
pH

7  şəraitində  mühit  turşu,  pH

7  şəraitində  isə 
mühit qələvidir. 
İçməli  sularda  pH  göstəricisinin  6,5-8,5  olması 
tövsiyə edilir.  
Suyun  codluğu  onun  tərkibində  olan  kalsiumun 
miqdarından  asılıdır.  Buna  baxmayaraq,  codluq 
dərəcəsi  sudakı  kalsium  və  maqnezium  duzlarından 
irəli  gəlir.  Su  bunları  torpaqdan  alır.  Həll olmuş halda 
olan  kalsium  və  maqnezium  suyun  tərkibində  hidro-
karbonat,  sulfat  və  xlor  duzları  və  ayrıca  az  miqdarda 
nitrat  duzları  halında  olur.  Xüsusilə  kalsium  hidrokar-
bonat və kalsium-sulfat suyun codluğunda əhəmiyyətli 
rol  oynayır.  Suyun  tərkibində  ən  çox  kalsium, 
maqnezium, sulfat və xlor duzlarına rast gəlinir. 
 
Canlı su 
 
Hamımız  suyun  canlıların  həyatında  ciddi  rol 
oynadığını,  əhəmiyyətini  və  su  itkisinin  nələrə  səbəb 


 
52 
ola biləcəyini bilirik. Əslində həyatımız üçün bu qədər 
dəyərli  olan  sudan  maksimum  faydalanmaq  istərik. 
Amma  bunun  müqabilində  canlılar  üçün  ən  faydalı 
suyun hansı olduğunu bilmirik. 
Canlılar üçün ən faydalı su “canlı su” adlandırılan 
təbiətin  bizə  bəxş  etdiyi  təbii  qaynaq  suyudur.  Dağ-
lardan  gələn ərimiş qar  və  ya  buzlaq  suları,  torpaqdan 
fısqıran  qaynaqlar,  kilometrlərcə  uzunluqda  təbii 
yataqlarda  axan  dəniz  və  çay  suları  ən  böyük  canlı  su 
mənbələridir. 
Canlı  su  sadəcə  susuzluğu  yatırtmaq  üçün  deyil, 
eyni zamanda canlılıq və şəfa verən sudur. 
 
Canlı suyun istifadə olunmasi Ģərtləri 
 
Suyun  orqanizmə  yararlı  olması  üçün  bəzi 
xüsusiyyətlərə malik olması vacibdir: 
-
 
təmiz olmalıdır; 
-
 
enerjili olmalıdır; 
-
 
oksigenlə (O
2
) zəngin olmalıdır; 
-
 
mineralla zəngin olmalıdır; 
-
 
pH  səviyyəsi  orqanizmdə  baş  verən  prosesləri 
tənzimləməlidir; 
-
 
molekulyar  quruluşu  kiçik  və  altıbucaqlı 
olmalıdır. 
Bu  gün  xalq  arasında  işlənən  “Su  qədər  ömrün 
olsun” ifadəsi təmiz, sağlam və nurlu ömrə işarədir. 
-
 
Suyu  içmək  üçün  ən  yaxşı  vaxt  yatmazdan 
əvvəl, yuxudan oyananda, yemək yeməzdən yarım saat 
əvvəl və ya bir saat sonra. 
-
 
Əgər  özünüzü  pis  hiss  edirsinizsə,  dərhal  su 
için. Su hamı üçün şəfaverici eliksirdir. Çox az şey ola 
bilər ki, insanın ruhuna qısa zamanda su qədər müsbət 


 
53 
təsir etmiş olsun. 
-
 
Günə bir stəkan su içərək başlayın. Bu böyrəkləri 
boşaltmağa  və  orqanizmin  toksinlərdən  azad  olmasına 
yardım edəcək. 
-
 
Gündə  ən  azı  səkkiz  fincan  (200x8=1600  ml)  su 
için. 
-
 
Ac  deyilsinizsə,  yemək  yeməyin,  onun  yerinə  su 
için. 
-
 
Özünüzü yaxşı hiss etmirsinizsə, dərman içməyə 
tələsməyin, əvvəlcə bir fincan su için. 
-
 
Yemək zamanı su içməyin, yeməkdən yarım saat 
əvvəl və ya bir saat sonra için. 
-
 
Yediyiniz  yeməklərlə  su  qəbul  edirsiniz,  çünki 
onların tərkibində də su vardır. 
-
 
Stresli və narahat olduğunuz zaman bir fincan su 
için.  Su  sizin  bədəninizdəki  mayeni  və  duzu 
tənzimləyərək sakitləşmənizə yardım edəcək. 
-
 
Düzgün qidalanmağa səy göstərin. 
-
 
Çox çay, qəhvə və alkoqollu içkilər içməyin. Bu 
içkilər  sidikqovucu  olduqlarından  bədəndəki  suyun 
itkisinə səbəb olurlar. 
Hər  bir  insanın  gündəlik  su  ehtiyacları  müxtəlif 
amillərlə bağlıdır. 
1.
 
Çəki artdıqca insanın suya ehtiyacı artır. 
2.
 
Qidalanma  –  meyvə-tərəvəzlə  daha  çox 
qidalanan  insanların  suya  tələbi  quru  qidalarla 
qidalananlara nisbətən azdır. 
3.
 
Iqlim. 
4.
 
Fiziki aktivlik. 
5.
 
Xəstəliklər  –  məsələn,  yüksək  hərarət,  ishal  və 
qusma zamanı suya ehtiyac artır. 
6.
 
Səyahət zamanı su həyati əhəmiyyət kəsb edir. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə