Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə4/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   2   3   4   5   6   7   8   9   ...   45

12
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
hadisələr  dillərin  tutduqları  mövqed ən,  onların  dominantlıq 
dərəcələrindən  asılı  olur.  Bir  qayda  olaraq  do minant  dilin 
sözləri  onunla  təmasda  olan  dillərə  daha  çox  keçir.  Hər  bir 
alınma  isə  dilin  lüğət  tərkibinə  təsir  göstərir.  Alınma  nəinki 
sözü  qəbul  edən  dilin  leksik  sistemind ə  dəyiş mələrə  səbəb 
olur,  eyni  zamanda  dilin  digər  yaruslarına  təsir  üçün  zəmin  ya­
radır (80,  176).
Azərbaycan  tatlarının  dilind ə  işlənən  alınma  sözləri  üç 
əsas  yarımqrupa  ayırmaq  m əqsədəuyğundur:  1)  Azərbaycan 
dilindən  alınmalar;  2)  Azərbaycan  dili  vasitəsi  ilə  alınmalar;  3) 
birbaşa  alınmalar.  Bu  məsələyə  münasibətdə  bəzi  başqa  mə­
qamlar  da  üxzə  çıxır.  Azərbaycan  tatlarının  əlaqədə  olduğu 
dillər  arasında  Dağıstan  dill əri  də  var.  Belə  bir  cəhət  həmin 
dillərdən  birbaşa  sözalmaya  imkan  yaratmışdır.  Tat  di linin 
ləhcələri  əsasında  aparılan  təhlildən  belə  bir  qənaətə  gəlmək 
olur  ki,  Dağıstan  dillərindən  birbaşa  alınmalar  Quba  və 
Xaçmaz  ləhcələri  üçün  səciyyəvidir.
Tat  dilinin  leksik  fondunu,  əsasən,  İran  mənşəli  söz  və 
terminlər  təşkil  etsə  də,  bu  dildə  xeyli  miqdarda  Azərbaycan, 
ərəb  və  fars  sözləri,  eləcə  də,  rus  dilindən  və  Dağıstan  (ləzgi, 
qrız,  buduq,  xınalıq  v ə  s.)  dillərindən  keçmiş  söz  və  terminlər 
var.  Tat  dili  Azərbaycan  ərazisindəki  başqa  dillərlə  də  əlaqədə 
olmuşdur.  R.Heydərov  Azərbaycanda  dil  idtifaqı  məsələsinə 
münasibət  bildirərkən  ölkə  ərazisinin  əsrlər  boyu  beynəlxalq 
ticarət  yollarının  üz ərində  yerləşdiyindən  və  zəngin  təbii 
sərvətlərə  malik  olduğundan  daim  qonşu  xalq ların  və  işğalçı 
dövlətlərin  diqqət  mərkəzində  olmasını,  bu  ərazidə  müxtəlif 
tayfaların,  etnik  qrupların  m əskunlaşmasını,  habel ə  b əzi 
etnosların  buraya  köçürülməsinə  görə  dil  ittifaqının  yaranması 
üçün  şəraitin  olmasını  göstərmişdir (32,  17).
Tat  dilinin  ən  çox  təmasda  olduğu  dil  Azərbaycan  dilidir.


13
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Onun  mövqeyinin  genişliyi  Azərbaycan  ərazisində  mövcud 
olan  digər  dill ərlə  müqayisədə  daşıdığı  funksiyalarla  əla­
qədardır.  Bu  funksiyalardan  ən  başlıcası  onun  döv lət  dili 
olmasıdır.  Azərbaycan  dili  Azərbaycan  Respublikasının  bü tün 
əhalisi  üçün  məcburi  məktəb,  radio-televiziya,  mətbuat  dilidir, 
məişətimizin  bütün  sahələrində  istifadə  olunan  rəsmi  dövlət 
dilidir.  Odur  ki,  tat  dilinin  yayıldığı  bütün  ərazilərdə  ana 
dilində  danışan  əhali  məişətində,  həyatın  müxtəlif  sahələrində 
ondan  istifadə  etsə  də,  radio-televiziyada,  gündəlik  mətbuatda, 
məktəbdə,  yığıncaqlarda,  idarə  və  təşkilatlarda  rəsmi  dil  kimi 
Azərbaycan  dilindən  istifadə  edir.  Bu  səbəbdən  də  tat  dilinin 
leksik  fondunda  hə yatın  müxtəlif sahələrini  əhatə  edən  ictimai- 
siyasi  və  s.  məfhumları  bildirən  söz  və  terminlər  Azərbaycan 
dili  hesabına  artır.  Bununla  əlaqədar  olaraq,  A.L.Qrünberq  və 
L.X.Davıdova  qeyd  edirl ər  ki,  intensiv  ikidillilik  şəraitində 
Azərbaycan  dilinə  mənsub  olan  hər  bir  söz  tat  dilində  işlənə 
bilər və  hamı  onu başa  düşə  bilər.  Onların  qənaətinə  görə,  türk 
mənşəli  sözlər  tat  dilinin  istər  cənub,  istərsə  də,  şimal 
dialektlərinə  daxil  olur,  dildə 
aparıcı  mövqe  qazanır.
Müəlliflər  bura  qeyinata,  yara,  bulut,  daq//doq,  qaqlovo, 
qıskac,  kazan,  yovluq,  buyruq,  yoşov  («yaşayış»),  tütün  və  s. 
sözləri  aid  edirlər (69,  284).
Məlum  olduğu  kimi,  dillər  ilk  növbədə  daxili  imkanları, 
dilin  özünə  məxsus  vahidləri  hesabına  zənginləşir  və  inkişaf 
edirsə,  xarici  amillər  də  bu  prosesdə  çox  əhəmiyyətli  rol 
oynayır,  onların  fonetik,  leksik,  sintaktik v ə  qrammatik  sistem­
lərində  həm  kəmiyyət,  həm  də  keyfiyyət  dəyişmələri  baş  verir. 
Bu  baxımdan  konkret  bir  dilin  materialları  əsasında  onun 
başqa  dillərlə  qarşılıqlı  əlaqə  və  münasibətlərini  dərindən 
araşdırmaq,  həmin  dildəki  alınmaları  tarixi-xronoloji  aspektdə, 
müasir  elmi  səviyyədə tədqiq  etmək,  alınmaların  dil  sistemində


14
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
yerini  və  funkstonal-struktur  tiplərini  müəyyənləşdirmək,  dilin 
formalaşma  və  inkişafındakı  rolunu  açıq lamaq  kimi  problemlər 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Elə  buna  görədir  ki,  tat  dilinin 
Azərbaycan  və  digər  dillərlə  qarşılıqlı  əlaqələri,  bu  dillərdən 
tat  dilinə  keçmiş  sözləri  dilçilik  baxımından  araşdırmaq  daim 
dilçilərimizin  diqqət  mərkəzində  olsa  da,  bu  m əsələyə 
kompleks  şəkildə  yanaşılmamışdır.  Azərbaycan  dilinin  ayrı - 
ayrı 
dill ərlə 
əlaqələri 
müxtəlif 
səviyyələrdə 
tədqiq
olunmuşdur.  Azərbaycan  dilinə  daxil  olan  alınmalar  m ənşəcə 
araşdırılsa  da,  bütövlükdə  Azərbaycan  dilinin  başqa  dill ərlə 
tarixi  əlaqələri,  xüsusilə,  təmasda  olduğu  azsaylı  xalq ların 
dillərindən  Azərbaycan  dilinə  keçən  sözlər  tədqiqat  obyekti 
olmamışdur.
Belə  hesab  etmək  olar  ki,  İran  dill əri  ailəsində  bir  sıra 
spesifik  xüsusiyyətləri  ilə  seçilən  tat  dilinin  leksikasının  r ən- 
garəngliyi,  zənginliyi  və  tarixi  baxımdan  mühafiz əkarlığı  sayə­
sində  bu  dilin  leksik  fondunu  təşkil  edən  söz  və  terminlərin 
elmi  təhlilə  cəlb  edilməsi  həm  İran  dillərinin,  həm  də  türk  dil­
lərinin  leksikasının öyr ənilməsi  üçün  əhəmiyyət kəsb  edir.
Tat  dilinin  lüğət  fonduna  daxil  olan  sözl ərin  mənşəcə  təs- 
nifi  ilə  bağlı  apardığımız  təhlil  əsasında  belə  qənaətə  gəlmək 
olur  ki,  ilk  növbədə  dörd  əsas  qrupu  ayırmaq  düzgün dür:  1) 
spesifik  sözlər;  2)  ümumiran  mənşəli  sözlər;  3)  alınma  sözlər; 
4)  hibrid  sözlər.
Tat  dilinin  leksik  sistemind əki  alınmaların  yarımqrup lara 
ayrılması  ilə  bağlı  bəzi  məsələlərin  üzərində  dayanmaq  lazım 
gəlir.  A.L.Qrünberq  tat  dilinin  leksik  sistemində  İran  layını 
önə  çəkməklə  qeyd  edir  ki,  «tat  lek sikası»na  hansı  sözləri  aid 
etmək  bir  çox  hallarda  dəqiqləşdirmə  tələb  edir.  Təsadüfi 
xarakterli  alınmaları  tat  dilinin  leksik  layının  ayrılmaz  hissəsi 
olan  əsl  alınmalardan  fərqləndirmək  lazımdır.  Bu  qəbildən


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə