Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə12/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   8   9   10   11   12   13   14   15   ...   99

 
42 
zamanı  məhv  olur.  Lakin  donuz  parazitləri  – 
trixinellər,  qeyd  edildiyi  kimi,  emal  zamanı  məhv  ol-
mur.  Hətta  əgər  donuz  parazitləri,  donuz  ətinin  emalı 
prosesində  məhv  edilsəydilər  belə,  donuz  orqanlarının 
köçürülməsi  zamanı  həmin  parazitlər  məhv  olmazdı, 
çünki transplantasiyada praktiki olaraq canlı toxumalar 
köçürülür. 
Amma  məsələ tamamilə başqa  şeydədir. Araşdırı-
lan  məsələnin  əsasını  belə  bir  sual  təşkil  edir:  bəlkə 
donuzların  orqan  və  toxumaları  vasitəsilə  ksenotrans-
plantasiya problemlərinin həllinə yönəldilmiş metod və 
vasitələr axtarmaq lazımdır? Zənnimcə, bu lazım deyil. 
Əldə  olan  əsas  –  çoxsaylı  elmi  tədqiqatlardan  görün-
düyü kimi, insan və donuzların genetik kodlarının bir-
birinə  çox  oxşar  olmasıdır.  Dünyada  bircə  nəfər  alim 
tapmaq  mümkün  deyildir  ki,  bu  cür  riskli  təcrübələr 
zamanı  mutasiya  prosesinin  imkansızlığına  təminat 
versin. 
Bunlar, belə demək mümkünsə, sırf bəşəri mülahi-
zələrdir və onlarda səhv də ola bilər, 100%-lik təminat 
yoxdur.  Lakin məsələ insanın düşüncəsinə  yox, böyük 
Yaradanın  buyurduqlarına  aid  olduqda,  bəşəri  müla-
hizə və hərəkətlərdə risk mənasızdır. 
Böyük  Yaradanın  Quran  və  Bibliyadakı  sözlərini 
oxuculara  bir  daha  xatırladırıq:  “…  Donuz  əti…  sizə 
haram  edildi…”  (“Qurani  -  Kərim”,  “əl-Maidə” 
surəsi, 3-cü ayə). “Onların ətini yeməyin və leĢlərinə 
toxunmayın, 
onlar 
sizin 
üçün 
murdardır” 
(“Bibliya”, “Levit” kitabı, 11:8). 
Oxuculara  xatırladaq  ki,  bunlar  Allahın  bütün  bə-
şəriyyətə və bütün zamanlar üçün buyurduğu sözlərdir. 
“Ilahi  əczaxananın  dərmanları”  adlı  kitabda  nəşr 


 
43 
edilmiş  təmiz  və  natəmiz  (murdar)  ətlər  barəsindəki 
müasir  elmi  məlumatları  barədə  informasiyanı  təqdim 
edirik. Amerikalı alimlər təcrübə məqsədilə əvvəlcə tə-
miz (pak) heyvanların, sonra isə donuzun əzələlərindən 
ətdə  olan  bütün  substansiyaları  (əsas  maddələri)  çıxa-
raraq,  onlarla  acıpaxla  əkinlərini  gübrələmişlər.  Təc-
rübə nəticəsində müəyyən olunmuşdur ki, pak heyvan-
ların  ətindən  çəkilmiş  şirə  bitki  əkinlərinin  artımına 
mane  olmamışdır,  donuz  ətindən  elə  həmin  texnolo-
giya əsasında çəkilmiş şirə isə əkinlər üçün zəhərli ol-
muşdur.  (Yn  Şuls,  Edita  Uberquber  –  “Ilahi  əczana-
nanın dərmanları”, MÇP “Anfas”, Kiyev, 1994, s.24).  
Allahın  qadağanları  insanlar  üçün  mütləq  həqiqət 
olmalıdır.  Əgər  Böyük  Yaradan  insana  donuz  əti 
yeməyi qadağan edirsə, şüurlu insan yaxşı olar ki, onu 
yeməsin.  Lakin  əgər  insan,  Böyük  Yaradana  qulaq 
asmayıb  donuz  əti  yeyir  və  şeytanın  təhriklərinə 
uyursa,  bu  halda  Allah  tərəfindən  ciddi  cəzalanmaq 
təhlükəsi altına düşür. Demək, daha yaxşı olar ki, insan 
bu  qadağana  əməl  etsin,  həm  də  tərəddüdsüz  surətdə. 
Insan  bilməli  və  yadda  saxlamalıdır  ki,  donuz  əti 
yeməklə  onun  mənəviyyatına  dəyən  ziyan,  onun 
sağlamlığına  dəyən  ziyandan  daha  artıqdır.  Axı,  kim 
deyə  bilər  ki,  haram  ət  yeməklə  insanın  başına  nələr 
gələ bilər. Axı, Böyük Allaha qulaq asmamaq və onun 
qadağan  etdiyi  donuz  ətini  yeməklə  insanların  genetik 
kodunda 
müəyyən 
dəyişikliklər 
və 
əvvəlcədən 
bilinməyən  mutasiyalar  baş  verə  bilər.  Bəşəriyyət  isə 
bunu bütövlükdə dərk etmək iqtidarında deyil… 
Düşünün:  Ağıllı  insanın  bir  tikə  donuz  budu, 
yaxud  ətindən  hazırlanmış  sosiska,  kolbasa  yemək 
naminə öz həyatı bahasına risk etməsinə dəyərmi? 


 
44 
Qeyd:  “Donuz  ətini  yemək  niyə  haramdır?” 
başlığı altında verilən məlumatlar tibb.e.n. R.Haşımov, 
fəlsəfə  e.n.  G.  Sarıyev  və  əczaçılıq  e.n.  S.Tağıyevin 
imzaları ilə “Camaat” qəzetində (11 oktyabr 2002-ci il, 
№ 15) nəşr olunan materialından götürülmüşdür. 
 
Haram və halallıq haqqında kəlamlar 
 
1.
 
Haram  atanın  sülbündə  formalaşan  virusdur. 
Onun  kökü  qidayla  gələr  və  nəsillərdə  özünü  biruzə 
verər.  Onun  nəticəsi  isə  ağır  olar.  Haramdan  özünüzü 
qoruyun. Haram olan bina da özünü biruzə verər. 
2.
 
Haram  öz  sahibinin  arxasınca  Cəhənnəmdən 
gələn oddur. 
3.
 
Haram boğazı yandırmazsa, bədəni mütləq   
yandırar. 
4.
 
Haram heyvani nəfsi alışdıran oddur. 
5.
 
Haram  sahibinin  mülkü  çayda  üzən  buza 
bənzər. 
6.
 
Azğınlığın  kökü  haramdan  doğar  və  o  insanı 
heyvani hisslərlə yaşadıb Cəhənnəm sakini edər. 
7.
 
Kazino – yaşlı körpələrin oyuncaq yeri. 
8.
 
Başqasının  halal  malına  göz  dikənlər  öz 
ruzilərini itirərlər və həşərata bənzərlər. 
9.
 
Harama haqq deyib onu zorla və ya hiylə ilə al-
maq Allaha, Peyğəmbərinə və Qurana qarşı çıxmaqdır. 
10.
 
Haramla qurulan dövlət haramla dağılar. 
11.
 
Bütün  mülkiyyət  Allahındır,  onu  mənim-
səmək isə Ondan oğurluq etmək kimi qiymətləndirilir. 
12.
 
Faizli  müamilə  və  sələm  sizi  qul  edər  və 
Allah tərəfindən lənətlənərsiniz. 
13.
 
Faizin  bərəkəti  küləyin  sovurduğu  külə, 
yeyənin  aqibəti  isə  Cəhənnəm  odunda  yanan  oduna 


 
45 
bənzər. 
14.
 
Ey  insanlar!  Ikiüzlülük  etməyin.  Sizdən 
bəziləriniz 
özünüzü 
müsəlman 
adlandırır 
və 
yaxınlarınızı  haramla  yad  edib  onlar  üçün  Allahdan 
rəhmət,  cansağlığı  və  gözəl  gələcək  diləyərək  necə  də 
çirkin və qəbuledilməz bir işə əl atırsınız. Allah haramı 
sevməz və qəbul etməz! 
15.
 
Şeytana xidmət harama sövq etməkdir. 
16.
 
Haram 
insanın 
əqlini  aparan  heyvani 
xislətdir. 
17.
 
Haramdan nicatın sənin iradən və tövbəndir. 
18.
 
Haram sizi imandan uzaq edər, imansızlıq isə 
sizi  zalimlik,  yaltaqlıq,  qorxaqlıq,  ikiüzlülük  və  ən 
alçaq işlər görməyə vadar edər, bu da sizə və nəslinizə 
bu  dünyada  rüsvayçılıq,  axirətdə  isə  sizə  əzabdan 
başqa bir şey verməz. 
19.
 
Allahı  yalnız  mağarda  xatırlamaq,  sizi  imansız-
lığa və ikiüzlülüyə aparar. Unutmayın ki, Allahsız – ya-
ranış, həyat, axirət və bu vaxtda görülən bütün işlər ha-
ram sayılır və sizi axirət nemətlərindən məhrum edər. 
20.
 
Halallığın  açarı  “Bismillahir-rəhmanir-rəhim” 
kəlməsidir. 
21.
 
Allahdan  xeyir-duası  alınmamış  hər  bir  iş 
haram sayılar və Allah tərəfindən qəbul olunmaz, hətta 
yaxşı iş olsa da belə. 
22.
 
Gördüyün  iş,  yediyin  qida  Allahın  neməti  və 
qüdrətidir.  Ondan  izn  almağı  unutma,  yoxsa  oğrular-
dan olarsan. 
23.
 
Halal  samandan  da  incə,  haram  isə  yanan 
oddur. 
24.
 
Halallıqla qurulan ev dağılmaz. 
25.
 
Səni imana gətirən halal zəhmətindir. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə