35
bəzi tarixi faktları sadalayaq.
Ev donuzlarının əcdadı digər vəhşi heyvanlara
nisbətən insandan daha az qorxan vəhşi qabandır.
Qədim insanın əkdiyi müxtəlif bitkilər vəhşi qabanları
şirnikləndirirdi. Insanların ciddi səylərinə baxmayaraq,
vəhşi qabanlar öz balaları ilə birlikdə əkin məhsulla-
rının “gecə oğrularına” çevrildi. Insanlar donuz bala-
larını tutmağa, çoxaltmağa və əhliləşdirməyə başla-
dılar. Qabanlar qabaqlarına çıxan hər şeyi yediklə-
rindən (onlar palıd qozası, yabanı bitkilərin kökləri,
həşərat, qurbağa, kiçik gəmiricilər, quş yumurtası və s.
ilə qidalanırlar) onları əhliləşdirmək çətin olmadı.
Beləliklə, vəhşi qaban indiki donuza çevrildi və ev
heyvanları cərgəsində itdən sonra ikinci yeri tutdu.
Qədim dövrlərdə Çin və Misirdə donuzlar müqəd-
dəs heyvan sayılırdı. Bu ölkələrdə donuzlar xoşbəxtlik
və firavanlıq rəmzi idi. Fironların, imperatorların və
kralların sarayında xüsusi donuzabaxan vəzifəsi
mövcud idi. Yalnız dini və dövlət bayramlarında donuz
əti yeməyə icazə verilirdi. Roma imperiyasında donuz
ətinin dadını yaxşılaşdırmaq üçün kəsməmişdən əvvəl
donuza çaxır içirirdilər.
Bəzi papius qəbilələrində isə hətta qadınlar donuz
balalarına öz döşlərindən süd də verərdilər. Yeni Qvi-
neyada yaşayan papius qəbilələri arasında donuza pə-
rəstiş halı indiyə kimi qalmaqdadır. Donuz onlarda
ailənin üzvü sayılır. Donuza adla müraciət edir, onunla
söhbətləşir, danışırlar. Donuz xəstələndikdə, yaxud şi-
kəst olduqda papiuslar kədərlənir və ağlayırlar. Papius-
lar donuzu öz yedikləri qidalarla yemləyirlər. Insan-
larla donuzlar, həmçinin digər heyvanlar arasın-
dakı bu cür münasibətlər indi də bəzi baĢqa (hətta
36
“mədəni”) xalqlarda mövcuddur.
Lakin insanlarla donuzlar arasındakı “yaxşı” mü-
nasibət, donuz əti yeməklə insanların ağır nəticələrə
gətirib çıxaran (hətta ölümlə nəticələnən) müxtəlif
xəstəliklərə yoluxmaları ilə pozulmağa başladı.
Insanların mənafeyi naminə böyük Yaradan,
donuz əti yeməyi onlara qadağan etdi. Insanlara bu
qadağan haqqında hələ Bibliyada xəbər verilmişdir:
“Onların ətini yeməyin və leĢlərinə toxunmayın;
onlar sizin üçün murdardır” (“Bibliya”, “Levit”
kitabı, 11:8).
Lakin təəssüf ki, insanlar həqiqəti anlamadılar,
idraklarının səsinə qulaq asmadılar və “öz yolları” ilə
getdilər. Həmin yolun hara aparıb çıxardığını isə,
gəlin, birlikdə araşdıraq. Artıq bu gün donuz ətinin
insan orqanizminə zərəri barədə inkaredilməz elmi
faktlar mövcuddur. Bu dəlillərdən bəzisini sadalayaq.
Alimlərin çoxsaylı tədqiqatları nəticəsində müəy-
yən olunmuşdur ki, təkcə ev donuzunun deyil, qabanın
da ətini yedikdə, insan trixinelyoz kimi ağır xəstəliyə
yoluxur. Bu xəstəliyin törədicisi donuz orqanizmində
yaşayan “trixinella” (Trishinella spiralis) adlı parazit-
dir. Yoluxmuş donuz ətini yedikdən, adətən 2-3 həftə
sonra trixinelyoz xəstəliyi başlayır. Bu zaman bədənin
hərarəti xeyli yüksəlir, möhkəm baş ağrıları və
əzələlərdə ağrılar başlayır, mədə-bağırsaq pozuntuları,
ürək-damar çatışmazlığı, ürəkbulanma, qusma, titrətmə
müşahidə edilir. Xəstəliyin daha xarakterik əlaməti
üzün, və göz dəliklərinin şişməsinə səbəb olur ki, bu
xəstəlik xalq arasında “şişkinlik” adlandırılır.
Bunu da bilmək vacibdir ki, donuz ətindəki
xəstəliktörədici “trixinellər” xarici təsirlərə qarşı xeyli
37
davamlıdır. Onlar hətta -10
0
C temperaturda dondurul-
muş ətdə belə yaşayır. Bir vaxtlar elə hesab edirdilər
ki, trixinellər -35
0
C-dən aşağı və +100
0
C-dən yuxarı
temperaturda məhv olur. Lakin müasir bioloji tədqiqat-
lar nəticəsində sübut olunmuşdur ki, bu cür tövsiyyələr
tamamilə səmərəsizdir, çünki ətdəki trixinell sürfə-
lərini heç bir üsulla məhv etmək mümkün deyil.
Trixinell sürfələri üçün yüksək və aşağı tempera-
turlarda istənilən üsulla emal prosesləri qətiyyən qor-
xulu deyil, bu mənada, duzlama və hisəvermə proses-
lərindən danışmağa belə dəyməz.
Bəzən hətta ölümlə nəticələnən bu cür təhlükəli
xəstəlikdən yeganə qorunma üsulu – donuz əti yemə-
məkdir. Trixineldən başqa, donuzların bədənində vi-
ruslar da yaşayır və çoxalır. Ensefalit (baş beyin ilti-
habı) kimi ağır xəstəliyin virusu qansoran həşəratlar
vasitəsilə donuzlardan insanlara ötürülür. Yoluxucu
ensefalit virusu çox kəskin ağırlaşmalara – üz və ətraf
əzələlərinin qıc olmasına, iflicə, udma və tənəffüs
pozuntularına, huşun itirilməsinə, psixi pozğunluqlara,
çox vaxt isə ölümə səbəb olur.
1999-cu ilin yazında Malayziyada yüksək ölüm
səviyyəsi ilə müşayiət olunan ensefalit epidemiyasının
yayılması, bu mənada çox səciyyəvi hadisədir. Ölkə
hökuməti əlverişsiz bölgələrdəki bütün donuzların
məhv edilməsi haqqında qərar qəbul etdi. Bu zaman
400000-ə yaxın donuz məhv edildi. Əlbəttə, bu, dövlət
üçün böyük maddi zərər idi. Amma bütün əhalisi
Yaradanın qadağanlarına riayət edən bir ölkədə belə
hadisələr baş verə bilməz.
Donuz vasitəsilə insanın yoluxduğu, bundan heç
də az təhlükəli olmayan digər xəstəlik isə listeriozdur.
Dostları ilə paylaş: |