Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


içirdirik.  O,  içənlərin  boğazından  rahat  keçər



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə22/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   18   19   20   21   22   23   24   25   ...   99

 
80 
içirdirik.  O,  içənlərin  boğazından  rahat  keçər. 
(Qanın  və  ifrazatın  dadı,  qoxusu  və  rəngi  əsla  südə 
qarışmaz. Əksinə, südə elə bir təm verərik  ki, içənlərə 
xoş gələr)”. (əl-Nəhl, 16/66). 
“Onların  (o  heyvanlarda  başqa-başqa)  mənfəət-
ləri  və içəcəkləri  (südləri)  də  var. Hələ də  Ģükür et-
məzlərmi?” (Yasin, 36/73). 
Ayələrdə  haqqında  bəhs  edilən  bağırsaq içərisi və 
qan  ibarələri  kimyanın  və  həzm  fiziologiyasının  əldə 
etdiyi inkişafla müasir dövrdə  yeni-yeni anlaşıla  bilin-
mişdir. Bu bilgilər Həzrəti-Peyğəmbərin (s.ə.v.) zama-
nında dəqiq elmin nöqteyi-nəzərində tamamilə məchul 
idi. Bunlar ancaq XXI əsrin ortalarında aşkarlanmışdır.  
Ərəb  alimi  Ibni  Nəfs  1242-ci  ildə  insan  bədənin-
dəki qan dövranı haqqında ilk dəfə düzgün olaraq ifadə 
edən  şəxs  olmuşdur.  Ingilis  həkim  Vilyam  Harveyin 
1628-cı ildə elan etdiyi  qan dövranı modeli isə mövzu 
haqqındakı  məlumatların  yayılmasında  təsirli  olmuş-
dur. Dolayısı ilə Quranda südün tərkibinin əsl mənbəyi 
əsrlərlə əvvəl ən düzgün tərzdə tərif edilmişdir. Məmə-
lilərin həzm sistemi, qan dövranı ilə bağlı ixtisaslaşma 
tələb  edən  bu  məlumatın  Quranın  göndərildiyi  dövrdə 
insanlar  tərəfindən  bilinməsinin  mümkün  olmayacağı 
məlum  məsələdir.  Göründüyü  kimi,  “Nəhl”  surəsinin 
66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmə-
lə  gəlməsi  ilə  bağlı  şərh  edilənlər  fiziologiya,  anato-
miya  kimi  elmlərin  günümüzdə ortaya qoyduğu  məlu-
matlara tam uyğundur. 
Deməli,  südün  əmələ  gəlməsi  haqqındakı  Allah 
kəlamı  qan  dövranı  kəşf  edilməzdən  10  əsr  əvvəlki 
dövrə  təcadüf  edir.  Başqa  sözlə  Vilyam  Harvey 
tərəfindən  1628-ci  ildə  kəşf  edilmiş,  qan  dövranı 


 
81 
“Qurani-Kərim”  nazil  olandan,  təxminən  10  əsr 
sonrakı zamana aiddir. 
Bu 
deyilənlərə 
əsasən, 
“Qurani-Kərim”-in 
ayələrində  gözə  çarpan  bu  elmi  həqiqət  özlüyündə 
sübut edir ki, bu elmi görüşlər heç bir vəchlə bəşəri bir 
qaynaqla  izah  edilə  bilməz.  Bütün  bunlar  bir  olan 
Allahın izni ilə təbiətdə baş verən proseslərdəndir. 
Biz  hamımız  süd  içmişik.  Bu  təbii  qida  Allahın 
izni  və  möcüzəsi  ilə  təbiətin  insanlara  bəxş  etdiyi  və 
qadınların  orqanizmindən  (eləcə  də  sağmal  heyvanla-
rın)  ifraz  olunan  xüsusi  tərkibli  maddədir.  Bu  bir 
möcüzədir ki,  erkək və  dişi hayvanların hər ikisi  eyni 
yemlə bəslənir, süd isə yalnız dişi heyvanların süd və-
zilərində əmələ gəlir və nəslin əsas qidası üçün istifadə 
edilir. Hələ qədimdən vəhşi heyvanlar əhilləşdirilib on-
ların  yeni  cinsləri  artırılarkən,  həmin  heyvanlar  bala-
larının qidasından artıq süd verməyə başladılar. Həmin 
süd  insanlar  üçün  sağlam  və  dəyərli  qida  mənbəyinə 
çevrildi. Süd çox təmiz bir qidadır. Bu onun ağ rənginə 
görə bilinir. Süd eyni zamanda dişi heyvanların və qa-
dınların orqanizmində əmələ gələn digər ifrazatlar kimi 
onların orqanizminə lazım olmayan bir məhsuldur. 
Deməli süd sağlam ev heyvanlarının orqanizmində 
daima  yenidən  əmələ  gələn  məhsuldur.  Lakin  elm 
sübut  etmişdir  ki,  süd  birbaşa  yemdən  əmələ  gəlmir. 
Yemin tərkibində olan qidalı maddələr (karbohidratlar, 
yağlar, azotlu maddələr, o cümlədən zülallar), vitamin-
lər,  mineral  maddələr  və  digər  bioloji  fəal  maddələr 
həzm  prosesi  nəticəsində  qana  sovrulur,  qan  heyvan 
orqanizmində  dövran  edir  və  süd  vəzilərindən  keçər-
kən orada süd hasil olunur. Hasil olunan süd heyvanın 
süd  vəzilərində  (yelində)  toplanır  və  müəyyən  vaxt-


 
82 
larda (gündə iki dəfə - səhər və axşam, bəzən üç dəfə, 
günorta  da)  sağılır  və  müxtəlif  qida  məhsullarının 
hazırlanmasında  istifadə  olunur.  Göründüyü  kimi 
qanın heyvanın yaşaması üçün orqanizmdə dövr etməsi 
südün  də  əmələ  gəlməsinə  səbəb  olur.  Müəyyənləş-
dirilmişdir  ki,  1  litr  südün  əmələ  gəlməsi  üçün  hey-
vanın yelinində 2000 litr qan dövr etməlidir.  
Süd  nəslin  artırılması  və  insanların  qidası  üçün 
çox  vacib  qidalı  və  pəhriz  əhəmiyyətli  bir  qida  məh-
suludur. 
Süd haqqında olan ibrətamiz hikmətin əsas mənası 
da  Yaradanın  hökmü  ilə  təbiətdə  baş  verən  möcüzəli 
dəyişikliklərdir ki, bu da insanların rifahı üçün nəzərdə 
tutulmuşdur.  Bütün  bunlar  Yaradanın  buyuruqlarının 
hikmətinə işarə ilə onun mahiyyətini əks etdirir. Çünki 
yağış  torpağa  yeni  həyat  verdiyi  kimi  süd  və  ondan 
alınan məhsullar, arı balı, xurma və üzümlərdən alınan 
məhsullar insanların yaşaması üçün vacib hesab edilən 
qida məhsuludur. 
Südün  və  süd  məhsullarının  qidalılıq  dəyəri  və 
pəhriz  əhəmiyyəti  müasir  elmi  tədqiqatlarla  sübuta 
yetirilmişdir.  “Qurani-Kərim”  –  də  ananın  öz  uşağını 
iki il əmizdirməsi barədə ayə nazil olmuşdur. 
 
Ana südü 
 
Burada ana südü ilə əlaqədar bir həqiqəti də nəzərə 
çatdırmaq 
yerində 
olardı. 
“Qurani-Kərim”-də 
buyurulur:  
“Analar  (istər  boşanmış,  istərsə  də  boşanmamış 
olsunlar)  uĢaqlarını  əmizdirmə  müddətini  tamam-
latmaq  istəyən  (atalar)  üçün  tam  iki  il  əmizdirsin-
lər” (əl-Bəqərə, 2/233). 


 
83 
Başqa bir ayədə oxuyuruq:  
“Biz insana ata-anasına (yaxşılıq etməyi, validey-
ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə 
etdik.  Anası  onu  (bətnində)  çox  zəif  bir  halda  daĢı-
mıĢdı.  (Uşağın  süddən)  kəsilməsi  isə  iki  il  ərzində 
olur” (Loğman, 31/14). 
Bu  iki  ayədən  bəlli  olur  ki,  ana  öz  körpəsinə  tam 
iki il döşündən süd verməlidir. 
Lakin  uşaq  bəslənməsində  südün  əhəmiyyəti  nə-
zərə  alınaraq digər mənbələrdə uşağın  ən  azı  9  ay  ana 
südü  ilə  bəslənməsi  vacib  sayılır.  Çünki  bu  gələcək 
nəslin sağlam və gümrah böyüməsi üçün zəruri şərtdir. 
Bu  gün  inkişaf  etmiş  tibb  elmi  də  bu  nəticəyə 
gəlmişdi ki, uşağı iki il əmizdirmənin həm ananın, həm 
də körpənin sağlamlığında mühüm əhəmiyyəti vardır. 
Ana  südü  ilahi  qüdrətlə  əfsunlanmış  bir  süddür. 
Onda  körpənin  həyatı  ehtiyac  duyduğu  mühüm  vita-
minlər,  hormonlar,  orqanizmi  qoruyan  maddələr  və 
mikroblarla mübarizəedici bioloji fəal maddələr vardır. 
Ana  südündə  eyni  zamanda  ananın  xarakterini  mənən 
uşaqda  təşəkkül  etdirəcək  sirli-sehrli  amillər  mövcud-
dur. 
Ana  südündə  insanın  böyüməsi  cəhətdən  əsas  qi-
dalı  maddələr  olan  protein,  şəkər,  yağ,  fosfor  və  vita-
minlərin  optimal  miqdarı  uşağın  vücuduna  uyğun  gə-
ləcək şəkildə çox ahəngli bir nisbət və ölçüdə mövcud-
dur.  Ən  başlıcası,  bu  nemətlər  ilahi  tərəfindən  tənzim 
edilir. 
Ana südündə körpəni ilk altı ay içində bütün mik-
rob  təbiətli  xəstəliklərdən  qoruyan  əvəzsiz  maddələr 
vardır.  Bu  və  ya  digər  başqa  səbəblərlə  körpənin,  xü-
susilə  ilk  altı  ayda  ancaq  südlə  bəslənməsi  bioloji  bir 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə