"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə214/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   210   211   212   213   214   215   216   217   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

847 


 

Pişikgözlə Tus çıxmışdı aradan, 

Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

Bir gün Turpar zəhərləndi yeməkdən



Kimsə ona zəhər verdi xörəkdə, 

Oğlu hələ çıxmamışdı bələkdən, 

Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

Qusa-qusa şah əridi, çöp oldu, 



Barmaqları, damarları sap oldu, 

Ağzı, gözü qanla dolu qab oldu, 

Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

Qırx gün döş-baş, ağız, yanaq söküldü, 



Göz yaşları bulaq-bulaq töküldü, 

Sonda hamı öz yerinə çəkildi, 

Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

Tus söylədi:-Sona, otur yerində



Şahlıq yeri çatır sənə ərindən, 

Biz qurtaraq bəlkə qancıl şərindən, 

Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

Sona dedi:-Mən şah ollam, sən getsən, 



Öz öcündə, qəzəbində sən itsən, 

Acığını öz içində kiritsən, 

Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

Təkcə Besyar qalmalıdır mənimlə, 



Pişikgöz də getməlidir səninlə, 

 

Əlbir olar burda ana gəlinlə, 



Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

Besyar dedi:-Mən dönürəm Turana, 



Ana ollam mən öz nəvəm-oğlana

Son qoyaram, sonsuz yalan, böhtana, 

Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

Böyüdərəm, nəvəm çatar şahlığa, 



Iran, Turan bir gün yetər şadlığa, 

Şah bazarda ta qoyulmaz satdığa, 

Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır. 

 

                




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

848 


 

     Qardanağ söylənci 

 

Tus Parsada müvəqqəti şah oldu, 

Şah həmişə müvəqqəti olubdur. 

Şahlar güləş yarışında seçilib, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Gedib çatdı Qardanağa bu xəbər, 



Şamxat ilə bu ölkəyə gəldilər, 

Qardanağla Tus güləşdi bu səfər, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Çox fənn, çox çəm bilməyirdi Qardanağ



Beli sıxmaq, qol qaharmaq, baş-ayaq, 

Güləşirdi Tusər ilə bu sayaq, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Tusər onu üzüquylu yıxırdı, 



Sıçrayaraq kürəyinə çıxırdı, 

Qardanağsa dincəlib, güc yığırdı, 

Şah həmişə müvəqqəti olubdur. 

 

O Tusəri sağa, sola hərlədir, 



Tutur onu tov eləyir, fırladır, 

Atır, tutur, yorur onu, çərlədir, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Birdən sanki o gücünü yoxladı, 



Tusu alıb başı üstə saxladı, 

Vurdu yerə, Tus içindən laxladı, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Dedi:-İndi şah kim olsun, sən ya mən? 



Hamı dedi, Qardanağ, şah sən ol, sən, 

Şamxat dedi:-Şahlıq düşüb hörmətdən, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Şamxat dedi:-Biz gəlmişdik görüşə, 



Gəlməmişdik biz yarışa, güləşə, 

Mat qalmışıq başdan-başa bu işə, 

Bir güləşlə kor şahlıqa yetişər, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Dedilər ki, bizdə qayda belədir, 



Başbaşılıq, şahlıq pillə-pillədir, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

849 


 

Şah özü də öz xalqına kölədir, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Şamxat dedi:-İşləyərik, bilərik, 



Urueldən köçüb bura gələrik

Çox işləri xalq içində bölərik, 

Şah həmişə müvəqqəti olubdur. 

 

Qardanağ: 



-Mən bilmirəm, bu şah nəyə gərəkdir, 

Şahlıq nədir, başdan-başa kələkdir, 

Çörək deyil, təntənəli bəzəkdir, 

Şah həmişə müvəqqəti olubdur. 

                  *** 

 

Şamxat dedi:-Sona, Besyar, nəvə var, 



Bəxt yazılıb hər adamın alnında. 

Tus dedi ki, onda mən şah olaram

Bəxt yazılıb hər adamın alnında. 

 

Dedi, oğlan, sən başbaşı olarsan, 



Köçüb gəlib sən Parsada qalarsan, 

Sən Tusərdən hər gün fərman alarsan, 

Bəxt yazılıb hər adamın alnında. 

 

Şamxat dedi Qardanağın dilindən: 



Dil bilmirəm burda Parsa elində, 

-Türklər çoxdu burda, tutar əlindən, 

Bəxt yazılıb hər adamın alnında. 

 

Başevdəki Muğlar, Saklar qıvraqdır, 



Məna, hesab işlərində yaraqdır, 

Onlar İran torpağına dayaqdır, 

Bəxt yazılıb hər adamın alnında. 

 

Tanıyırlar sözü, izi, kolgəni, 



Onlar açır sual-cavab-bəlkəni, 

Yayda yaşıl otdur, qışda səməni, 

Bəxt yazılıb hər adamın alnında. 

 

Sən də gəlib qarışarsan onlara, 



Bəlkə sənlə düzələcək əhd, ara, 

Sərtüz kimi çevrilərsən yazara, 

Bəxt yazılıb hər adamın alnında. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

850 


 

-Türkdür, de ki, yarıdan çox bu diyar, 

Onda sənə necə dözür bəs onlar

Bilmədiyim, gör, dünyada nələr var, 

Bəxt yazılıb hər adamın alnında. 

                   *** 

 

Qardanağı “ağ”  çağırdı çoxları, 



Ad dəyişir, insan adla dəyişmir. 

Anlamırdı çoxu onun adını, 

Ad dəyişir, insan adla dəyişmir. 

 

Tusər şahdı, “Ağ” da onun başbaşı, 



Addımladı şah onunla yanaşı, 

Turan, İran, Türklər, Farslar barışır, 

Iki kökdür, bir ağacda qarışıb, 

Ad dəyişir, insan adla dəyişmir. 

 

Dinclik, düzlük, bolluq alır İranı, 



Hamı işlə, zəhmət ilə dolanır, 

Zəhmət artır, pul üst-üstə qalanır, 

Ad dəyişir, insan adla dəyişmir. 

 

Turan, İran versələr də əl-ələ, 



Başbaşıyla barışmayıb Tus hələ, 

O axtarır bir bicləmə, bir kələk, 

Tez-tez deyir, “yoxa çıxsın Tunq gərək”, 

Ad dəyişir, insan adla dəyişmir. 

 

Deyir, gülür ancaq üzdə, el kimi, 



Gah yumulur, gah açılır gül kimi

Gah düzəlir, gah burulur yol kimi, 

Ad dəyişir, insan adla dəyişmir. 

 

Pişikgözdən əlac yolu gözləyir, 



Tanrıya yox, ona ümüd bəsləyir, 

Şah olsa da “Ağı” hər gün izləyir, 

Ad dəyişir, insan adla dəyişmir. 

 

-Əlac elə, mən öc alım, Pişikgöz, 



-Əlac vardır, Tusər, ancaq bir az döz, 

Tunqər qaçır, duracayıq üzbəüz, 

Ad dəyişir, insan adla dəyişmir. 

 

-Yerbəyer et Turqu, Tunqu, Sərtüzü, 



Xilas olsun bu üçlükdən yer üzü, 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə