38
Bu xəstəliyi B.Proteus bakteriyaları törədir. Donuz əti,
ondan hazırlanmış məhsul və məmulatların işlənilməsi
və satışı ilə məşğul olan ət kombinatı, kütləvi qida və
ticarət şəbəkəsi işçiləri listeriozla yoluxurlar.
K.V. Bobrişevin “Allah bu cür müalicə edir”
adlı kitabında nəşr edilmiş elmi arayışda, donuz əti
yeyən insanların xərçəng kimi dəhşətli bəla ilə
xəstələnmə mexanizmi barədə informasiya verilir.
Aşağıda həmin kitabdan qısaca sitat gətiririk: “Dünya
alimləri donuz hüceyrələrini əsaslı surətdə tədqiq
etdikdən sonra belə bir yekdil rəyə gəlmişlər: yağlı
donuz hüceyrəsi mədə şirəsində həll olmur, lakin insan
orqanizmində yığılaraq sonradan bədxassəli şişə
çevrilən yad cisim təşkil edir…” (K.V.Bobrişev, 1996,
s.43).
Oxucunu yormamaq üçün, donuz əti vasitəsilə
insanın yoluxduğu digər xəstəliklərin adını sadalamı-
rıq. Bunlar, donuz ətindən qida kimi istifadə etmək və
bunun insan üçün nəticələri ilə bağlı məlumatlar idi.
Donuz əti yeyən insanlar bunu da bilməlidirlər ki, do-
nuz ətinin fiziki sağlamlığa zərərli təsiri özünü həmin
an deyil, sonradan da biruzə verə bilər.
Donuzların öyrənilməsi ilə bağlı tibb-biologiya
elmlərinə aid bir sıra başqa məlumatlar da mövcuddur.
Bunlardan bəzisini sadalayaq.
Hüceyrə və molekulyar səviyyələrdə aparılan müa-
sir tədqiqatlarla sübut olunmuşdur ki, donuz toxumala-
rının quruluşu insan toxumalarının quruluşuna çox ya-
xındır. Bir çox göstəricilər, xüsusilə qanın tərkibi, həzm
prosesinin fiziologiyası, hər şeylə qidalanmaq və s.
cəhətdən insana digər heyvanlara nisbətən donuz daha
çox yaxındır. Bu mənada yalnız meymunlar istisna təş-
39
kil edir.
Doğumdan sonrakı ilk günlərdə qadının süd vəzi-
lərindən xaric olan və körpənin immun sisteminin for-
malaşmasında mühüm rol oynayan süd, bala verən do-
nuzun südü ilə, demək olar ki, eyni aminturşu tərkibinə
malikdir.
Donuzlar, insanlara xas olan xəstəliklərlə xəstə-
lənirlər. Bu zaman onlar, elə insanları müalicə etmək
üçün istifadə olunan dərman preparatları ilə (həm də
təxminən eyni dozalarda) müalicə oluna bilər. Bu ox-
şarlıqdan istifadə edən tədqiqatçılar, yeni yaradılan
dərman preparatlarının dozasını ilk öncə donuzlar üzə-
rində sınaqdan keçirirlər. Radioaktiv və toksik maddə-
lərin insan orqanizminə təsir mexanizmi və nəticələri,
donuzlar üzərində keçirilmiş təcrübələr əsasında öyrə-
nilmişdir.
Donuzların orqanizminə alkoqolun təsirinin öyrə-
nilməsi üzrə tibbi-bioloji təcrübələr çox maraqlı nəti-
cələr vermişdir. Tədqiqatlar göstərmişdir ki, həm ca-
van, həm də yaşlı donuzlar asanlıqla və heç bir məc-
buriyyət olmadan böyük miqdarda alkoqol qəbul edə
bilirlər.
Orqanizmlərində alkoqola qarşı refleks yaranmış
“əyyaş donuzlar”ın davranışı bu cür təsvir edilir:
“əyyaş donuzlar müəyyən saatlarda ayaqlarının birini
götürüb digərini qoyub xortuldayır, səbrsizliklə spirt
dolu çanağı gözləyirlər. Həsrəti çəkilən içki görünən
kimi, heyvanlar öz payları uğrunda mübarizəyə
başlayır, sonra isə birlikdə bəxtəvər surətdə döşəmənin
üstündə tir-tap uzanıb yatırlar”.
Xroniki “əyyaş donuzlar”ı öyrənən alimlər
müəyyən etmişlər ki, alkoqol donuzların orqanizmini
40
tədricən dağıdır, onların ürək, qaraciyər, böyrək və
digər orqanlarına patoloji təsir göstərməklə acınacaqlı
nəticələrə gətirib çıxarır.
Donuzlar üzərində aparılmış təcrübələrin nəticələri
xroniki “əyyaş donuzlar”la xroniki əyyaş insanların hə-
rəkət və aqibətlərində olan bənzərlikləri nümayiş etdi-
rir. Donuza gəlincə, onun beyni bütün bədən kütləsinin
cəmi 0,05%-ni təşkil etdiyindən, sərxoş vəziyyətdə öz
davranışına nəzarət edə bilmir və xroniki əyyaşlığın
təhlükəsini dərk etmir. Insan beyni isə bədən kütləsinin
2%-ni təşkil etdiyindən, o, öz davranışına nəzarət
etməli və özünü xroniki sərxoşluqdan çəkindirməli idi.
Heç olmazsa, bu fərqə görə şüurlu insan donuz kimi
içməməlidir. Bunu da qeyd etməyi zəruri sayırıq ki,
sistematik surətdə alkoqol qəbul edərək öz dav-
ranışlarında donuzlarla eyniyyət təşkil edən insanlar da
az deyillər, çünki onlar böyük Yaradanın başqa bir
qadağasını pozurlar. “Qurani – Kərim”-də həmin qada-
ğa haqqında belə buyrulur: “Ey iman gətirənlər! ġərab
da, (içki də), qumar da, bütlər də, fal oxları da
ġeytan əməlindən olan murdar bir Ģeydir. Bun-
lardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə,
5/90).
Oxucuda sual yarana bilər ki, donuz problemini nə
üçün bu qədər dəqiqliklə araşdırırıq?
Bu suala elə Miçurinin təcrübələrinə istinad
etməklə də cavab vermək olardı. Bu, həmin Miçurindir
ki, təbiətdən bəxşişlər gözləməyərək, özü də ondan
nəsə alırdı, həm də bu nəsə naməlum bir şey olaraq
qalmaqdadır… Buna görə də hal-hazırda insanlar
nəinki faydası olmayan, hətta çox zaman zərərli olan
müxtəlif cür hibrid (Geni dəyişdirilmiş - Ə-C.Ə.)
41
meyvələr yeyirlər. Bu barədə də sübutlar istənilən
qədərdir.
Insanın təbiət üzərindəki təcrübələrinin mümkün
olan məhvedici nəticələri barədə müəyyən aydınlıq
yaratmaq üçün daha bir nadir təcrübə ilə tanış olaq və
onun nəticələri üzərində düşünək. Elmi ədəbiyyatda
təqribən 20-25 min növü əhatə edən birhüceyrəlilər
üzərində aparılmış təcrübələr barədə məlumatlar möv-
cuddur. Təcrübə, bir növün digər növ ilə yemlənməsin-
dən ibarət idi. Nəticə heyranedici oldu: digər növdən
olan birhüceyrəlini yemiş birhüceyrəlidə, öz “yem”inə
məxsus irsi əlamətlər əmələ gəlmişdi.
Bundan nə nəticə çıxarmaq olar? Məntiq sadə,
nəticə isə birmənalıdır: bir fərdin özünəbənzər digər
fərdi yeməsi ilə irsi əlamətlərin bir fərddən digərinə
ötürülməsi baş vermişdi. Bu zaman xromosomlar
həzmetmə prosesində qida məhsullarının mənimsənil-
məsi ilə ötürülürdü. Birhüceyrəli orqanizmlər üzərində
aparılmış təcrübənin və birhüceyrəlilər arasındakı qar-
şılıqlı münasibətlərin modelini mürəkkəb sistemli or-
qanizmlər, xüsusi halda insan və donuz orqanizmləri
üzərinə köçürək və fərziyyə irəli sürək: “Insanlara do-
nuz əti ilə qidalanmaq, donuzların orqan və toxu-
malarını transplantasiya etmək qadağan olunma-
lıdır, çünki bu zaman gen mutasiyası təhlükəsi
mövcuddur”.
Donuz əti yeyənlərin çoxu bu mövqe ilə razılaş-
mayaraq belə bir əks-müddəa irəli sürə bilər ki, “onda,
mal əti, qoyun əti, toyuq və s. də yemək olmaz”. Lakin
bu, qətiyyən belə deyil.
Əlbəttə, inək, qoyun, toyuq orqanizmlərində də
hər cür parazitlər əmələ gəlir. Lakin onlar termik emal
Dostları ilə paylaş: |