Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə5/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   2   3   4   5   6   7   8   9   ...   45

15
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
olan  söz  və  terminlər  hətta  Azərbaycan  dilində  danışmayan 
tatların gündəlik  şifahi  nitqlərində  işlədilir və başa  düşülür.
Alınmalar,  vasitəli  və  vasitəsiz  olmaqla,  iki  yerə  ayrılır. 
Azərbaycan  tatlarının  dilinə  sözlər,  əsasən,  Azərbaycan  dili 
vasitəsi  ilə  keçmişdir.  Bu  dildə  Azərbaycan  dili  mənşəli  sözlər 
əksəriyyət  təşkil  edir.  Eyni  zamanda,  tat  dilinin  baş qa  türk 
dilləri  ilə  əlaqələri  də  qədim  tarixə  malik  olmuşdur.  Ona  görə 
də  bu  dilə  keçmiş  türk  mənşəli  sözlərin  heç  də  az  olmayan  bir 
qismi  ümumtürk  mənşəlidir.  Həmin  alınmaları  türkizml ər  kimi 
qruplaşdırmaq  mümkündür.  Tat  dilindəki  türkizmlərin  ayrıca 
tədqiq  olunması,  həm  tat,  həm  də  türk  dillərinin  tarixi 
leksikologiyası  üçün  əhəmiyyətlidir.  Tat  dilindəki  başqa 
alınma  sözləri  aşağıdakı  qruplara  bölm ək  olar:  1)  Müasir  Az ər- 
baycan  dilindən  alınmalar;  2)  Rus  di lindən  alınmalar;  3)  Ər əb- 
fars  dillərindən  alınmalar;  4)  Baş qa  dillərdən  (Dağıstan  dilləri, 
ivrit  və  s.)  alınmalar.  Alınmalar  tat  dilinin  bilavasit ə  və 
bilvasitə  təmasda  olduğu  dillərdən  aldığı  söz  və  terminlər 
hesabına yaranmış  leksik layı  əhatə  edir.


16
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili 
I  F  Ə  S  İ L
Tat  dilinin  spesifik və  ümumiran  mənşəli  sözləri
Tat  dilinin  spesifik  sözləri
Tat  dilinin  özünə  məxsus  leksik  layını  200-dən  bir  qədər 
çox  sadə  fellər,  bir  çox  heyvan  və  bitki  adları,  b əzi  coğrafi  və 
təbiət  hadisələri  adları,  səma  cisimləri  adları,  qohumluq 
terminləri,  bədən  üzvləri  adları,  keyfiyyət  bildirən  adlar  təşkil 
edir.
A.A.Ufimtsevaya  görə,  hər  bir  dilin  öyrənilməsinə  onun 
fonetik  və  qrammatik  sisteminin  təsviri  ilə  başlanılır.  Minlərlə 
söz  və  ifadələrə  malik  olan  lüğət  fondunun  sistemləşdirilməsi 
və  təsviri  isə  digər  sahələrə  nisbətən  çətindir.  Lakin  tarixi, 
izahlı,  etimoloji,  dialektoloji  lüğ ətlərin,  antonimlər  və  si­
nonimlər  lüğəti,  frazeoloji  və  s.  lüğətlərin  olması  onu  göstərir 
ki,  dilçilik  elmində  dilin  lüğət  zənginliklərini  konkret  şəkildə 
təsvir  etmək  metodları  çoxdan  mövcuddur.  Dilin  leksik 
sistemi,  hər  şeydən  öncə,  onu  təşkil  edən  dil  vahidlərinin, 
ifadələrin  təsvirini  və  tədqiqini  şərtləndirir  (120,  7-8).  Bu  ba­
xımdan  tat  dilinin  spesifik  sözlərinin  toplanması,  onların  digər 
İran  dillərindəki  eyni  məfhumu  ifadə  edən  leksemlərlə 
müqayisəli  təhlilə  cəlb 
edilməsi, 
özünəməxsus 
sözlərin 
müvafiq  kontekstlərdə  işlənməsinə  aid  nümunələrin  verilməsi 
leksik vahidlərin təhlil  və təsvirini  əhatə  edir.
Tat  dilinin  özünə  məxsus  spesifik  leksik  layına  aid  top la- 
dığımız  dil  materiallarının  bir  qismini  t əhlil  etmək  və  onların 
xarakterik xüsusiyyətlərini  göstərmə yə  çalışaq.
Hər  şeydən  əvvəl,  «spesifik  leksika»  dedikdə,  digər  İran 
dilləri  və  dialektlərində  həmin  mənada  olmayan  söz  və  ter-


17
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
minləri  nəzərdə  tutulur.  Ona  görə  də  toplanmış  faktik  ma­
terialları  səciyyələrinə  görə  aşağıdakı  qruplara  ayırmaq  məq­
sədəuyğundur:  1)  digər  İran  dillərində  təsadüf olunmayan  söz­
lər;  2)  digər  İran  dillərindən  bəzilərində  yaxın  məna  və  fonetik 
variantda təsadüf olunan  sözlər.
Tat  dilinin  ümumiran  mənşəli  sözləri
Tat  dilinin  lüğət tərkibinin  əsas  hissəsini  ümumiran  mən­
şəli  sözlər təşkil  edir.
Bu  qəbildən  olan  söz  və  terminlər  tarixi  inkişaf prosesin­
də  dəyişikliyə  ya  heç  məruz  qalmamış,  ya  da  mü əyyən  də­
rəcədə  fonetik,  morfoloji,  semantik  dəyişikliklərə  məruz  qal­
mışlar.  Bunlar  -   fel,  isim,  sifət,  say,  əvəzlik,  zərf  və  s.  kimi 
müxtəlif  nitq  hissələrinə,  eləcə  də,  köməkçi  niq  hissələrinə 
aiddir.
Tat  dilinin  leksik  fondunu,  əsasən,  İran  mənşəli  söz  və 
terminlər  təşkil  etsə  də,  bu  dildə  xeyli  miqdarda  Azərbaycan, 
ərəb  və  fars  sözləri,  eləcə  də,  rus  dilindən  və  Dağıstan  (ləzgi, 
qrız,  buduq,  xınalıq  v ə  s.)  dillərindən  keçmiş  söz  və  terminlər 
var.
Y.Nazarova  yəhudi  tat  dilinin  leksik  sistemindən  bəhs 
edərkən  bu  dilin  lüğət  tərkibinin  əsas  hissəsinin  ümumiran 
mənşəli  olduğunu  qeyd  edir  və  bu  lek sik  vahidlərə  aid  ziğis- 
te(n)  «yaşamaq,  mövcud  olmaq»,  omore(n)  «gəlmək»,  menq 
«ay»,  ğov  «su»,  nu  «çörək»,  ğəsb  «at»,  duxdər  «qız»,  merd 
«kişi»,  verf «qar»,  sər  «baş»,  raç  «gözəl»,  bülünd  «hündür», 
əki  «bir»,  sad «yüz»  kimi  sözləri  misal  gətirir  (93,  66).
Tat  dili  tarixən  İran  dilləri  ailəsində  fəaliyyət  göstərmiş, 
həmin  dil  ailəsinə  məxsus  bir  sıra  fonetik,  leksik-qrammatik və 
sintaktik  xüsusiyyətləri  bu  gün ə  kimi  mühafiz ə  edərək


18
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
saxlamışdır.  Tarixi  inkişaf  prosesind ə  o,  müstəqil  dil  kimi 
dildaxili  və  dilxarici  amillərin  təsiri  nəticəsində  müəyyən  dəyi­
şikliklərə  məruz  qalmışdır  ki,  bu  d əyişikliklər  leksika 
sahəsində  də özünü göstərmişdir.
Bu  mənada  tat  dilinin  ümumiran  mənşəli  (leksik  layı)  söz 
və  terminlər  dedikdə,  həm  fonetik,  qrammatik,  leksik - 
semantik,  həm  də  sintaktik  (əsasən,  söz  birləşmələri,  izafət) 
cəhətdən  digər  İran  dillərindən  müəyyən  fərqli  xüsusiyyətlər 
kəsb  etmiş  leksik lay  nəzərdə tutulur.
Tat  dilində  təkhecalı  sözlər  V,  VC,  VCC,  CVC,  CVCC 
quruluşlarına  malikdir.  Tat  dili  üçün  hecanın  qapalılığı  sə ciy- 
yəvidir.  Bununla  belə,  CV  tip li  təkcecalı  sözlər  də  qeydə 
alınır.  Məsələn,  nu  «çörək».
Dilin  bu  sahəsinə  aid  leksik  layını  nəzərdən  keçirdikdə 
aydın  olur  ki,  burada  nitq  hissələrindən  ən  sabit  v ə  dəyi şikliyə 
az  məruz  qalan  feldir.  Bunu  aşağıda  g ətirdiyimiz  nümunələrin 
qədim  fars,  Avesta,  qədim  hind,  orta  fars  və  s.,  eləcə  də  müasir 
İran  dillərinin  bəziləri  ilə  apardığımız  müqayisələrdə  daha 
aydın görmək mümkündür.
a) 
Fellər:  tat.  bərdan//bərbən  «aparmaq»  -   av.,  qəd.  fars. 
bar-,  qəd.  hind.  bhar-,  talış.  bard-;  tat.  bastan//bəstən  «bağ­
lamaq»  -   av.  band,  qəd.  fars.  band,  basta,  tal.  bast-,  tat. 
verıx//veruxtən  «qaçmaq»  -   av.  rack,  parf.  virixt,  tal.  vit-;  tat. 
niştan//neştən  «oturmaq»  -   av.  oşta-,  qəd.  fars.  nişadaya,  tal. 
nişt  fars.  neşt;  tat.  suxtan//soxtən  «yanmaq»  -   av.  suxta,  tal. 
süt;  tat.  çiran//çirən  «yığmaq,  toplamaq»  -   av.  kay-/çay-,  çin, 
qəd.  hind.  çinofi;  qəd.  fars.  kl.  fars.  çinad;  tac.  çidan,  müasir 
fars.  çidan,  tal.  ç  tat.  çimərdan//şümərdən  «saymaq»  -   av., 
qəd.  fars.  (ş) maq, əf.  şmerəl,  tac.  şumərdan,  tal. aşmard-;  tat.
kişf(an)/küşf(ən)/küşdən  «öldürmək»  -   av.,  qəd.  fars.  kauş-, 
tac.  kuştan,  tal.  kışte;  tat;  furuxtan//füruxtən  «satmaq»  -   av.,


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə