Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə10/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   6   7   8   9   10   11   12   13   ...   159

31

İbrahimbəyin səyahətnaməsi

ümidgahım olan evinizdə qaldıq. Çox təəssüf ki, sizi görmək 

şərəfi  bizə qismət olmadı. Ancaq üç gün sizin ev adamlarına 

zəhmət verib, dördüncü gün Batum yolu ilə Xorasana tərəf 

hərəkət etdik. Sağ-salamat məqsədə çatsaq, sizin əvəzinizdən 

də ziyarət edəcəyik.  İşdir, ölüm-itim olsa, onda gərək boy-

numda olan dostluq borcunu halal edəsiniz. Sizin kitabların 

arasında bir cild “Kitabi-Əhməd” görüb, götürdüm, yolda onu 

oxumaqla vaxtımı keçirmək istədim. Hərçənd ki, onun müəl-

lifi  bir sıra mühüm mətləblərə toxunub, həm də alim və kamil 

adama oxşayır, amma İranın vəziyyəti barəsində eyham və 

işarə ilə bir para şeylər yazıbdır. Görünür, ya İrandan xəbər-

sizdir, ya da yanılıbdır. Əgər belə deyilsə, onda bizlərdən de-

yil. Mənim haqqımda sizin xeyir-duanızı arzulayıram. Yusif 

əminin də sizə salam-duası var. İmza: İbrahim”.

Məlum oldu ki, məktubu yazan mənim dostum İbrahim 

bəy imiş. Çox heyifsiləndim ki, onun gəldiyi vaxt mən İstan-

bulda olmamışam. Onu görsəydim, bütün İranı səyahət etmək 

fi krini  başından çıxarar, nəsihət edib tapşırardım ki, yalnız 

Məşhədi ziyarət etməklə kifayətlənsin, Batum və  Aşqabad 

yolu ilə getsin və ziyarətdən sonra həmin yolla da qayıtsın. 

Çünki bilirdim, İranın daxilinə  səfər etsə, vətənin pərişan 

vəziyyətini görüb qüssə-kədərdən xəstələnəcəkdir. Bundan 

əlavə, qorxurdum ki, o xoşagəlməyən vəziyyəti görəndən son-

ra bir para başçılar haqqında artıq-əksik danışsın və başına 

bir bə la  gəlsin. Mən onun əhvali-ruhiyyəsinə yaxşı bələdəm. 

Axı, o özü mənə qəribə bir hadisə nəql etmişdi. Deyirdi ki: 

“Bir gün Misirdə  şəhər parkında üç-dörd nəfər iranlıya rast 

gəldim. Gəzməyə  çıxmışdılar. Onların arasında altmış yaş-

lı bir kişi də vüqarla addımlayırdı. Saqqalına qoyduğu bas-

manın rəngi getmiş, paltarı  cırım-cındır, ayaqqabıları köhnə 

qartmaqlı, çatdaq dabanı, yırtıq, rəngbərəng corabı ayaqqabı-

sından bayıra çıxmışdı. Hər neçə addımdan bir də ayaqqabı-

sının bir tayı özündən təxminən üç addım qabağa tullanırdı. 




32

Zeynalabdin Marağayi

Başında köhnəlikdən qara rəngi yaşıla çalan mahud papağı 

var idi. Gördüm, bir şir-xurşid nişanını da papağına vurub, 

hələ üstəlik yüz yerdən cırılmış olan geyməsinin yaxasından 

da üçüncü dərəcəli şir-xurşid nişanı ilə üç-dörd gümüş medal 

asıbdır. Məlum oldu ki, bunlar səyahət üçün Misirə  gəlmiş 

İran hacılarındandırlar. Yaxınlaşıb salam verdim və dedim:

“Allah ziyarətinizi qəbul eləsin, deyəsən allahın evinin 

ziyarətindən gəlirsiniz.”

Dedi:


“Bəli, allah sizə də qismət eləsin.” – Sonra soruşdu:

“Siz fars dilini harada öyrənmisiniz?”

Dedim:

“Mən də iranlıyam.”



Dedi:

“Harasındansınız?”

Dedim:

“Azərbaycandanam.”



Soruşdum:

“Bəs siz haralısınız?”

Dedi:

“Xəmsə əhliyəm.”



Adını soruşdum. Dedi:

“Adım Hacı Yavərdir.”

Dedim:

“Siz təzə Hacı olubsunuz, “yavərlik” də ki, rütbədir, bəs 



əsl adınız nədir?”

Dedi:


“Rüstəm Yavər.”

Dedim:


“Çox pakizə, böyük adınız vardır. Mənim sizdən bircə 

təvəqqəm var.”

Dedi:

“Buyur görək.”




33

İbrahimbəyin səyahətnaməsi

Dedim:


“Bura Misirdir, hər millətdən burada vardır, hər addım-

başı neçə  nəfər  əsgər, sərhəng və yavər görmək olar. Baxın 

görün nə gözəl, müntəzəm və qaydası ilə tər-təmiz geyinib-

lər. Siz də  gərək heç olmasa papağınızın üstünə taxdığınız 

şir-xurşid əlamətinin hörmətini saxlamaq, dövlət və millətin 

heysiyyətini qorumaq xatirinə hərbi dərəcənizin şəninə uyğun 

bir paltar geyəsiniz ki, biz də onu görəndə  fəxr edək. Sizin 

pərişan görkəminizdən adam xəcalət çəkir.”

Dedi:

“Biz ziyarətçiyik, paltarımız vilayətimizdə qalıbdır.”



Dedim:

“İndi ki, paltarını orada qoyub gəlmisən, onda gərək pa-

pağına vurduğun əlaməti, döşündə gətirdiyin nişan və medal-

ları da orada qoyaydın, özünlə  gəzdirməyəydin. Gətir mi sən 

də, eybi yoxdur, aç qoy cibinə, vilayətinə çatandan sonra yenə 

də işlədərsən.”

Dedi:

“Füzulun biri! Sənə nə, məgər bu vilayətin hakimisən?”



“Yox, nə füzulam, nə də vilayət hakimiyəm; milli təəssüb 

məni vadar edir ki, sizə bu yaramaz əməlin qəbahətini başa 

salım.”

Birdən gördüm Hacı Yavərin halı dəyişdi. Dedi:



“Köpək oğlu, qələt eləyirsən məni başa salmaq istəyirsən. 

İranda olsaydın ... verərdim ... ağac...”

Bu söyüşləri eşitdikdə başım gicəldi. Heç nədən çəkin-

mədən iki-üç karlı şillə qulağının dibinə yamadım, yaxasın-

dan tutub silkələdim. Papağı başından düşdü. Bu vaxt bir neçə 

nəfər gəlib bizi araladı. Yoldaşlarından biri irəli gəlib dedi:

“Həmyerli, bilirsən kimə əl qaldırırsan? Bu Hacı Yavər-

dir ha! Vilayətdə onun yeddi para şeşdank kəndi var. Hələ 

bağ-bağatı, dəyirmanlarını demirəm, bir alay sərbazı var ... və 

sairə və sairə...”




34

Zeynalabdin Marağayi

Xülasə, hirsimdən əsirdim. Şeytana lənət oxuyub evə get-

dim”.

İndi təsəvvür etmək çətin deyil ki, İranda belə bir ada-



mın başına öz dili ucundan nə kimi oyunlar gələ bilərdi. Bu 

mülahizələrə görə mən onun İranı səyahət etməsini məsləhət 

görməzdim. Həqiqəti gizlədə bilmərəm, İbrahim bəy sarıdan 

nigaran qalmışdım. Nəhayət, səkkiz aydan sonra günlərin bi-

rində evin nökəri xəbər gətirdi ki, İrana gedən o iki qonaq qa-

yıdıb gəlmişdir. Qaça-qaça qapıya tərəf getdim. İbrahim bəy 

və Yusif əmi ilə görüşüb öpüşdükdən və xoş-beş elədikdən 

sonra otağa gəldik. 

Dedim:

“Qardaşım, sizdən çox nigaran idim. Qaldığınız yerin ün-



vanını bilsəydim, teleqram vasitəsilə  əhvalınızı soruşardım. 

Allaha şükür, sağ-salamat qayıdıbsınız. Ümid edirəm yollarda 

və gəmidə əziyyətə düşməmisiniz?”

Dedi:


“Xeyr, Trabzon yaxınlığında bir az külək qalxıb dənizi tə-

latümə gətirdi, ancaq tez qurtardı.”

“Hansı gəmi ilə gəldiniz,” – deyə soruşdum.

“Rus gəmisi ilə.”

“Yaxşı, indi kefi n necədir?”

“Sizin duanızın xeyir-bərəkətindən yaxşıdır.”

“Bəs bu uzun səfəri atnan, qatırnan necə başa vurdunuz?”

“Bir təhər başa vurduq.”

“Səfərə çıxmaqdan qabaq öz niyyətini nə üçün mənə bil-

dirmədin?”

“Vallah, əslinə baxsan, əvvəl heç belə bir səfərin əzmində 

deyildim. Yola çıxmaqdan iki-üç gün əvvəl belə bir səyahət 

fi krinə düşdüm. Buna da səbəbkar  şirazlı Ağa  Əhməd oldu. 

Gərək ki, siz də Ağa Əhmədi tanıyasınız. Siz Misirə təşrif gə-

tirən vaxt hərdənbir bizim evə gələrdi.

“Bəli, bəli, yadımdadır,” – dedim.




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə