Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə17/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   13   14   15   16   17   18   19   20   ...   158

39 
 
ki,  bu  siyasət  Aərbaycan  mühitində  milli  müqavimət  duyğusunu  gücləndirirdi. 
Tədqiqatçı  H.Cavidin  “Topal  Teymur”unun  məhz  bu  cür  milli  müqavimət 
duyğusundan  doğduğunu,  onun  “dövrün,  zamanın  milli  –  siyasi  sənədi”  kimi 
ərsəyə  gəldiyini  göstərəndə  də,  “bu  sənədi  imzalayan  tək  şəxsiyyət  isə  yalnız 
H.Cavid deyil. Ona milli idealistlər də, milli marksistlər də qol qoya bilərdi” fikrini 
dövriyyəyə  buraxanda  da  tamamilə  haqlı  idi.  B.Çobanzadənin  ədəbiyyat  tarixini 
ümumtürk  ədəbiyyatı  kontekstində  tədqiq  və  dövrləşdirmə  siyasəti  təpədən  – 
dırnağa milliliklə türkçülüyün vəhdətindən güc alırdı.  
Tədqiqatçının  ədəbiyyat  tarixinin  dövrləşdirilməsinə  dair  elmi  –  nəzəri  və 
metodoloji  konsepsiyası  ilk  dəfə  onun  “Son  dövr  Krım  –  tatar  ədəbiyyatı  tənqid 
təcrübələri”  adlı        tədqiqatında  praktik  olaraq  həyata  keçirilmişdir.  O,  ədəbiyyat 
tarixini  dövrləşdirmənin  ilk  təcrübəsini  Krım  –  tatar  ədəbiyyatının  tarixi  inkişaf 
yoluna  əsasən  aparmışdı.  Onun  tədqiqatında  dağınıq  şəkildə  əks  olunan 
dövrləşdirmə  təsnifatını  professsor  N.Şəmsizadə  (Babayev)  aşağıdakı  kimi 
ümumiləşdirir: 
“I. İslama qədərki dövr. Bu dövr iki ədəbi qola ayrılırdı: a) Orxon abidələri – 
xaqanlar  və  tekinlər,  dövlət  dili  və  “klassik  üslublu  ədəbiyyat”,  b)  “Qara  xalq 
ədəbiyyatı” 
II. İslamdan sonrakı dövr. Müəllif bunu “üçqatlı ədəbiyyat” dövrü hesab edir: 
a) saray ədəbiyyatı, b) din ədəbiyyatı, c) xalq ədəbiyyatı 
III.  Yeni  dövr  ədəbiyyatı  –  1905  –  ci  ildən  sonrakı  ədəbiyyat.  Bu  dövr  üç 
mərhələyə bölünür: 
a)
 
1905 - 1917,     b)1917 – 1922,         c)1922 – 1927” (3, 70) 
N.Şəmsizadə  “ictimai  –  iqtisadi  inkişafın  fasiləsizliyinə,  tarixi  tərəqqinin 
obyektiv  təkamülünə  istinad  edə  bilməməsi”  baxımından  B.Çobanzadənin 
təsnifatının  “ciddi  elmi  əsasa”  malik  olmaması  qənaətinə  gəlir.  Ancaq  məsələ 
burasındadır  ki,  B.Çobanzadənin  ədəbiyyatı  tarixi  dövrləşdirmə  konsepsiyasında 
ədəbiyyatın  tarixi  təkamülünü  bütövlükdə  ictimai  –  iqtisadi  inkişafa  tabe  tutmaq 
tendensiyası  yoxdur.  O,  yuxarıda  da  qeyd  edildiyi  kimi,  ədəbiyyatın  tarixi 
dövrləşdirilməsini  “ümumi  ictimai  və  iqtisadi  qanunlardan  əlavə”,  ədəbiyyatın 
“özünün  xüsusi  təbiətinə”,  “öz  xüsusi  inkişaf  yollarına,  qanunlarına”  əsasən 
aparmaq  tərəfdarı  idi.  Ədəbiyyatın  tarixi  dövrləşdirilməsinin  ictimai,  siyasi  və 
iqtisadi  münasibətlərlə  əlqələndirərək aparmağı o, keçid xarakterli bir konsepsiya 
kimi  qəbul  edirdi.  Bu  zaman  o,  xüsusən  türk  xalqları  ədəbiyyatı  tarixinin  bütün 
incəliklərinə  qədər  öyrənilmədiyini,  buna  görə  də  dövrləşdirmədə  daha  davamlı 
elmi konsepsiyalar irəli sürməyin çətin, mövcud vəziyyətdə isə mümkünsüz olması 
qənaətinə gəlmişdi. B.Çobanzadə müəyyən mənada ədəbiyyatın avtonomluğunu da 
qəbul edirdi. Perspektivdə o, dövrləşdirməni ədəbiyyatın tarixi təkamülünün daxili 
qanunauyğunluqları əsasında aparmağı da mümkün sayırdı. Fikrimizcə, “Son dövr 
Krım-  tatar  ədəbiyyatı  tənqid  təcrübələri”  əsərində  irəli  sürdüyü  dövrləşdirmə 
prinsipini  o,  özü  də  mükəmməl  bir  prinsip  kimi  yox,  ümumən  tarixi  çox  az 
öyrənilmiş Krım – tatar ədəbiyyatı ilə bağlı keçid xarakterli bir bölgü kimi təqdim 


40 
 
etmişdi.  Tarixi  dövrlərin  bölgüsü  aparılarkən  həm  xronoloji,  həm  də  ictimai  – 
siyasi  faktorlar  prinsipi  axıra  qədər  gözlənilmişdi.  Lakin  tarixi  dövrlərin  daxili 
bölgüsündə  B.Çobanzadənin  öz  təbiri  ilə  demiş  olsaq,  “prinsip  vəhdəti” 
pozulmuşdu.  
Birinci iki dövrün daxili bölgüsü bədii materialın xarakteri əsasında aparıldığı 
halda,  üçüncü  dövrün  daxili  bölgüsü  xronoloji  prinsipə  tabe  tutulmuşdu.  Bu  cür 
bölgülərin  qüsuru  onda  idi  ki,  ədəbi  prosesin  tarixi  təkamülünü  axıra  qədər 
izləməyə  imkan  vermirdi.  Bununla  belə,  B.Çobanzadənin  daxili  bölgülərində 
kifayət qədər maraqlı cəhətlər də müşahidə etmək mümkündür. Bu bölgülərdə ayrı 
–  ayrı  tarixi  dövrlərə  məxsus  ədəbiyyatların  fərqli  estetik  prinsiplər  əsasında 
meydana  çıxmasının,  tarixi  ədəbi  proseslərdə  müxtəlif  təmayüllərin 
mövcudluğunun  əlamətdar xüsusiyyətlərini izləmək  mümkündür. Onlar  ədəbiyyat 
tarixində  cərəyan  edən  hadisələrin  mahiyyətini  daha  dəqiq  başa  düşməyə  və  izah 
etməyə  imkan  verir.  Əslində,  bu  daxili  bölgülər  B.Çobanzadənin  ədəbiyyata 
metodoloji baxışının praktik ifadəsi idi.  
 
ƏDƏBİYYAT 
1.Azər  İ.Ə  (Azər  Turan).  Hüseyn  Cavid  yaradıcılığının  ədəbi-fəlsəfi  qaynaqları 
(namizədlik dissertaiyasının avtoreferatı). Bakı, 2010. 
2.Babayev N. Bəkir Çobanzadə / Fikrin karvanı (məqalələr məcmuəsi). Bakı. Yazıçı, 
1984. 
3. Babayev N. Ədəbi mübahisələr. Bakı. Yazıçı, 1986. 
4.  Çobanzadə  B.  Seçilmiş  əsərləri.  5  cilldə.  III  cild.  Bakı.  “Şərq-Qərb”  nəşriyyatı, 
2007. 
 
Мящбубя Гурбанова

 
 
БЯКИР ЧОБАНЗАДЯНИН МЕТОДИКИ ЭЮРЦШЛЯРИ 
 
Эюркямли  тцрколог  Бякир  Чобанзадянин  елм  аляминя  эялиши  халг 
маарифинин  эенишляндийи,  милли  щяйатын  ойандыьы,  милли  интибащын  башландыьы, 
халгын  мяняви  ещтийаъларынын  габарыг  шякилдя  цзя  чыхдыьы  мцряккяб  бир  дювря 
тясадцф едир. О, бу мцбаризядя истедады иля халгына хидмят етмиш, тцрколоэийа, 
дилчилик,  терминолоэийа,  диалектолоэийа,  ялифба  вя  графика  мясяляляри, 
ядябиййатшцнаслыг,  маариф  вя  тящсил,  тцрк  дилляринин  методикасы  сащяляриндя 
чалышмагла  зянэин  елми  ирс  йаратмыш,  тцрк  дилчилийинин  инкишафына  тякан 
вермишдир.  
Бякир  Чобанзадя  щяйатынын  ян  мящсулдар  иллярини  Бакыда  кечирмиш, 
Азярбайъан  елминя  бюйцк  тющфяляр  вермишдир.  1924-ъц  илдя  Azərbaycan  SSR 
Xalq Maarif Komissarl
ığının dəvəti ilə Bakıya gələn алим Bakı Universitetində 
                                                           

Qurbanova Məhbubə–Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru 
 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə