Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə11/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   7   8   9   10   11   12   13   14   ...   159

35

İbrahimbəyin səyahətnaməsi

İbrahim bəy sözünü davam etdirdi:

“Haman şəxs atasının illik sədaqətli xidmətləri müqabilində 

ildə Tehrandan yüz iyirmi tümən təqaüd alardı. Lakin on ilə ya-

xın idi ki, əlinə bir şey çatmırdı. Yazıq kişi məsələni ayırd etmək 

üçün Tehrana getməli olur. Orada məlum olur ki, təqaüd hər il 

öz qaydası ilə göndərilir. Ancaq özünü iranlıların ölüsü və dirisi-

nin qəyyumu hesab edən İstanbul səfi ri onu bütünlüklə içəri salır. 

Özü də nə sorğu-sualdan qorxur, nə də bir adamdan xəcalət çəkir. 

Həmin səfi r yalnız onu deyil, İstanbulda və onun ətrafında olan 

bütün iranlıların malını hər gün ələ keçirib, heç nədən vahimə 

et mədən yiyələnir. Əlqərəz, o biçarə uzun-uzadı yolun zəhmət-

əziy yətini, səfər məşəqqətini çəkdikdən sonra təzədən Misirə 

qa yıdır. Siz ki, mənim xasiyyətimə bələdsiniz. Bu kişinin İran-

dan gəlməsini eşidən kimi görüşünə getdim. Tehranın və İranın 

vəziyyətini soruşdum. Nə kimi xoş xəbərlər varındır?” – dedim.

“Heç nə yoxdur,” – dedi.

Dedim:


“Padşahlığın vəziyyətini, nazirlərin ölkəni necə idarə et-

diklərini soruşuram.”

“Heç nə yoxdur,” – deyə yenə də cavab verdi.

Ölkənin idarə olunması vəziyyətini, qoşunun nizam-inti-

zamını soruşdum. Yenə də əvvəlki kimi dedi:

“Ərz elədim ki, heç bir şey yoxdur.”

“Qəribə adamsan,” – dedim. – “Məgər bu ölkədə  hərbi 

na zir, daxili işlər nazirliyi, xarici işlər nazirliyi, maarif, ma-

liyyə, milli gəlir, kənd təsərrüfatı, ticarət nazirlikləri yoxdur?”

“Bunların hamısının adı var,” – dedi. – “Qulluqçuları və ka-

tibləri də vardır. Hətta suda çürümüş iki hərb gəmisi üçün hərbi 

dəniz donanması naziri və nazirliyi də düzəldiblər! Elə yalnız 

bununla ölçə bilərsən ki, başqa nazirliklərin vəziyyəti necədir”.

Fars dilindən tərcümə edəni:

H.Məmmədzadə



36

MİRZƏ ƏBDÜRRƏHİM TALIBOV

Mirzə Əbdürrəhim Talıbov (1837-1911) Güney Azər-

bay canın Təb riz  şəhərinin Sürxab məhəlləsində dülgər 

ailəsində  anadan  ol   muş dur.  Əvvəlcə mollaxanada, sonra 

mədrəsədə oxu muş,  da   ha  sonra  Tifl isdə təhsilini davam et-

dirmişdir. Ərəb, fars, rus, ingilis və fransız dillərinə bələd 

olmuşdur. Bir müddət  yol  çəkmə idarəsində çalışmışdır. 

Sonra müstəqil yol tikintisi kon  toru açmış, Qafqaz-Stav-

ropol şose yolunun çəkilişində iş ti rak  etmişdir. 

İranın birinci Milli Məclisinə deputat seçilsə də, im-

tina etmişdir.

İlk orijinal bədii  əsəri “Kitab yüklü eşşək” (1888) 

alleqo rik  romanında maarifçiliyi təbliğ etmişdir. “Səfi -

neyi-Talibi,  ya  Ki  tabi  Əhməd” (“Talibin gəmisi, yaxud 

Əhmədin kitabı”, iki cild də, 1894-1895) əsəri uşaq la rın 

hə yatından bəhs edir. Əsərlərini fars dilində yaz mışdır. 

“Məsalikül-məhsinin” (“Xeyirxahların yo 

lu”, 1905), 

“Məsailül-həyat” (“Həyat məsələləri”, 1906), “İza hat 


37

dər xüsusi azadi” (“Azadlıq haqqında izahat”, 1906), 

“Si  yasəti-Talibi” (“Ta libin siyasəti”, 1911) ədəbi-elmi 

və pub lisistik əsərlərin mü əllifi dir. Bu kitablarda Şərqin 

ictimai-si yasi  problemlərinə toxu nulmuş, qabaqcıl ide-

yalar, xeyirxah əməllər təbliğ olunmuş dur.  Onun  əsərləri 

İranda 1905-1911-ci illər inqilabı ideyalarının güc lən-

məsinə təsir göstərmişdir 

Mirzə  Əbdürrəhim Talıbov  Şimali Qafqazda, 

Teymurxan şurada (indiki Buynaksk şəhə rində) vəfat et-

mişdir.


38

Mirzə Əbdürrəhim Talıbov

KİTAB YÜKLÜ EŞŞƏK

(Romandan parça)



Mehriban ağam

Mirzə Cəfərin hüzuruna

Ey mənim əziz sahibim! Bu səbirli yükdaşıyan və sədaqətli 

xidmətçiyə olan mərhəmət və qayğıkeşliyinizdən razıyam. La-

kin bizim həmnövümüz olan eşşəklərə təhqiramiz gözlə baxır, 

bizi  şüursuz heyvan, tərbiyə  və  təhsildən xəbərsiz təsəvvür 

edirsiniz. Eşşəklərin yaşayış aləmindən cənab alinizin düzgün 

xəbərdar olması üçün bu kiçik kitabı yazıb Sizin hüzurunuza 

təqdim et məyi lazım bildim. Kitabın mövzusu – bu sədaqət-

li yük daşıyanın sərgüzəşti və həyatında baş verən hadisələr-

dir. Bunlarla tanış olandan sonra, biz erkək eşşəklərin, dişi 

eşşəklərin və qoduq ların bəşər övladından, cənab alinin həm-

cinslərindən çəkdikləri əzab və əziyyətlər Sizə bəlli olacaqdır. 

Habelə biləcəksiniz ki, biz uzunqulaqların şəkil və məzmunda 

necə bəhrəmiz, zövq və idrakda nə kimi rütbəmiz vardır. Eyni 

zamanda, cənab aliyə məlum olacaqdır ki, gənclik dövründə 

mən yazıq necə ehtiras aludəsi və diribaş olub, nəfs və ehtiras 

üzündən nə kimi əziyyətlər çəkmişəm. Nəhayət, tarixin qulaq-

burmalarını qəbul edərək düzgün yola istiqamət almışam. 

Bəli, ağacan! Cəhalət və nadanlıqla qarışıq olan gənclik 

ehtirası istər bəşər cinsində, istərsə eşşəkdə o qədər davam 

edər ki, qocalıq tozu başa qonar, bədəndə ahıllıq süstlüyü 

başlayar. Bu vaxt gəncliyə heyif silənmək və acizlik dövrü ye-

tişdikdə, təbii olaraq, bizim rəftar və əməllərimizdə bir düz-

günlük  əmələ  gələr. Çarəsizlikdən və  pərişanlıqdan kədər-

lənərik. Bu vaxt çalışarıq ki, canımız salamat, adımız şöhrətli 

olsun və keçmiş günlərin səhvlərini düzəldək. Mən sədaqətli 

yükdaşıyan da belə nəticə çıxartdım. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə