Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə6/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   2   3   4   5   6   7   8   9   ...   45

19
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
qəd.  fars. frauxta,  orta  fars. fravaxta,  tac. furuxtan,  müas.  fars. 
furuxtan,  tal.  havate;  tat.  pursiran//pursisən  «soruşmaq»  -   av., 
orta  fars,  parf. purs  (pwrs),  bəluc. purs,  əf. puxtəna,  tac. pursi- 
dan,  müas.  fars. pursidən.
b) 
Saylar:  tat.  çar//çor  «dörd»  -   av.,  qəd.  fars.  çatvar, 
qəd.  hind.  çatvarah,  çali.  çuar,  xələc.  cuar,  tac.  cor,  əf.  çalor, 
os.  çıppar,  tal.  ço,  işkaşim.  ccfur;  tat.  panc//pənc  «beş»  -   av., 
qəd.  fars.  panca,  çalu.  panc,  tac.  panç,  əf.  pandc,  işkaşim. 
pund;  tat.  haft//həft  «yeddi»  -   av.,  hapta,  qəd.  fars.  hapt,  qəd. 
hind.  hapta,  tac.  xaft,  əf.  ovə,  os.  avd,  tal.  haft,  işkaşim.  uvd
tat.  çil//cül  «qırx»  -   av.  cadwarə  -   cand,  qəd.  hind.  çatvarum, 
kl.  fars.  çıhıl,  müas.  fars.  cehil,  bəluc.  cil,  sanqesari;  çel,  tac. 
çil,  əf.  çalvext,  os.  çıppur,  tal.  cıl;  tat.  haftod//həftad «yetmiş» 
-   av.,  haptaitit,  qəd.  hind.  haptadi,  orta  fars.  haftad,  bəluc.  (h) 
aptod,  sanqesari.  hefta,  tac.  xaftod,  os.  avday,  tal.  hafto;  tat. 
duzdəh//düvdəh  «on  iki»  -   av.,  dvandasa,  parf.  dvandas 
(dwnds),  orta  fars.  dvaz  dah,  bəluc.  dvazda  (h),  tac.  duvozdax, 
əf.  dvolasəm,  os.  diiadaesaem,  tal.  donza//davıdi,  xələc. 
duazda.
İran  dillərinin  əksəriyyətində  işlənən  saylar  mənşəcə  ən 
qədim  dövrlərə  aidliyi  ilə  seçilir.
«Bir»  mənasında  olan  sözün  hind -Avropa  dillərindəki 
qədim  variantı  aiwa  olmuşdur.  Avestada  aeva//ouva,  qəd.  fars. 
aiva,  qəd.  hind.  e-ka  hind-Avropa  dillərinə  məxsus  oi-/-ei  «o » 
sözündən  əmələ  gəlmişdir  (126,  45).  Müasir  fars  dilində  yek, 
talış  dilində  «i»  kimi  işlənir.  İngilis  dilində  one  (van),  rus  di­
lində  odin  eyni  kökdəndir.  Bu  say  Azərbaycan  dilində  də  işlək 
olmuşdur:  müasir  Azərbaycan  dilində  müəyyən  məqamlarda 
istifadə  olunur.  Bununla  yanaşı,  tat  dilinin  lüğət  tərkibində 
«yek»  tərkib  hissəli  bir  sıra ümumiran  mənşəli  sözlər  də var ki, 
onlar  da  Azərbaycan  dilinə  aid  materiallarda  qeydə  alınır.  Belə


20
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
sözlərdən bəzilərini  qeyd  edirik.
Yekcəhət  (birtərəfli,  birüzlü,  ikiüzlü  olmayan,  sabit). 
Mən  yekcəhətəm  təriqətimdə,  Təğyir  işi  yox  cibillətimdə 
(M.Füzuli).
Yeksər  (başdan-başa,  büsbütün,  tamamil  ə).  Biganə  bilir 
yeksər  Qardaşları  qardaşlar  (M.Ə.Sabir).  İşt ə,  Səttərxan,  baxız, 
bir  növ  iqdamat  edib,  Bir  v əzirü  şahı  yox,  dünyanı  yeksər  mat 
edib  (M.Ə.Sabir).
Xanəyeki  «evbir»,  «doğma».  «Öz  adamlarımızdır,  xanə- 
yeki sayılan dostlarımızdır,  -  dedi»  (M.S.Ordubadi).
Tərkibində «du»  komponenti  olan bir  sıra ümumiran m ən- 
şəli  sözlər Azərbaycan  dilinə  aid  materiallarda  qeydə  alınır.
D übarə  (hərfən:  «ikinci  dəfə»,  «yenidən»,  «bir  də»).  Dü­
barə  çay  gəldi  (C.Cabbarlı).  Deyirsən,  gülürsən,  könlüm  şad 
olur,  Ağladırsan  tez  dübarə  sən  məni  (Aşıq  Hüseyn  Bozal- 
qanlı).
Düsər  «ikibaşlı»,  «ikitərəfli»  (qazma  növünün  adı).  H ər 
igid  başına  bir  düsər  çalır,  Qəfil  vurar  sənə  yara,  -   dedimmi? 
(Aşıq  Şəmşir).
Çarçeşm  «dördgöz».  Çarçeşm  intizar  ilə  cavabınıza  mün­
təzirəm  (M.Ə.Sabir).
Çargül  «dördkünc»,  «dördbucaq».  Yan  divarlardan  bi  ri- 
sində  çargül  rəngin  pəncərələr  arasında  zərli  çərçivəyə  tu­
tulmuş  güzgülər vurulmuşdu  (Y.V.Çəmənzəminli).
Şeş  «altı»  (n ərd  oynunda).  Dünən  şeş,  bu  gün  beş  (Atalar 
sözü).  Qurbanidi  mənim  adım.  Adəm  atadı  bünyadım.  Şeş 
atdım,  cahar  oynadım.  Axır fələk uddu məni  (Qurbani).
H əftrəng  «yeddirəngli».  Rəngimə  rəngin  çatmaz,  Mən 
həftirəngəm,  geri  dur  (Aşıq Hüseyn Bozalqanlı).
Tat  dilində  onluqları  bildirən,  eləcə  də  «yüz»  və  «min» 
mənalarını  verən  sözlər  də  ümumiran  mənşəli  olmaqla,  yanaşı,


21
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
qədim  dövrə  aid  sözlərdir.  Bu  sözlərdən  bəzilərinin  törəmələri 
Azərbaycan dilində işlənir:
Həştad  «səksən».  Müasir  Azərbaycan  ədəbi  dilində  müvafiq 
sayı  səksən  sözü  bildirsə  də,  onunla  bərabər  həştad  sözü  də 
işlədilməkdədir.  Məs:  O,  həştad beş  yaşında  ömrə  vida  edirdi;  Bir 
yaxşı iş görməmiş, bu dünyadan gedirdi (N.Rəfibəyli).
Səd  «yüz»,  «yüz  dəfə».  Səd  şükür  ki,  oldu  nur-baran 
Məşrutə ilə bu xaki-İran (M.Ə.Sabir).
H əzər/həzar  «min».  Molla,  səmavarından  dərda,  həzar 
dərda!  Bir istəkanı  indi,  bir istəkanı  fərda (M.Ə.Sabir).
c) 
Əvəzliklər.  tat.  man//mən  «mən»  -   av.,  mana,  qəd. 
fars.  mana,  orta  fars.  man,  müas.  fars.  man,  tac.  man,  bəluc. 
man,  tal.  min//mı;  tat.  i//in  «bu»  -   orta  fars.  eni,  qəd.  hind.  ena, 
kl.  fars.  in,  qəd.  iran.  ena,  tal.  ım,  os.  ay//uy,  işkaşim.  am(i); 
tat.  xaştan//xaşdən//xeştan  «öz»  -   av.  xato,  qəd.  hind.  sıvatah, 
skr.  svayan,  orta  fars.  xad,  kl.  fars.  xud,  xes,  qəd.  fars.  uvai 
paşiya,  tac.  xud,  tal.  ıştan,  bəluc.  wat;  tat.  cu//ci//sü  «nə»  -   av. 
cahya,  orta  fars.  ce,  kl.  fars.  cı,  əf.  çı,  tal.  çi,  sanqesari.  ci//cız, 
bəluc.  Ce;  tat.  ki  «kim»  -   kahya,  av.,  qəd.  fars.  kahya, 
orta  fars.  ki, kl.  fars.  ki,  sanqesvari,  ki,  əf.  kə,  tal.  ki,  bəluc.
kai.
ç)  İsim lər:  tat.  çim//çüm  «göz»  -   av.  casman,  qəd.  fars 
casa,  qəd.  hind.  şaksu,*  ir.  casma(n),  əf.  stərqa,  tac.  casm,  os. 
calst,  tal.  çaş;  ir  tat.  ceşm;  tat  dərya//dəryo  «dəniz»  -   av. 
zrayah,  qəd.  fars.  dryah,  orta  fars,  zreh,  müas.  fars.  dərya,  əf. 
böhayra,  tal.  dıyo;  tat  kuh//küh  «dağ»  -   av.  kaofa,  qəd.  fars. 
kaufa,  orta  fars.  k o f (kwf),  tac.  küh,  tal.  kü,  bəluc.  koh,  munc. 
kuy;  tat  av//ov  «su»  -   av.  əf,  övə,  munc.  yowda,  tac.  öb,  kürd. 
av,  bəluc.  ap;  tat  mah//moh  «ay»  -   ir*  maha,  av.  mah,  qəd. 
fars.  maha,  qəd.  hind.  mah,  tac.  mah,  əf.  myast,  tal.  mang,  os. 
maey;  tat  may//moy  «ana»  -   ir*  maiar,  av.  qəd.  fars.  matar,


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə