"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə220/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   214   215   216   217   218   219   220   221   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

871 


 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Indi Yunan yiyəsizdir, kralsız, 



Yunan xalqı indi təkdir, macalsız, 

Afina da İskəndərsiz, Calalsız, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Yürüşdədir indi oğlum İskəndər, 



Alıb keçib ölkələri nə qədər, 

Bu fatehdən xəbərsizsən sən məgər, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Mən qocayla vuruşursan, vuruşaq, 



Qan axıdaq, toz-torpağa qarışaq, 

Ya gəl otur, ye-içməkdə yarışaq, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Turq dayandı, Filip tir-tir əsirdi, 



Əsa ilə ayaq üstə gəzirdi

Yürüşünə Turqun dodaq büzürdü, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Dedi:-Filip, yaxşı girdin araya, 



Aldanmışam, mən gəlmişəm buraya, 

Aldanmışam, boş-boşuna, haraya, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Tunqər ordan döndü birbaş Turana, 



Dedi:-Çıxım Kür boyunca Muğana, 

Ordan qovum İskəndəri Yunana, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Qeysər çıxdı qabağına Turqərin, 



Biz almışıq-dedi-bu boş yerləri

Yer bizimdir, sən buradan dön geri, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Qeysər idi, İskəndərin sağ əli, 



O tutmuşdu Gürcüeli beş əlli, 

Köküs iri, dil söyüşkən, baş yelli, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Turqər dedi:-Qabağımdan çəkil sən! 



Yoxsa Qeysər, qurtarmazsan əlimdən

Çəkilməsən, öldürərəm səni mən, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

872 


 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Qeysər dedi:-Yava-yava danışma, 



Iskəndərin işlərinə qarışma, 

Ölməmişdən çıx get, bizlə çarpışma, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Şimşəkqılınc sıyrılanda qınından, 



Iki qancıl qaldı yerdə yanbayan, 

Qeysər aşdı, yaralandı alnından, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Gedə-gedə-dedi-getmə, ay yazıq, 



Biz İranı tamam kamal almışıq, 

“Avesta”nı yandırmışıq biz artıq, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Turqun birdən yerə endi qılıncı, 



Gözlərindən qopdu iki qığılcım, 

Qaldı onun bu yürüşü yarımçıq, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

               *** 



 

Turq gedirdi yardım etsin İrana, 

Ağır gündə doğma, özgə nə demək. 

Iskəndərlə vuruşmağa gedirdi, 

Ağır gündə doğma, özgə nə demək. 

 

 



Qeysər döndü, yürüş etdi bizucla, 

Turqər ona cavab verdi qılıncla. 

Sonra dedi, öz-özünə pıç-pıçla, 

Ağır gündə doğma, özgə nə demək. 

 

“Avesta”nın bir üzü də məndə var, 



Yalançıydı Tusərdəki olanlar, 

O qalacaq gələcəyə yadigar

Ağır gündə doğma, özgə nə demək. 

 

Vurdu Turqər, yarıb keçdi onları, 



Çöllər oldu qıp-qırmızı, sap-sarı, 

Qaçan tək-tək, yerdə yüz-yüz yaralı, 

Ağır gündə doğma, özgə nə demək. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

873 


 

Yaxın gəldi benterklərin başçısı, 

Dedi:-Sərtüz peyğəmbərdir yazıçı, 

Məndə qalır onun türkçə yazısı, 

Ağır gündə doğma, özgə nə demək. 

 

Yara-yara, qıra-qıra keçdilər, 



Yunanları sarı ot tək biçdilər, 

Bentürklər də Turqu ata seçdilər, 

Tanrı deyib, Turqərə and içdilər, 

Ağır gündə doğma, özgə nə demək. 

 

                *** 



 

Turqər keçdi Sukarina elindən, 

Qan yerində sabah lalə bitəcək;- 

Bu ellərin qıpqırmızı laləsi, 

Qan yerində sabah lalə bitəcək;- 

 

Gürcüelin yaşıl-yaşıl bağları, 



Onun bol-bol qızıl payız çağları, 

Bentürklərin qarlı-qala dağları, 

Qan yerində sabah lalə bitəcək;- 

Bu lalələr şəhidlərin ürəyi, 

Şəhidlərin qanlı kəfən bələyi, 

Lalələrdir dadlandıran çörəyi, 

Qan yerində sabah lalə bitəcək;- 

 

Tanrı dedi, Turq, sən deyən olacaq



Bəşər sənin xislətini alacaq, 

Dünya elə boşalacaq, dolacaq, 

Qan yerində sabah lalə bitəcək;- 

 

              *** 



 

Tanrı dedi, sən ata ol dünyaya, 

Əbədidir ağla, sevin dünyası. 

Adam çoxdur, ancaq mənə əzizdir, 

Əbədidir ağla, sevin dünyası. 

 

Tanrı dedi, Sərtüz qalır, bir də sən, 



Göydə mənəm dünya boyu, yerdə sən, 

Bir sağaltsan ən əlacsız dərdə sən, 

Əbədidir ağla, sevin dünyası. 

 

Nəfəs alır sənlə doğu, həm batı, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

874 


 

Sən tək özün qazanmısan bu adı, 

Çox şirindir, qoru şirin həyatı, 

Əbədidir ağla, sevin dünyası. 

 

Dünya hələ min-min illər duracaq, 



Qırx yol onda Turan şahlıq quracaq, 

Qırx yol turqluq  yer üzünü saracaq, 

Əbədidir ağla, sevin dünyası. 

 

Ağalığı başlayacaq dəmirin, 



Olacaqdır insan çörək əsiri

Unudacaq çoxu dua, nəziri, 

Əbədidir ağla, sevin dünyası. 

 

Pul, üstünlük ağalığı başlayar, 



Hamı pulu, ağalığı xoşlayar, 

Xoşlayanlar ar-namusu boşlayar, 

Əbədidir ağla, sevin dünyası. 

 

“Sağol” deyib kim bal verən arıya, 



Daş atacaq yerdəkilər tanrıya, 

Su düşəcək az-az, yarı-yarıya, 

Əbədidir ağla, sevin dünyası. 

 

Odərboydan Atrepatan olacaq, 



Atrepatan Azərbaycan olacaq, 

Artıb İran Yarı Turan olacaq

Əbədidir ağla, sevin dünyası. 

 

Öldürdülər yenə Sərtüz babanı, 



Indi sənə tapşırıram dünyanı, 

Sərtüz sansın qoy xalq Turqər atanı, 

Əbədidir ağla, sevin dünyası. 

 

Tanrı dedi, öz yeri var Türklərin, 



Atillası doğulacaq Türkyerin, 

Mete, Kürxan, Çingiz, Teymur, Gültəkin, 

Əbədidir ağla, sevin dünyası. 

 

             *** 



 

Tələsirdi Turq Parsaya çatmağa, 

Az qazanır, çox itirir tələsən. 

O, İrana kömək üçün can atır, 

Az qazanır, çox itirir tələsən. 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə