"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə215/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   211   212   213   214   215   216   217   218   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

851 


 

-Batammaram bu üçlüyə mən düzü

Bu üçlüyə dirəş, giriş sən özün, 

Ad dəyişir, insan adla dəyişmir. 

 

               *** 



 

Iran, Turan qardaşlaşdı, bir oldu, 

Bir olanda qanlı gözlər bərəlir. 

Qonaq gəldi Parsa Tunqər, Elçiçək, 

Bir olanda qanlı gözlər bərəlir. 

 

Tunq şad gündə sanki özün itirir, 



Pişikgözə, Tusa inanc gətirir, 

Tus onlara acı xəbər yetirir, 

“İran, Turan Turparını itirib”, 

Bir olanda qanlı gözlər bərəlir. 

 

Tunq deyir ki, gedək ona baş vuraq, 



Sonevinin üzərində ev quraq

Ov eyləyək, qurd uladaq, at qovaq, 

Bir olanda qanlı gözlər bərəlir. 

 

Turqu ova dəvət edir Pişikgöz, 



Elçiçəyi sanki üzür bu üç söz, 

Deyir:-Getmə, sarsılırıq ovda biz, 

Bir olanda qanlı gözlər bərəlir. 

 

Tunq baxmayır, gedir, bilmir heç hara, 



Həm də gedir təzim etsin Turpara, 

Unudulsun köhnələşən çox yara, 

Bir olanda qanlı gözlər bərəlir. 

 

Sonevüstə Tunq ağladı bilmədən



O hönkürdü, gözlərini silmədən, 

Dedi:-Gərək öldürəsən, öləsən, 

Turpar öldü, bir yol yola gəlmədən, 

Bir olanda qanlı gözlər bərəlir. 

 

 

                



  Tunqun ölüm söylənci 

 

Tus dedi ki:-Çıxaq ova bu gecə, 

Səhər tezdən ovu axtar yuvada. 

Ovda Tunqa zəhər verdi Pişikgöz, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

852 


 

Səhər tezdən ovu axtar yuvada. 

 

Tunq zəhərdən qusdu, qusdu bayıldı, 



O bir daha axşam çağı ayıldı, 

Xəbər getdi uzaqlara yayıldı, 

Səhər tezdən ovu axtar yuvada. 

Tus söylədi:-Tunqər, səndən öc aldım, 

Yaxşı oldu indi özün ayıldın, 

Buraxıram səni, çıx get, zay oldun, 

Səhər tezdən ovu axtar yuvada. 

 

Tunq dinmədi, durdu qaçdı axmaza, 



Zəhər çıxdı su qarışıq boğaza, 

Üzdü, üzdü birdən çıxdı dayaza, 

Səhər tezdən ovu axtar yuvada. 

 

Suqıraqda dayanmışdı yaraqlı, 



Gözləyirdi o, qılınclı, tutaqlı, 

Yox etməyə Tunqu əlli-ayaqlı, 

Səhər tezdən ovu axtar yuvada. 

 

Zəhərlənmiş Tunq üzərək yarıcan, 



Çıxdı sudan yarıhuşsuz, ölücan, 

Qorxmasa da onu güdən qancıldan, 

O yıxıldı ona dəyən qılıncdan, 

Səhər tezdən ovu axtar yuvada. 

 

                 *** 



 

Tunqsuz qaldı Turan, İran, Qobuçöl, 

Tez inanan, tez aldanan, tez gedir. 

Tus, Pişikgöz öc aldılar Turandan, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Külək əsir, dolu yağır, qar düşür, 



Bir-birindən hamı tez-tez soruşur, 

Tunqər niyə kiçiklərlə dirəşib? 

Tunqər niyə al qanına bələşib?! 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Qara geydi Turan, İran, Ekbatan, 



Sevinirdi Balasq, Çin, Hind çox güman, 

“Tunq ölübdür, Tunq gedibdir dünyadan”, 

Tez inanan, tez aldanan, tez gedir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

853 


 

Xəbər verdi bunu Turqa Qızılquş, 

Dünən ovda Aləpərtunqa nə olmuş, 

Qara geyib yer, göy, ölkə, dayanış, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Şimşəkatı Turqər çapdı Başevə, 



Gördü qancıl oxu dəyib hədəfə, 

Yas yerində çox ağladı hər dəfə, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Dedi:-Tanrı, Tunqu qaytar Turana, 



Güc ver mənə batım Tusa, İrana, 

Iran gərək dönsün olsun virana, 

Tez inanan, tez aldanan, tez gedir. 

Dedilər ki, İran yasa batıbdır, 

Tus şahlığı üzərindən atıbdır, 

Getmə ora, orda düşmən artıbdır, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

-Yaxşı olar gedib tapaq o yeri



Yaxşı olar qırxı çıxsın Tunqərin, 

Gedib açaq sonevini Tunqərin, 

Sonevinə qoyaq çil-çil kəhəri, 

Belə olsun gərək yasın təhəri, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Turq örgəndi tamam olan qalanı, 



Heç günahlı saymadı o İranı, 

Günahlını ev-ev gəzdi,- hər yanı, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Turqla Tusun döyüş söylənci 

 

Tusər açdı Pişikgözə qəlbini



Ürək şişər söz qalarsa ürəkdə. 

Dedi:-İşin öhtəsindən gəlibsən, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Dedi:-Çatdı indi Sərtüz növbəsi, 



Türk olubdu bu yazarın dədəsi, 

Basdırıla gərək qana kəlləsi, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Çox demişəm, zalım dönmür əslindən, 



Gərək onu tam ayıraq nəslindən, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

854 


 

Yazıları itsin türkün dilindən, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Öldürərik, saxlayarıq öl-diri, 



Deyərik ki, bir türk onu öldürüb, 

Acığını, qəzəbini bildirib, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Kim zirəngdir yerin çoxu onundur



Kim zirəngdir batı, doğu onundur, 

Bu dünyanın varı-yoxu onundur, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Belə dedi, Pişikgözə Tusər şah, 



Çox zirəng ol, mənim kimi sən yaşa, 

Bunda sonra biz verərik baş-başa, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Bu Pişikgöz Tusərdən də bic idi, 



Ancaq Tusər Pişikgözdən güc idi, 

Şah olsa da başdan-başa öc idi, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Bilirdi ki, bir gün növbə onundur, 



Bu, Başevdə bir köhnəlmiş qanundur

Bu işlərdə o yorulub, yorğundur, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Bir də Sərtüz xalq içində şanlıdır, 



Adi deyil, o bəlkə də tanrıdır, 

Bu iş günah işdir, qandır, qanlıdır, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Tusər dedi:-İş görənsən sən az-maz, 



Səndən başqa bunu heç kəs bacarmaz, 

Yoxsa sən də yad olmusan yaramaz! 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Pişikgözə göz ağartdı şah birdən, 



Dedi:-Ər ol, qorxma, cayma yerindən, 

Yoxsa didib-dağıdaram səni mən, 

Ürək şişər söz qalarsa ürəkdə. 

Pişikgözü qorxu aldı, saraldı, 

Şaha qarşı fikri döndü, daraldı, 

Gözlərində dünya sanki qaraldı, 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə