Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə13/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   9   10   11   12   13   14   15   16   ...   159

42

Mirzə Əbdürrəhim Talıbov

Mən yenə dodaqlarımı yalayırdım. Ona qətiyyən etina 

et mirdim.  Məşhur “Axmaqların cavabı susmaqdır” məsəlinə 

ria yət edirdim. Sonra üzümü döndərib dalımı ona tərəf çevir-

dim. 

Həyasız ifritə şallağını əlinə alaraq mənə o qədər kötək 



vurdu ki, səbr kasam daşdı, hövsələdən çıxdım. Ona üç şıllaq 

at dım. Birinci şıllaqda burnunu əzib dişlərini sındırdım, ikinci 

tə piklə əlini əzdim, qaçmağa üz qoyarkən atdığım üçüncü şıl-

laq qarnına dəydi. İfritə huşunu itirib yerə sərildi.

İyirmi nəfərə yaxın kəndli əl ağacları və kəməndə oxşar 

qamçıları ilə mənə hücum çəkdi. Məni o ki var döydülər. Nə-

hayət, yorulub getdilər. Həyasız ifritəni də əl-qolundan yapı-

şıb başqa bir tərəfə apardılar, müalicəsi ilə məşğul oldular.

Mürvətsiz kötək vuranlar məndən uzaqlaşıb öz alverləri 

və başqa işləri ilə məşğul olarkən mən yenə də fürsəti ötür-

məyib başqa səbətdəki təzə göyərtiləri bütünlüklə yedim. Bu 

şirinlik bədənimdəki ağrını və azarı apardı.

Camaat üstümə tökülüb məni insafsızcasına döydüyü 

za  man  mənim bağlandığım paya çəkiş-bəkiş nəticəsində  lax la -

mışdı. Elə ki, göyərtiləri yeyə-yeyə ikinci səbəti də bo şalt dım, 

rahat olub özümü bənddən qurtarmış  və  bəla toru nu qır mış 

gördüm. Üzümü kənd yoluna döndərdim. Sakitcə  və nazla-

na-nazlana ge dirdim. Yolda mənə rast gələn adamlar pa  lansız, 

yüksüz, sahib siz və özbaşına getməyimə  təəccüb  edir  dilər. 

Deyirdilər ki, bu eşşək noxtasını qırıb tövlədən qaçmışdır.

‒ Yazıq dustaqlıqdan qaçıb, – deyə birisi söylədi.

– Yox, soncuqlayıb yükünü atıb, – deyə digəri bildirdi. – 

Nə isə, xətakarlıq edib.

– Bu özbaşınaya tənbeh etmək, belinə qoşa minib getmək 

lazımdır.

Mən öz fərasətimi və həlimliyimi sübut etmək üçün hə-

min sözü söyləyən kəndliyə yanaşdım. Kəndli əli ilə başımı 

tumar layıb yoldaşlarına dedi:




43

Kitab yüklü eşşək

– Əcəb xoşxasiyyət, ziyansız heyvandır!

Onun bu sözlərinə  mən dodaqaltı güldüm. Ey əziz ağa, 

fi kirləşdim ki, sizin həmcinsləriniz biz dördayaqlılar cinsin-

dən də çox avamlıq girdabına cummuşlar. Açıq və aydındır 

ki, hər bir zülmkar və  qəsbkar  şəxs özünün əli altındakıları 

yola versə, onlardan yumşaqlıq və xidmət görər; əgər pislik və 

kobudluq etsə, əvəzində ziyan və əziyyət çəkər. 

“Vəqte-zərurət ço nəmanəd qoriz

Dəst bekirəd səre-şəmşire-tiz”.

1

Biz eşşəklər cinsi yalnız özümüzə yetirilən bəla üçün 



qisas almaq istəyən vaxt dikbaş  və inadcıl oluruq. Deməli, 

yaran mış ların ən şərəfl isi ilə bizim fərqimiz budur ki, nemət 

və məhəbbət müqabilində ziyankarlıq etmirik.

Xülasə, həmin kəndli belimə minib öz evinə getdi. Onun 

arvadı və uşaqları məni dövrəyə alıb nəvaziş göstərdilər. Məni 

saxlamaq istədilər. Mərdlik eşşəklərə  məxsus olduğu halda 

onlar bunu özlərinə aid etmişdilər, bunun üçün də sahibimə 

vəfasızlığı şənimə sığışdırmayıb həmin kəndlinin evində qal-

mağı lazım bilmədim. İnsan cinsi deyiləm ki, öz intiqamımda 

bir hüdud qoy mayım. O həyasız qadından gördüyüm ziyan-

karlığa əvəz ola raq, onun ağız-burnunu əzib yerə sərməyimi 

kifayət hesab etdim. Kəndlinin həyətindən özümü bayıra ata-

raq, yüyürməcə yola düşdüm. Öz sahibimin evinə çatdıqda 

onun balaca qızı məni görcək qışqırdı:

– Baba, Çoşşa nənəmsiz gəlib, bəs nənəmi neyləyib?

Sahibim otaqdan eşiyə çıxdı. Məni palansız və qırıq noxta 

ilə gördü. Yaxına gəlib, mənə bir neçə təpik vurdu və dedi:

– Ey axmaq eşşək, bəs arvadımı neylədin, necə qaçdın? 

Əvvəlcə sənə yüz qamçı vuracağam! Didilmiş noxtamı başım-

dan çıxartdı; iki təpik ilişdirib məni otlağa qovdu.

1

  İran şairi Sədi Şirazinin (1184-1291) “Gülüstan” kitabından bir beytdir. 



Tərcüməsi: 

“Kim bəd ayaqda qaça bilməz, yəqin 

Xəncərin ağzına verər öz əlin.”



44

Mirzə Əbdürrəhim Talıbov

Tək-tənha otlağa girən kimi hay-küy və  qışqırıq səsləri 

eşitdim. Yavaşca otlağın  ətrafındakı  çəpərin yanına gəldim. 

Ba şı mı çevirərək yola tərəf baxdım. Gördüm ki, həyasız sahi-

bəmi bir taxtanın üstündə gətirirlər.

Evdəkilər qarşılamağa qaçdılar, ağlaşma başlandı. Mən 

ahəstə başımı geri çəkib, arxayınca otlamağa başladım.

Sahibəmi evə gətirən adamlar təfsilatı onun ərinə danış-

dı lar. Ev sahibi böyük oğlunu çağıraraq, ona uzun bir şallaq 

ve  rib  dedi:

– Bu həyasız dördayaqlıya yüz qamçı vur. Ancaq gözlə ki, 

ölməsin, qiyməti kisəmizdən gedər.

Mənim ağam, əgər Siz mənim yerimə olsaydınız, yəqin 

ki, məndən də artıq qorxardınız, amma bu işin çarəsi üçün 

şüurunuz  əsla məndəki qədər olmazdı. Canı qorumaq vacib 

olduğu üçün və  mən özümdə yüz qamçı yeməyə halət gör-

mədiyimdən abrımı və mülkiyyət qanununa riayət etməyi bir 

kənara atıb, otlaqdan kənara çıxdım. Üzü səhraya doğru qaçır, 

heç yerdə dayanmır və dala da baxmırdım. O qədər qaçdım 

ki, yorulub əldən düşdüm. Qulaq asıb bir ayaq səsi eşitdim. 

Yaxınlıqdakı təpənin üstünə çıxıb ətrafa göz gəzdirdim, heç 

nə görmədim. Asudəcə nəfəsimi dərib Allaha şükür etdim ki, 

zülmkar sahiblərimin əlindən yaxa qurtarmışam. 

“İndi nə etmək lazımdır? – deyə düşündüm. – Əgər bu 

ət rafda qalsam, mütləq məni görüb tanıyacaq və darta-darta 

Musa abad  kəndinə aparacaqlar. Sahibimin evində məni göz-

ləyən əziy yət və cəzadan pənah Allaha!”

Bir qədər də ətrafa baxdım. Özümdən başqa heç kəs yox 

idi. Yazıqlığıma və yalqızlığıma ağladım. Yenə yoluma da-

vam etdim... Nəhayət, bir meşənin kənarına çatdım. 

Meşədə axar bir çay, otlaq bir çəmən tapdım. “Allah təala 

məzlumların əlindən tutan və çarəsizlərin da dına çatandır, – 

de yə öz-özümə söylədim. – Bir neçə gün bu rada qalıb, bir qə-

dər ətə-cana gələndən sonra daha uzaqlara səfər edə cəyəm”. 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə