46
26.
Zəhmət üzükdürsə, halallıq onun qaşıdır.
27.
Bismillahsız görülən hər bir işdə şeytan sizə
şərik olar; özünüzü və nəslinizi ondan qoruyun.
28. Halal qazanc ikidir, biri səni axtarar, o birinin
arxasınca sən gedərsən, zor və hiylə ilə qazanc haram
sayılar və sizi halal ruzidən məhrum edər.
47
S U S U Z H Ə Y A T Y O X D U R
Insan bədəninin orta hesabla 65-70%-i sudan
təşkil olunmuşdur. Beynin 80%-i, qanın 83-90%-i,
əzələlərin 75%-i, piy toxumasının 20%-i, sümüklərin
22-24%-i sudan ibarətdir. Odur ki, orqanizmin sağlam
olmasını nizamlamaq üçün gün ərzində müəyyən
miqdarda su qəbul etmək lazımdır.
Insan sutkada bədəninin kütləsinin hər kq-na 40 q
su qəbul etməlidir. Deməli, orta çəkili (70-75 kq) insan
gündə 2800-3000 ml su istehlak etməlidir. Insanın
suya tələbatı onun əməyinin xarakterindən və iqlim
şəraitindən asılıdır. Gündəlik su normasının bir
hissəsini (1000-1200 ml) insan çay, qəhvə və başqa
içkilərin hesabına, bir hissəsini (500-600 ml) duru
xörəklərlə, bir hissəsini (600-700 ml) çörək, meyvə-
tərəvəz və başqa bu kimi məhsullarla qəbul edir. Bun-
lardan başqa orqanizm üzvi maddələrin oksidləşmə-
sindən gündə 300-400 ml su əldə edir. Çünki, 100 q
yağın toxumadaxili oksidləşməsindən 107 ml, 100 q
karbohidratın oksidləşməsindən 55 ml, 100 q zülalın
oksidləşməsindən isə 41 ml su əmələ gəlir. Insan
orqanizmindən suyun xaric olunması böyrək (1,5 l),
bağırsaq (0,15 l), dəri (0,6 l) və ağciyər (0,35 l)
vasitəsilə baş verir.
Qida məhsullarında suyun faizlə miqdarı aşağıdakı
kimidir: kartof – 67-83; xiyar – 95; alma – 83-88; bərk
qabıqlı meyvələr – 6-14; süd – 87-90; ət – 58-74; balıq
– 62-84; pendir – 42-52; çörək-kökə məmulatı – 34-51;
kərə yağı – 16-20; kartof nişastası – 20; bal – 22; un –
13-15; yarma – 12,5-15,5; çay – 7; kakao tozu – 6;
48
quru süd – 4; ərinmiş yağ – 1; rafinad şəkər – 0,2-0,4;
toz şəkər – 0,14.
Məhsullarda su sərbəst və birləĢmiĢ formada
mövcuddur. Sərbəst su, adından məlum olduğu kimi
məhsullarda sərbəst halda rast gəlir və bunu məhsulu
qurutmaqla ondan ayırmaq mümkündür. Sərbəst su
məhsulların toxumaarası şirəsində və diametri 10
-5
sm-
dən çox olan kapilyarlarda yerləşir. Sərbəst suda həll
olmuş halda üzvi və mineral maddələr olur. Sərbəst
suyun xüsusi çəkisi 4
0
C temperaturda vahidə
bərabərdir. 0
0
C-də donur.
Birləşmiş su diametri 10
-5
sm-dən az olan mikro-
kapilyarlarda yerləşir və məhsulun başqa maddələri ilə
az və ya çox dərəcədə birləşmiş olur. Bu su saxarozanı
həll etmir və çox aşağı temperaturda (-71
0
C) donur.
Birləşmiş suyun xüsusi çəkisi adi sudan fərqli olaraq
1,2-1,7-dir.
Içməli suya müəyyən tələblər verilir. Suyun key-
fiyyəti onun şəffaflığına, rənginə, dad və iyinə, mikro-
orqanizmlərlə zədələnməsinə və həmçinin onda həll
olmuş kalsium və maqnezium duzlarının miqdarına
(suyun codluğuna) görə müəyyən edilir. Cod suda
yarma və tərəvəz pis bişir, çay yaxşı dəm almır.
Suyun çirklənməsini təyin etmək üçün koli-titr və
koli-indeks müəyyən edilir. Suyun ən az miqdarında
bağırsaq çöplərinin tapılmasına koli-titr deyilir. Dövlət
standartına görə içməli suyun koli-titri 300 ml-dən az
olmamalıdır. Koli-indeks isə bir litrdə 3 mikrobdan
artıq olmamalıdır. Suyun ümumi quru maddəsi 1000
mq/litr, ümumi codluğu 7,0 mq-ekv/litrdən çox olma-
malıdır.
Bəzi elementlərin miqdarı 1 litrdə mq/l-lə çox
49
olmamalıdır: qurğuşun – 0,1; arsen (mışyak) – 0,05;
dəmir – 1,0; ftor – 1,5; manqan – 0,1; sink – 5,0; mis –
3,0; berillium – 0,0002; selen – 0,05. Suyun pH-ı 6,5-
8,5 arasında olmalıdır. Pestisidlərin və politsiklik ətirli
karbohidrogenlərin olmasına yol verilmir.
Su haqqında yuxarıda deyilənlərdən aydın olur ki,
doğrudanda susuz həyat yoxdur. Lakin biz suyun insan
orqanizmi üçün əhəmiyyətini və bu barədə islami
dəyərləri daha geniş izah etsək, zənnimcə oxucular
üçün maraqlı olar.
Təmiz içməli suyun üstün cəhətləri
Təbiətdə saf suyu tapmaq, demək olar ki, qeyri-
mümkündür. Saf su qoxusuz, dadsız və rəngsizdir, la-
kin havadakı karbon qazı suyun içində həll olunmağa
başladığı andan etibarən dadı pozulur. Təbiətdəki sula-
rın tərkibində yad maddə, ərimiş duzlar, qazlar, kimyə-
vi maddələr, xəstəlik yaradan və ya yaratmayan mikro-
orqanizmlər, torpaq, gil və s. mövcuddur. Bunların bir
qismi gözlə, bir qismi də dad və qoxu ilə müəyyən
edilir.
Orqanoleptik xüsusiyyətləri. Su saxlanıldığı
mühitdən asılı olaraq bərk, maye və qaz halında ola
bilir. Sıxlığı əsasən temperatura bağlıdır. Suyun orqa-
noleptik xüsusiyyətlərindən temperaturu, bulanıqlığı,
şəffaflığı, rəngi, dadı, qoxusu olduqca önəmlidir. Iç-
məli su şəffaf, rəngsiz, qoxusuz və yaxşı dada malik
olmalıdır.
Suyun temperaturu. Suyun özünəməxsus dadı
temperaturdan asılıdır. Konkret istilik dərəcəsi söylən-
məsə də, ümumi olaraq içməli suyun temperaturu stan-
Dostları ilə paylaş: |