Giriş. Elektron qurğularının təsnifatı. Elektronika


Yarımkeçiricilərin məxsusi keçriciliyi



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   2   3   4   5   6   7   8   9   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

Yarımkeçiricilərin məxsusi keçriciliyi
Xüsusi müqaviməti keçricilərlə (10
-6
- 10
-4
Om.sm) dielektriklər ( 10
10
- 10
15
 Om.sm ) arasında
orta yer tutan materiallara və ya kimyəvi elementlər qrupuna yarımkeçiricilər (10
-4
-10
10
Om.sm 
) deyilir.
Yarımkeçiricilərdə elektrik cərəyanının axması mexanizmi dielektriklərdə olduğuna
yaxındır və keyfiyyətcə keçiricilərdəkindən fərqlənir. Yarımkeçiricilərin keçiriciliyi elektrik
sahəsinin, işıq şüasının, istiliyin təsirindən və onlara aşqarların daxil edilməsindən dəyişir. 
Yarımkeçirici materiallar dövrü sistemin 1V –cü qrupunda yerləşir. Bunlara : germanium (Ge), 
silisium (Si), selen (Se), qallium arsenid (GaAs), qallium fosfid (GaP), silisium karbid (SiC) və s. 
daxildir. Yarımkeçiricilərin kristal qəfəsi kub şəklindədir. 
Mütləq sıfra yaxın temperaturda yarımkeçiricilərin xüsusi mü -qaviməti çox böyükdür.Temperatur 
artdıqca xüsusi müqavimət azalır .Yarımkeçiricilərdə elektrik keçiriciliyi mexanizmi bərk cismin zona 
nəzəriyyəsinə əsaslanır.
Təmiz yarımkeçiricilərdə sərbəst elektronların sayı deşiklərin sayına bərabərdir. Çünki, kovalent
rabitə dağılanda ondan neçə elektron çıxırsa, o qədər deşiklər yaranır. Kovalent rabitədən çıxmış 
elektron qonşu atomun boş qalan deşiklərini doldurub oradakı rabitəni bərpa edə bilir, yəni bir kovalent 
rabitə dağılanda digəri bərpa olunur.
Beləliklə, kovalent rabitənin dağılması sərbəst elektron və deşiklərin yaranması nəticəsində
baş verir. Bu prosesə
generasiya prosesi
deyilir. Kovalent rabitənin bərpa olunması isə
rekombinasiya prosesi
adlanır. Generasiya prosesi enerjinin udulması ilə, rekombinasiya prosesi 
enerjinin ayrılması ilə baş verir. 
Elektrik sahəsi olmayanda sərbəst elektronlar və deşiklər atomlar arası mühitdə kortəbii ( xaotik) 
hərəkət edirlər və cərəyan əmələ gətirmirlər. Xarici elektrik sahəsi olanda sərbəst elektronların və
deşiklərin hərəkəti nizamlı xarakter daşıyır, elektronlar sahə istiqamətində, deşiklər onların əksinə
hərəkət edir. Sərbəst elektronların hərəkətindən yaranan keçricilik

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə